Mərkəzi Banka köçürülən vəsaitin məbləği açıqlanıb
Tarix: 22-04-2017 12:03 | Bölmə: İqtisadiyyat


Dövlət Neft Fondu (DNF) 2017-ci ilin I rübünün nəticələrini açıqlayıb. Fonddan verilən məlumata görə, yanvar–mart aylarında DNF-nin büdcə gəlirləri 3 272,5 milyon manat, xərcləri isə 3 847,5 milyon manat təşkil edib.

2017-ci ilin birinci rübündə neft və qaz sazişlərinin həyata keçirilməsi ilə bağlı Fondun gəlirləri 2 899,1 milyon manat, o cümlədən mənfəət neftinin və qazın satışından 2 894,4 milyon manat, bonus ödənişləri 0,1 milyon manat, tranzit gəlirləri 4,6 milyon manat təşkil edib.

Hesabat dövrü ərzində Fondun vəsaitinin idarə olunmasından əldə edilən gəlirlər 373,4 milyon manata bərabər olub.

Hesabat dövründə DNF-nin 2017-ci il büdcəsinin icrası çərçivəsində 1 525,0 milyon manat vəsait dövlət büdcəsinə transfert edilib.

Qaçqın və məcburi köçkün ailələrinin məskunlaşdırılması və sosial-məişət vəziyyətinin yaxşılaşdırılması üzrə tədbirlərin həyata keçirilməsinə 27,8 milyon manat, Samur-Abşeron suvarma sisteminin yenidən qurulmasına 8,5 milyon manat, Bakı-Tbilisi-Qars yeni dəmir yolu layihəsinin maliyyələşdirilməsinə 1,3 milyon manat vəsait ayrılıb. 2,0 milyon manat vəsait "2007-2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsili üzrə Dövlət Proqramı"nın maliyyələşdirilməsinə yönəldilib.

Makroiqtisadi sabitliyin təmin edilməsi məqsədi ilə 2 279,0 milyon manat Mərkəzi Banka transfert edilib. 2017-ci ilin yanvar-mart ayları ərzində DNF-nin idarə edilməsi ilə bağlı xərcləri 3,9 milyon manat təşkil edib.

Valyuta məzənnələrinin dəyişməsindən yaranan fərq ilə bağlı Fondun büdcədənkənar xərci 873,9 milyon manat olub.

2017-ci il aprelin 1-ə Fondun aktivləri 2017-ci ilin əvvəlinə (33 147,0 milyon ABŞ dolları) nisbətən 0,18% artaraq 33 207,2 milyon ABŞ dollarına bərabər olub. Sözügedən artıma ilk növbədə investisiya portfelinin tərkib valyutalarının məzənnə dəyişikliyi fərqi (əsasən Avro, Rusiya rublu, ingilis funt sterlinqi valyutalarının), eyni zamanda aktivlərin dəyərinin yüksəlməsi (xüsusilə səhm və qızıl portfellərinin) əhəmiyyətli müsbət təsir göstərib.(Fins.az)





Bölməyə aid digər xəbərlər
6-12-2024, 08:23 ABŞ pulsuz qala bilər

bütün xəbərlər