21:38 / 26-11-2024
Ordubadda zəlzələ olub
Pelosi: "ABŞ Tayvanda təhlükəsizliyin olmasını istəyir və geri çəkilməyəcək"
Tarix: 03-08-2022 11:33 | Bölmə: Dünya
Pelosi: "ABŞ Tayvanda təhlükəsizliyin olmasını istəyir və geri çəkilməyəcək"

"ABŞ Tayvanda hər zaman azadlıq və təhlükəsizliyin olmasını istəyir və bundan geri çəkilməyəcək".

“Reuters“in xəbərinə görə, bunu ABŞ Konqresinin Nümayəndələr Palatasının spikeri Nensi Pelosi Tayvan administrasiyasının rəhbəri Tsay İnq-venlə görüşündən sonra keçirilən birgə mətbuat konfransında deyib/APA.

Pelosi qeyd edib ki, “Vahid Çin” siyasətinə hörmət edir, lakin ABŞ-ın Tayvanla həmrəyliyi hər zamankından daha vacibdir. O, əlavə edib ki, ABŞ adadakı status-kvonu dəstəkləyir və Tayvanda güc yolu hər hansı bir şeyin baş verməsini istəmir. Pelosi səfəri ilə bağlı Tayvanın üzləşə biləcəyi iqtisadi nəticələrə münasibət bildirərkən qeyd edib ki, adanın ABŞ-la olan əlaqələri ona daha yaxşı iqtisadi mübadilə üçün qapı açır.

Tsai İnq-ven isə vurğulayıb ki, Tayvan status-kvonun qorunmasına sadiqdir və Çinin Pelosinin səfərinə cavab olaraq başlatdığı hərbi təlimlər qeyri-zəruri reaksiyadır.

Reyting.az




Bölməyə aid digər xəbərlər
bütün xəbərlər