13:47 / 30-01-2026
Avropanın ən varlı ölkəsi təhlükəsizliyə görə vergiləri artıracaq
13:35 / 30-01-2026
Tramp Çinə görə Britaniyanı təhdid edir
13:26 / 30-01-2026
Yeni ilin ilk “Ulduz”u çap olunub - Foto
13:22 / 30-01-2026
"Bandotdel”dən əməliyyat: saxlanılanlar var - Foto
13:20 / 30-01-2026
Zelenski Moskvada Putinlə görüşü istisna edib
13:06 / 30-01-2026
ABŞ Yaxın Şərqə əlavə qüvvə göndərir
12:53 / 30-01-2026
Ukrayna ordusunda fərarilərin sayı artır
12:45 / 30-01-2026
Qumar oyunları: 428 internet resursuna giriş məhdudlaşdırılıb
12:42 / 30-01-2026
Ceyhun Bayramov BƏƏ-nin XİN başçısı ilə telefonda danışıb
12:36 / 30-01-2026
Sabah hava necə olacaq? - Proqnoz
12:29 / 30-01-2026
Xankəndi, Xocalı və Ağdərəyə növbəti köç karvanları gedib
12:20 / 30-01-2026
Nazirliyin əməkdaşı 18 kq qızılla tutulub
12:09 / 30-01-2026
ABŞ müdafiə naziri NATO-nun əsas görüşündə iştirakdan imtina edib
11:42 / 30-01-2026
Tramp üçün əlavə bəhanə: ABŞ prezidenti İraqı niyə hədəfə alıb?
11:34 / 30-01-2026
Azərbaycan UEFA reytinqində irəliləyib
11:21 / 30-01-2026
Sahibə Qafarovaya ağır itki üz verib
11:01 / 30-01-2026
Tanınmış iş adamı həbs olunub - Səbəb
10:57 / 30-01-2026
Ağ ev münaqişəni sona çatdırmağa tələsir
10:47 / 30-01-2026
Bakıda binanın birinci mərtəbəsində blok çöküb
10:37 / 30-01-2026
Bayden Ağ evdən cəmi iki hədiyyəsini aparıb
10:23 / 30-01-2026
Agentlik sədrinin müavini vəzifədən azad edilib
10:22 / 30-01-2026
İndoneziyada Semeru vulkanı püskürüb
10:13 / 30-01-2026
Tramp sülhün əldə olunacağına əmindir
10:12 / 30-01-2026
Abşeronun prokuroru vəzifəsindən azad olunub
10:05 / 30-01-2026
Vəzifəli şəxslər saxlanılıb - Foto
09:55 / 30-01-2026
Rusiya BMT-dən nəyi xahiş edir?
09:46 / 30-01-2026
Ərdoğan: Türk dünyası XXI əsrə öz izini qoyacaq
07:31 / 30-01-2026
Kvant kompüterində "zaman kristalı" yaradılıb
13:37 / 28-01-2026
Bakının dörd qəsəbəsinə metro xətti çəkiləcək
16:16 / 26-01-2026
Keçmiş səfir: ...İrana hücum məsələsi ciddidir - Müsahibə
17:31 / 29-01-2026
Vensin səfəri Güney Qafqaza nə vəd edir?
16:54 / 27-01-2026
Prezident iki nazir müavini təyin edib - Fotolar
11:08 / 27-01-2026
İran mühasirəyə alınır, tezliklə zərbə endirə bilərlər
13:38 / 28-01-2026
Cəbrayıla növbəti köç karvanı gedib - (Yenilənib)
17:21 / 26-01-2026
Nazir müavinlərinin sayı artırılıb
15:06 / 27-01-2026
Buraxılış imtahanında yeni model tətbiq ediləcək
11:59 / 26-01-2026
Vensin Bakı və İrəvana gəlməkdə məqsədi nədir?
14:09 / 28-01-2026
Çinin 48 hərbi nəqliyyat təyyarəsi İrana silah daşıyır
13:48 / 29-01-2026
Zəngilana növbəti köç karvanı gedib - (Yenilənib)
14:42 / 26-01-2026
Xocalıya növbəti köç karvanları gedib - (Yenilənib) - Fotolar
Fərəc Quliyev: “2019-cu il bir az gərgin il olacaq” - Müsahibə
Tarix: 13-01-2019 13:13 | Bölmə: Müsahibə

Milli Məclis üzvü deyir ki, Azərbaycanda maaşlar istehlak səbətinə uyğun müəyyənləşməyib, maaş və təqaüdlər çox aşağıdır
Artıq 2019-cu ilin ilk günlərini yaşayırıq. Ötən il problemlərlə yanaşı, ölkəmizin müəyyən uğurları da olub. Eyni zamanda, ictimai-siyasi baxımdan müəyyən islahatlar, mühüm kadr dəyişiklikləri də baş verib. Bəs bu il hansı dəyişikliklər gözlənilir?
“Reytinq”in bu və digər suallarını Milli Dirçəliş Hərəkatı Partiyasının sədri, Milli Məclisin deputatı Fərəc Quliyev cavablandırıb:
- Öncə onu deyim ki, Azərbaycanın mövqeyi dünya ölkələrinin mövqeyindən kənarda təsəvvür oluna bilməz. Çünki Azərbaycan ada dövləti deyil.
