Ukrayna MN: "Rusiyanın indiyədək 41170 hərbçisi öldürülüb"
Tarix: 02-08-2022 11:34 | Bölmə: Dünya
Ukrayna MN: "Rusiyanın indiyədək 41170 hərbçisi öldürülüb"

Rusiya Silahlı Qüvvələrinin indiyədək Ukraynada itirdiyi canlı qüvvə və texnikanın sayı məlum olub.

Reyting.az
 xəbər verir ki, bu barədə Ukrayna Silahlı Qüvvələri Baş Qərargahı məlumat yayıb.

Bildirilib ki, döyüşlər nəticəsində Rusiyanın indiyədək 41170 hərbçisi öldürülüb: "Rusiyanın bu günədək 1768 tankı, 4014 zirehli döyüş maşını, 936 artilleriya sistemi, 259  RYAS-i (reaktiv yaylım atəş sistemi), 117 hava hücumundan müdafiə sistemi, 223 təyyarə, 191 helikopteri, 2914 nəqliyyat vasitəsi və avtoçən, 15 ədəd gəmi-kateri, 739 dronu, 174 qanadlı raket və 82  xüsusi texnikası məhv edilib".




Bölməyə aid digər xəbərlər
22-04-2024, 08:58 Blinken Qalantla danışıb

{sape_links}{sape_article}