MN: "Rusiyanın indiyədək 40070 hərbçisi öldürülüb"
Tarix: 27-07-2022 10:50 | Bölmə: Dünya
MN: "Rusiyanın indiyədək 40070 hərbçisi öldürülüb"

Rusiya Silahlı Qüvvələrinin indiyədək Ukraynada itirdiyi canlı qüvvə və texnikanın sayı məlum olub.

Reyting.az
 xəbər verir ki, bu barədə Ukrayna Silahlı Qüvvələri Baş Qərargahı məlumat yayıb.

Bildirilib ki, döyüşlər nəticəsində Rusiyanın indiyədək 40070 hərbçisi öldürülüb: "Rusiyanın bu günədək 1738 tankı, 3971 zirehli döyüş maşını, 883 ədəd artilleriya sistemi, 258 RYAS-i (reaktiv yaylım atəş sistemi), 117 hava hücumundan müdafiə sistemi, 222 təyyarə, 190 helikopteri, 2847 nəqliyyat vasitəsi və avtoçən, 15 ədəd gəmi-kateri, 726 dronu, 174 qanadlı raket və 75 xüsusi texnikası məhv edilib".




Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}