ABŞ kəşfiyyatının rəhbəri: “Putin çox sağlamdır”
Tarix: 21-07-2022 10:52 | Bölmə: Dünya
ABŞ kəşfiyyatının rəhbəri: “Putin çox sağlamdır”

Rusiya prezidenti Vladimir Putinin “çox sağlam” olduğunu deyən ABŞ Mərkəzi Kəşfiyyat İdarəsinin (MKİ) direktoru Uilyam Börns Rusiya liderinin sağalmaz xəstə olması ilə bağlı Qərb mediası tərəfindən yayılan davamlı şayiələri rədd edib.

Reyting.az
"Politico"ya istinadla xəbər verir ki, Aspen Təhlükəsizlik Forumunda çıxış edən Börns qeyd edib ki, onun bəyanatı “rəsmi kəşfiyyat tapıntısı” deyil. Bununla belə, onun mövqeyini nəzərə alsaq, Börnsün şərhi Putinin opponentlərinin Rusiyanın məhvinin yaxınlaşdığına dair ümidlərini azalda bilər.

MKİ rəhbəri Putinin səhhəti ilə bağlı sualı cavablandırarkən deyib: “Deyə bildiyimiz qədər, o, çox sağlamdır”.




Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}