MN: "Rusiyanın indiyədək 39870 hərbçisi öldürülüb"
Tarix: 26-07-2022 11:09 | Bölmə: Dünya
MN: "Rusiyanın indiyədək 39870 hərbçisi öldürülüb"

Rusiya Silahlı Qüvvələrinin indiyədək Ukraynada itirdiyi canlı qüvvə və texnikanın sayı məlum olub.

Reyting.az
 xəbər verir ki, bu barədə Ukrayna Silahlı Qüvvələri Baş Qərargahı məlumat yayıb.

Bildirilib ki, döyüşlər nəticəsində Rusiyanın indiyədək 39870 hərbçisi öldürülüb: "Rusiyanın bu günədək 1737 tankı, 3959 zirehli döyüş maşını, 880 ədəd artilleriya sistemi, 258 RYAS-i (reaktiv yaylım atəş sistemi), 117 hava hücumundan müdafiə sistemi, 222 təyyarə, 189 helikopteri, 2835 nəqliyyat vasitəsi və avtoçən, 15 ədəd gəmi-kateri, 722 dronu, 174 qanadlı raket və 75 xüsusi texnikası məhv edilib".




Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}