20:08 / 23-11-2024
"Qarabağ" qalib gəlib
12:30 / 23-11-2024
Azərbaycanda zəlzələ olub
"Relaks"ın 30 minlik işıqpulu borcu var
Tarix: 21-08-2019 10:49 | Bölmə: İqtisadiyyat
"Relaks"ın 30 minlik işıqpulu borcu var

Bir neçə gün öncə "Relaks” istirahət mərkəzində baş verən insidentdən sonra mərkəzlə bağlı yeni məlumatlar yayılır.

Reyting.az
"Publika.az"a istinadla bildirir ki, "Relaks"ın "Azərışıq"a 30 min manat məbləğində borcu olub. İndiyədək istirahət mərkəzinin məsul şəxsləri "Azərişıq"ən əməkdaşlarına sayğaca baxış keçirməyə icazə verməyib.

Qeyd edək ki, "Relaks”istirahət mərkəzinin rəhbərliyində təmsil olunan bir qrup şəxs oraya yoxlama üçün gələn Vergilər Nazirliyi əməkdaşlarına müqavimət göstəriblər. Hadisə yerinə hüquq-mühafizə orqanlarının əməkdaşları çağırılıb. Buna baxmayaraq, dövlət qurumunun nümayəndələrinin vəzifələrini icra etməsinə imkan verilməyib və qarşıdurma yaranıb.

Vergilər, Daxili İşlər Nazirlikləri və Prokurorluq orqanlarının birgə həyata keçirdiyi tədbirlər nəticəsində istirahət mərkəzinin rəhbəri, deputat İqbal Məmmədovun oğlu Mirhəmid Nərimanlı da daxil olmaqla 6 nəfər həbs edilib və faktla bağlı inayət işi açılıb.




Bölməyə aid digər xəbərlər
bütün xəbərlər