Türk dronları Soçidə müzakirə olunacaqmı?
Tarix: 27-07-2022 16:13 | Bölmə: Dünya
Türk dronları Soçidə müzakirə olunacaqmı?

Rusiya və Türkiyə prezidentləri Vladimir Putin və Rəcəb Tayyib Ərdoğan avqustun 5-də Soçidə keçiriləcək danışıqlarda hərbi-texniki əməkdaşlıq və İstanbul taxıl sazişinin icrasını müzakirə edə bilərlər.

Reyting.az
xəıbər verir ki, bunu Kremlin sözçüsü Dmitri Peskov bildirib.

“İki ölkə arasında hərbi-texniki əməkdaşlıq daim gündəmdədir. Qarşılıqlı fəaliyyətimizin belə həssas sahədə inkişaf etməsinin özü onu deməyə əsas verir ki, ümumilikdə münasibətlərimizin bütün spektri çox yüksək səviyyədədir”, - deyə o, Putinin Ərdoğanla Moskva arasında Türkiyənin “Bayraktar” dronlarına dair mümkün əməkdaşlığı barədə danışıb-danışmayacağı ilə bağlı suala cavab verib.

Peskov qeyd edib ki, dövlət başçıları son görüşdə hərbi-texniki əməkdaşlığın müxtəlif aspektlərini müzakirə ediblər. "Ona görə də, bəli, Soçidə hərbi-texniki əməkdaşlıq mövzusu mütləq müzakirə olunacaq", - deyə Kreml sözçüsü əlavə edib.

İstanbul sövdələşməsinin həyata keçirilməsindən danışan Peskov taxıl ixracının tezliklə başlamalı olduğunu da diqqətə çatdırıb.




Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}