MN: "Rusiyanın indiyədək 41650 hərbçisi öldürülüb"
Tarix: 05-08-2022 11:41 | Bölmə: Dünya
MN: "Rusiyanın indiyədək 41650 hərbçisi öldürülüb"

Rusiya Silahlı Qüvvələrinin indiyədək Ukraynada itirdiyi canlı qüvvə və texnikanın sayı məlum olub.

Reyting.az 
xəbər verir ki, bu barədə Ukrayna Silahlı Qüvvələri Baş Qərargahı məlumat yayıb.

Bildirilib ki, döyüşlər nəticəsində Rusiyanın indiyədək 41650 hərbçisi öldürülüb: "Rusiyanın bu günədək 1792 tankı, 4032 zirehli döyüş maşını, 950 artilleriya sistemi, 260  RYAS-i (reaktiv yaylım atəş sistemi), 123 hava hücumundan müdafiə sistemi, 223 təyyarə, 191 helikopteri, 2964 nəqliyyat vasitəsi və avtoçən, 15 ədəd gəmi-kateri, 742 dronu, 182 qanadlı raket və 83  xüsusi texnikası məhv edilib".




Bölməyə aid digər xəbərlər
22-04-2024, 08:58 Blinken Qalantla danışıb

{sape_links}{sape_article}