NATO baş katibi: "Türkiyəyə oynadığı roluna görə təşəkkür edirəm"
Tarix: 01-08-2022 14:23 | Bölmə: Dünya
NATO baş katibi: "Türkiyəyə oynadığı roluna görə təşəkkür edirəm"

NATO Baş katibi Yens Stoltenberq Ukrayna taxılını daşıyan ilk gəminin Odessa limanından yola düşməsinə münasibət bildirib.

O, bu barədə tviter səhifəsində yazıb.

“Bunu alqışlayıram. Müttəfiqimiz Türkiyəyə oynadığı roluna görə təşəkkür edirəm. NATO müttəfiqləri Rusiyanın Ukraynadakı müharibəsi nəticəsində yaranan qlobal ərzaq böhranını minimuma endirmək üçün sazişin tam şəkildə həyata keçirilməsini güclü şəkildə dəstəkləyir”, - Alyansın rəhbəri vurğulayıb/Report




Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}