NATO Qara dənizin Bolqarıstana aid hissəsində hərbi təlimlərə start verib
Tarix: 22-07-2022 13:10 | Bölmə: Dünya
NATO Qara dənizin Bolqarıstana aid hissəsində hərbi təlimlərə start verib

Qara dənizin Bolqarıstana aid hissəsində NATO-nun “Briz” adlı hərbi təlimləri başlanılıb.

Bolqarıstanın “News.bg” nəşri xəbər verir ki, bu, Rusiyanın Ukraynada müharibəyə başlamasından sonra Qara dənizdə keçirilən ilk genişmiqyaslı təlimlərdir.

Təlimlərdə Şimali Atlantika Alyansına daxil 11 ölkənin - Bolqarıstan, Albaniya, Belçika, Yunanıstan, İtaliya, Latviya, Polşa, Rumınoya, ABŞ, Türkiyə və Fransanın 24 hərbi və köməkçi gəmiləri və qayıqları, 5 təyyarəsi, 4 helikopteri və 1 390 hərbçisi cəlb edilib.

Gəmiəleyhinə üzən minalar riskini nəzərə alaraq, təlimlərin keçirildiyi bölgədə təhlükəsizlik tədbirləri görülüb/Report.




Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}