İranın Ukraynadakı səfirinin akkreditasiyası ləğv edilib
Tarix: 24-09-2022 00:03 | Bölmə: Dünya
İranın Ukraynadakı səfirinin akkreditasiyası ləğv edilib

Ukrayna Rusiya tərəfindən öz ərazisində İran istehsalı silahların istifadəsinə cavab olaraq bu ölkənin Kiyevdəki səfirinin akkreditasiyasını ləğv edib.

Reyting.az
-ın xəbərinə görə, bu barədə Ukrayna Xarici İşlər Nazirliyinin bəyanatında bildirilib.

Qeyd olunub ki, faktla əlaqədar sentyabrın 23-də İranın Ukraynadakı müvəqqəti işlər vəkili XİN-ə çağrılıb. İran tərəfinə Rusiyaya silah tədarükünün Ukrayna-İran əlaqələrinə zərbə vuran qeyri-dost hərəkət olduğu, Ukraynanın suverenliyi və ərazi bütövlüyünə hörmət və neytrallıq prinsipinə zidd olduğu bildirilib.

“Bu cür qeyri-dost hərəkətə cavab olaraq Ukrayna tərəfi İranın Ukraynadakı səfirini akkreditasiyadan məhrum etmək, həmçinin İranın Kiyevdəki səfirliyinin diplomatik işçilərinin sayını xeyli azaltmaq qərarına gəlib”, - deyə bəyanatda qeyd olunub.(APA)




Bölməyə aid digər xəbərlər
22-04-2024, 08:58 Blinken Qalantla danışıb

{sape_links}{sape_article}