İranın polkovnik-leytenantı öldürülüb
Tarix: 26-07-2022 11:54 | Bölmə: Dünya
İranın polkovnik-leytenantı öldürülüb

İranın Kirman əyalətində polislə yaraqlılar arasında baş verən atışma nəticəsində polkovnik-leytenant Əli Bərzqərpur öldürülüb.

IRNA xəbər verir ki, hadisə iyulun 25-dən 26-na gecə qeydə alınıb.

Ə.Bərzqərpur Kirman polisinin əməkdaşı olub.

Atışma nəticəsində narkotik ticarəti ilə məşğul olan qrupun 6 üzvü zərərsizləşdirilib. Hadisə yerində 697 kq narkotik maddə aşkarlanıb/Report.

Qeyd edək ki, son həftələrdə İran ərazisində yüksəkrütbəli hərbçilərin məlum və naməlum səbəblərdən öldüyünə dair məlumatlar yayılır.




Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}