14:16 / 24-04-2024
Nəzir - Akif Abbasov yazır
AzTV 5000 manat cərimələnib
Tarix: 18-01-2021 14:45 | Bölmə: Xəbərlər
AzTV 5000 manat cərimələnib

Milli Televiziya və Radio Şurası ötən il “Azərbaycan Televiziya və Radio Verilişləri” QSC-ni (AzTV) 5000 manat məbləğində cərimələyib.

Reyting.az
-ın məlumatına görə, bu, Milli Televiziya və Radio Şurasının 2020-ci il üzrə hesabatında əksini tapıb.

Hesabatda qeyd olunub ki, İnzibati Xətalar Məcəlləsinin 428.11-ci maddəsinə əsasən “Azərbaycan Televiziya və Radio Verilişləri” QSC (AzTV kanalı) barəsində 08 may 2020-ci il tarixdə inzibati protokol tərtib edilərək müvafiq rayon məhkəməsinə göndərilib. Məhkəmə tərəfindən qeyd olunan pozuntuya görə “Azərbaycan Televiziya və Radio Verilişləri” QSC-ə 5000 (beş min) manat cərimə cəzası tətbiq edilib.




Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}