Rəsmi Kiyev: "Bu, lokal savaş deyil, 1945-ci ildən bəri ən böyük qitə müharibəsidir”
Tarix: 03-08-2022 11:01 | Bölmə: Dünya
Rəsmi Kiyev: "Bu, lokal savaş deyil, 1945-ci ildən bəri ən böyük qitə müharibəsidir”

"Rusiyanın genişmiqyaslı işğalının altıncı ayındayıq və bu gün Ukrayna Silahlı Qüvvələrində ağır silahlar kifayət qədər deyil".

Bu barədə Ukrayna Prezident Ofisinin müşaviri Oleksey Arestoviç deyib.

"Nəzərə almaq lazımdır ki, Ukrayna ordusu ümumilikdə, 2600 km-dən çox sərhədi qorumalıdır. Bununla yanaşı, müdafiə qüvvələrimiz 1300 km-lik cəbhə xəttindən mübarizə aparmalıdır. Buna baxmayaraq, tam və effektiv hücum üçün bizim kifayət qədər ağır silahımız yoxdur. Bu, lokal savaş deyil, 1945-ci ildən bəri ən böyük qitə müharibəsidir”, - o bildirib.

Arestoviç söyləyib ki, mövcud silahlarla bu qədər ciddi döyüşlərin öhdəsindən gəlmək mümkün deyil.

O həmçinin qeyd edib ki, əgər Qərbi Avropanın hər bir ölkəsi Ukraynanı Polşa kimi qətiyyətlə dəstəkləsəydi, o zaman artıq Vladivostokda olardılar/Report.




Bölməyə aid digər xəbərlər
25-04-2024, 07:49 Kuba prezidenti etiraz edir
22-04-2024, 08:58 Blinken Qalantla danışıb

{sape_links}{sape_article}