23:15 / 12-05-2024
Şoyqu getdi, Belousov gəlir
Ərdoğan: "Baydenlə F-16-ları müzakirə edəndə o, bizə şərt qoymamışdı"
Tarix: 20-07-2022 16:44 | Bölmə: Dünya
Ərdoğan: "Baydenlə F-16-ları müzakirə edəndə o, bizə şərt qoymamışdı"

"Baydenlə F-16-ları müzakirə edəndə o, bizə Yunanıstanla bağlı bir şərt qoymamışdı. Əksinə, görüş zamanı dedik ki, NATO üzvü olan ölkələr olaraq bir-birimizin haqlarını qorumalıyıq".

Bu sözləri Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan deyib.

O bildirib ki, Bayden F16-lar haqqında "Əlimdən gələni edəcəm" dedi: “Təəssüf ki, hazırda Nümayəndələr Palatasında bu işə az da olsa, qarşı çıxanlar var. Mövcud proseslərə nəzər saldıqda, məncə, bu, bizim üçün məcburi şərt deyil. F16-larla bağlı təklifimizə bəli deməkləri, bizə “sıfır” F16 vermələri yetərlidir. Biz artıq əlimizdə olanların qulluq və təmirini həyata keçirə bilirik. Bununla bağlı heç bir problemimiz yoxdur. Amma təbii ki, bizim ehtiyat hissələri ilə bağlı müəyyən tələblərimiz var. Onlar bu tələbimizi də yerinə yetirməyə qərar veriblər”.




Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}