İran yeni reaktor quraşdırır
Tarix: 28-07-2022 16:04 | Bölmə: Dünya
İran yeni reaktor quraşdırır

İran yaxın həftələrdə İsfahanda tədqiqat reaktorunun tikintisinə başlayacaq.

Reyting.az
“Mehr”ə istinadla xəbər verir ki, bunu İranın Atom Enerjisi Təşkilatının sədri Məhəmməd İslami deyib.

Onun sözlərinə görə, tədqiqat reaktorlarının və digər reaktorlar üçün yanacağın sınaqdan keçirilməsinin mümkün olacağı reaktorun tikintisi planlaşdırılır. Araşdırmalardan sonra çox yaxın vaxtlarda İsfahan nüvə obyektində tədqiqat reaktorunun tikintisinə başlanılacaq.

M. İsalami qeyd edib ki, bu illər ərzində İran İslam Respublikası MAQATE müfəttişləri ilə tam şəkildə əməkdaşlıq edib ki, İranın bütün nüvə fəaliyyətləri təşkilat ekspertlərinin ciddi nəzarəti altında həyata keçirilir. Ona görə də İrana qarşı onun qeyri-dinc məqsədlər üçün nüvə fəaliyyətləri inkişaf etdirməsi ilə bağlı bu saxta ittihamlar əsassızdır.

O bildirib ki, MAQATE müfəttişləri ölkədəki bütün nüvə fəaliyyətinə nəzarət etməyə davam edir və “mühafizə tədbirləri”nə yaxından nəzarət edirlər.

Onun sözlərinə görə, İran elektrik stansiyalarının elektrik enerjisi istehsal etmək, eləcə də 1000 MVt-a bərabər stabil nüvə elektrik enerjisi istehsalını artırmaq məqsədilə nüvə proqramlarını inkişaf etdirir.




Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}