ABŞ səfiri: “Ermənistanı dəstəkləməyə davam edəcəyik”
Tarix: 26-07-2022 17:19 | Bölmə: Dünya
ABŞ səfiri: “Ermənistanı dəstəkləməyə davam edəcəyik”

“ABŞ həm qısamüddətli proqramların, həm də uzunmüddətli strateji islahatların həyata keçirilməsində Ermənistanı dəstəkləməyə davam etməyə hazırdır”.

Reyting.az
xəbər verir ki, ABŞ-ın Ermənistandakı fövqəladə və səlahiyyətli səfiri Lin Treysi iyulun 26-da maliyyə naziri Tiqran Xaçatryanla görüşündə belə deyib.



Ermənistan Maliyyə Nazirliyinin mətbuat xidmətinin məlumatına görə, Xaçatryan ABŞ hakimiyyətinə Ermənistanda başlanmış islahatların həyata keçirilməsində göstərdiyi dəstəyə görə təşəkkür edib. Sonra nazir Nazirlər Kabinetinin beşillik planının prioritetlərini və fiskal siyasət gündəliyini təqdim edib.

Həmsöhbətlər Ermənistanda əlverişli investisiya mühitinin yaradılması imkanları və Ermənistan-Amerika əməkdaşlığının inkişaf perspektivləri barədə fikir mübadiləsi aparıblar.




Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}