Kuleba: "Hərbi cinayətdə əli olanlar məsuliyyətə cəlb olunacaq"
Tarix: 08-04-2022 15:17 | Bölmə: Dünya
Kuleba: "Hərbi cinayətdə əli olanlar məsuliyyətə cəlb olunacaq"

"Ukrayna ölkədə törədilən bütün hərbi cinayətlərdə əli olanları məsuliyyətə cəlb edəcək".

Reyting.az
xəbər verir ki, bu sözləri Kramatorsk dəmiryolu vağzalının raket atəşinə tutulması ilə bağlı tviter səhifəsindən paylaşım edən Ukrayna XİN rəhbəri Dmitro Kuleba yazıb.

O bildirib ki, Kramatorsk şəhərindəki dəmiryolu vağzalının təxliyə gözləyən mülki sakinlərlə dolu olduğunu ruslar bilirmiş: "Buna baxmayaraq, onlar vağzalı ballistik raketlə vuraraq azı 30 nəfəri öldürüb, 100 nəfəri də yaralayıblar. Bu, qəsdən törədilmiş qətliamdır. Biz hərbi cinayətkarların hər birini məsuliyyətə cəlb edəcəyik”.




Bölməyə aid digər xəbərlər
bütün xəbərlər