21:38 / 26-11-2024
Ordubadda zəlzələ olub
Türkiyə XİN: "İsveç və Finlandiyanın NATO-ya üzvlüyünə veto qoya bilərik"
Tarix: 27-07-2022 12:15 | Bölmə: Dünya
Türkiyə XİN: "İsveç və Finlandiyanın NATO-ya üzvlüyünə veto qoya bilərik"

“İsveç və Finlandiya öhdəliklərini yerinə yetirməlidir”.

Bunu Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu “Tv 100”ə müsahibəsində deyib.

O söyləyib ki, öhdəliklərdən biri də terrorçuları dəstəkləməməkdir: “Bu dövlətlər terrorçuları hələ Türkiyəyə qaytarmayıb. Əgər öhdəliklər yerinə yetirilsə, İsveç və Finlandiyanın Alyansa üzvlüyünə dair sənədlər ratifikasiya ediləcək. Əks halda isə sənədlərin ratifikasiyasına ehtiyac qalmayacaq və İsveçlə Finlandiyanın NATO-ya üzvlüyünə veto qoyulacaq”.




Bölməyə aid digər xəbərlər
bütün xəbərlər