21:38 / 26-11-2024
Ordubadda zəlzələ olub
Putinin A, B, C planları puça çıxıb, D planına əl ata bilər
Tarix: 29-07-2022 13:41 | Bölmə: Dünya
Putinin A, B, C planları puça çıxıb, D planına əl ata bilər

Böyük Britaniyanın müdafiə naziri Ben Uolles “Sky News” kanalına müsahibəsində deyib ki, Ukrayna ilə müharibə aparan Rusiya bir sıra ərazilərdə uğursuzluğa düçar olur, ona görə prezident Vladimir Putin yenidən strategiyanı dəyişməyə cəhd göstərə bilər.

Reyting.az
-ın məlumatına görə, Ben Uolles vurğulayıb: “Hazırda ruslar bir sıra ərazilərdə uduzurlar. Putinin A, B, C planları puça çıxıb və o, D planına əl ata bilər”.

2014-cü ildə Ukraynanın Krım yarımadasını, Donetsk və Luqansk vilayətlərinin bir hissəsini işğal edən Rusiya 2022-ci il fevralın 24-dən bu ölkədə total hərbi əməliyyatlar aparır, şərq və cənub bölgələrinin böyük bir hissəsini ələ keçirib.(Novator.az)




Bölməyə aid digər xəbərlər
bütün xəbərlər