Bakıda 10-cu sinifdə oxuyan qız itkin düşüb
Tarix: 15-11-2019 10:10 | Bölmə: Xəbər lenti
Bakıda 10-cu sinifdə oxuyan qız itkin düşüb

Bakıda uşaq evində yaşayan 10-cu sinif şagirdi itkin düşüb.

"Report”un xəbərinə görə, hadisə noyabrın 13-də paytaxtın Nərimanov rayon ərazisində baş verib.

Belə ki, Zərdab rayon sakini, 2003-cü il təvəllüdlü, 10-cu sinif şagirdi Ayşə Vəlizadə Xətai rayon ərazisində yerləşən uşaq evindən şəxsiyyət vəsiqəsi almaq məqsədi ilə Nərimaov rayon ərazisində yaşayan rəfiqəsinin evinə gedib.

O, gecəni orada qalıb. Səhər saat 7 radələrində mənzildən çıxaraq naməlum istiqamətə gedib və bir daha geri qayıtmayıb.

Qızın yaxınları hüquq-mühafizə orqanları əməkdaşlarına müraciət ediblər.

Faktla bağlı Nərimanov Rayon Polis İdarəsinin 17-ci Polis Şöbəsi tərəfindən araşdırma aparılır.скачать dle 10.5фильмы бесплатно




Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}