Gürcüstanda helikopter qəzası baş verib
Tarix: 29-07-2022 18:30 | Bölmə: Dünya
Gürcüstanda helikopter qəzası baş verib

Gürcüstanın Qudauri dağ kurortu ərazisində sərhəd polisinə məxsus helikopter qəzaya uğrayıb.

Reyting.az
xəbər verir ki, bu barədə Gürcüstan Daxili İşlər Nzirliyi bildirib.

İlkin məlumata görə, helikopterdə 5 nəfər - iki pilot və üç xilasedici olub.

Hazırda hadisənin təfərrüatları dəqiqləşdirilir.

Bildirilir ki, helikopter qəzası səbəbindən Rusiya-Gürcüstan yolu bağlanılıb.

Gürcüstanın Yollar Departamentinin məlumatına görə, Mtsxeta-Stepantsminda-Lars yolunun 94-cü kilometrində baş vermiş helikopter qəzası səbəbi ilə yolun həmin seksiyasında bütün növ nəqliyyat vasitələrinin hərəkəti xilasetmə tədbirləri bitənədək qadağan edilib.




Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}