14:16 / 24-04-2024
Nəzir - Akif Abbasov yazır
Bakı və Abşeron səmasında toz normadan artıqdır
Tarix: 20-09-2020 16:09 | Bölmə: Xəbərlər
Bakı və Abşeron səmasında toz normadan artıqdır

19-20 sentyabr 2020-ci il tarixlərində Bakı şəhəri və Abşeron yarımadasında havada tozun miqdarının sanitar normadan artıq olduğu müəyyən edilib. Milli Hidrometeorologiya Xidməti mütəxəssislərinin apardığı monitorinqin nəticələrinə əsasən belə qənaətə gəlinib.

Reyting.az
-ın məlumatına görə, Milli Hidrometeorologiya Xidmətinin rəis müavini Vasif Əliyev deyib ki, buna səbəb Bakı şəhəri və Abşeron yarımadasında meteoroloji şəraitlə əlaqədar olaraq tozun atmosferin yuxarı təbəqələrinə qalxmasıdır:

"Peyk görüntülərinə əsasən demək olar ki, havada müşahidə olunan toz hissəcikləri transsəhrəd daşınma deyil, lokal xarakterlidir”.




Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}