14:26 / 30-06-2025
Sabiq nazir təltif edilib
Vaxtı bitən şəxsiyyət vəsiqələrinin müddəti uzadıldı
Tarix: 08-04-2020 19:33 | Bölmə: Xəbərlər
Vaxtı bitən şəxsiyyət vəsiqələrinin müddəti uzadıldı

Vətəndaşların müraciətləri nəzərə alınmaqla etibarlılıq müddəti bitmiş şəxsiyyət vəsiqələrinin istifadə müddəti xüsusi karantin rejimi bitənədək uzadılıb. 

Reyting.az xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyi ilə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi birgə məlumat yayıb.

Bildirilib ki, şəxsiyyət vəsiqəsinin etibarlılıq müddəti bitmiş işsiz şəxslər də birdəfəlik ödəməni almaq üçün elektron qaydada müraciət edə bilərlər.




Bölməyə aid digər xəbərlər
27-06-2025, 09:33 Qaxda zəlzələ olub