Putin Ramzan Kadırova orden verib
Tarix: 27-07-2022 17:46 | Bölmə: Dünya
Putin Ramzan Kadırova orden verib

Rusiya Prezidenti Vladimir Putin Çeçenistan rəhbəri Ramzan Kadırovu təltif edib.

Bu barədə Kadırov teleqram kanalında yazıb.

Bildirib ki, Putin onu regionun sosial-iqtisadi inkişafına verdiyi töhfəyə görə Aleksandr Nevski ordeni ilə təltif edib.

O bundan sonra da respublikanın rifahı naminə fədakarlıqla xidmət edəcəyinə söz verib: "Mənim üçün Rusiya Prezidentindən mükafat almaq ən böyük şərəfdir. Mən Vladimir Vladimiroviç Putinə etimada və regionumuzun inkişafına göstərdiyi daimi diqqətə görə təşəkkür edirəm”.




Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}