Podolyak: "Ukrayna real sülh müqaviləsi naminə Krım məsələsini ertələyə bilər"
Tarix: 08-04-2022 11:37 | Bölmə: Dünya
Podolyak: "Ukrayna real sülh müqaviləsi naminə Krım məsələsini ertələyə bilər"

“Ukrayna real sülh müqaviləsi naminə Krım məsələsini ertələyə bilər. Lakin ərazi bütövlüyümüzlə bağlı bütün məqamları Prezident Volodimir Zelenski həll edəcək”.

Bunu Ukrayna Prezident Ofisi rəhbərinin müşaviri Mixaylo Podolyak “RBK Ukraina”ya müsahibəsində deyib.

O bildirib ki, Prezident ərazi bütövlüyü ilə bağlı öz mövqeyini dəfələrlə ifadə edib: "Krım Ukraynanın ayrılmaz hissəsidir. Bu məsələnin ertələnməsi sülh müqaviləsinin imzalanması üçün ola bilər. Biz dəqiq bilmək istərdik ki, neçə ölkə yanımızda olacaq. Biz 44 gündür ki, mübarizəni davam etdiririk”.

Xatırladaq ki, dünən Rusiyanın xarici işlər naziri Sergey Lavrov Kiyevin Krım və Donbasla bağlı yeni tələb irəli sürdüyünü deyib və bunun “qəbuledilməz” olduğunu bildirib.

Onu da qeyd edək ki, Rusiya 2014-cü ilin fevralında Ukraynanın Krım Muxtar Respublikasını ilhaq edib. Bundan sonra Ukraynanın Donbas bölgəsində hərbi əməliyyatlara başlayıb. Nəticədə Donetsk və Luqansk vilayətlərinin böyük hissəsi separatçıların nəzarətinə keçib. Döyüşlər Ukraynanın Silahlı Qüvvələri və Rusiyanın dəstəklədiyi qondarma Donetsk və Luqansk respublikalarının silahlıları arasında gedib. Rəsmi Moskva döyüşlərdə iştirakının olması ittihamını rədd edib.

Reyting.az




Bölməyə aid digər xəbərlər
bütün xəbərlər