2017-2018-ci illərdə dünyada iqtisadi artım, iqtisadi böyümə var idi. Amma 2018-ci ilin əsasən, oktyabr ayından sonra kiçilmələr başladı. Bu proses təbii ki, Azərbaycana da təsir elədi. Xüsusilə ilin sonunda neftin qiyməti ilə bağlı olan dəyişmələr bir çox planları həyata keçirməyə imkan vermədi. Ümumiyyətlə, 2019-cu ilin daha ciddi ziqzaqlarla müşahidə olunacağı gözlənilir. Mən niyə bunu dünya iqtisadiyyatı ilə götürürəm? Çünki dünya siyasəti böyük dövlətlərin marağından doğan addımlardan başlayır. Bölgəmiz də dünya siyasətini müəyyənləşdirən əsas bölgədir. Təbii ki, ölkəmizin də vəziyyəti buna uyğun olaraq müəyyənləşir. Ölkə siyasəti də bu qlobalsiyasətə uyğun müəyyənləşdirilməlidir.
- Partiyanızın ötənilki fəaliyyəti nə ilə yadda qaldı?
- Partiya olaraq ölkəmizin maraqlarından çıxış edirik. Hər bir partiya kimi quruculuq işləri və növbəti seçkilərə hazırlıqla bağlı işlərimizi görürük. Fərqli bir münasibət yoxdur. Keçən il həm də prezident seçkilərində iştirak edib, özümüzü təbliğ elədik. Bütün rayonlarda görüşlər keçirdik. Təşkilatımızı yoxladıq, gücümüzü sınaqdan keçirdik.
Hesab edirəm ki, 2019-cu il bir az gərgin il olacaq. Ölkənin birliyə, sabitliyə ehtiyac var. Hər hansı bir gərgin dönəmdə bunu nəzərə almalıyıq. Fəaliyyətimizdə biz də bunu nəzərə alacağıq.
- Gərginlik hansı kontekstdə ola bilər?
- Tutaq ki, iqtisadi məsələlərə toxundum. Dünya iqtisadiyyatında dövrü olaraq kiçilmələr davam edəcək. Böyük banklar zərərlə işləməyə başlayıb, keçən il İsveçrə bankında 35 milyarda qədər zərər var, yaxud, Rusiyanın biznes aləmində 5 milyarda qədər azalma hesablanıb. Rusiya və İrana qarşı sanksiyalar davam edəcək. Yaddan çıxarmamalıyıq ki, bütün dövlətlər bir-biri ilə ən azı ticari əlaqələrdədir. Yəni, iqtisadiyyatda da kiçilmə baş verəndə, bu, iş yerlərinin bağlanmasına gətirib çıxaracaq, investisiya qoyuluşu çətinləşəcək.
FED dolların faiz dərəcələrində artımların davamı gözlənilir. Belə olduqda, xaricdən borc götürməyə və yaxud bütün məhsulların idxal-ixrac məsələlərinə təsir edəcəkdir. Təbii ki, bütün bunlar sosial məsələlərə birmənalı şəkildə toxunur. Bu məsələlər də əhalinin əsasən kasıb təbəqəsinə təsir edir. Eyni zamanda, təqaüdçülərə, büdcədən maliyyələşən təşkilatlarda işləyənlərə təsir göstərir. Ümumiyyətlə, mən büdcə müzakirələrində də demişdim ki, Azərbaycanda istehlak səbətinə uyğun olaraq maaşlar müəyyənləşməyib. Maaşlar, təqaüdlər çox aşağı səviyyədədir. Bunu hər kəs bilir. O mənada dünyada baş verənlərin bizə bir başa dəxli var. Bu, birinci tərəf.
İkinci tərəf Dağlıq Qarabağ məsələsidir ki, bunda da bir irəliləyiş yoxdur. Əksinə, Paşinyanın hakimiyyətə gəlişindən sonra ikili siyasət yürütməsi, Avropa və Rusiya arasında oynaması danışıqlara yeni və qeyri-müəyyən nöqtədən başlamaq cəhdi əldə olunan kiçik uğurlar, irəliləyişlər vardırsa, onların da üstündən xətt çəkir. Yəni, 2019-cu il savaşın aktiv fazaya keçməsi ilə müşahidə oluna bilər. Belə olarsa, bu işə həm də xeyli vəsaitimiz ayrılacaq. Biz fərqli davranış nümayiş etdirməli olacağıq. O mənada bizdə iki qat gərginlik olacağını düşünürəm.
- Maraqlıdır, ölkədə hər hansı gərgin mühit formalaşarsa, bu gərginlik etiraz aksiyasına çevrilə bilərmi?
- Bu, doğru yol deyil. Əslində ölkənin daxilində müəyyən məsələlər baş verəndə siyasi fəallıq artır. Siyasətlə məşğul olanlar müxtəlif formalarda mübarizə aparırlar. Amma kənar güclərin istəkləri, bayaq qeyd elədiyim kimi, ölkənin müharibə vəziyyətində olması istənilən qarşıdurmanı ölkənin əleyhinə işləyən amil kimi ortaya çıxarır. Ən inkişaf etmiş ölkələrdən olan Fransada baş verən hadisələr göstərir ki, belə gərginliklər ölkəni tamamən krizisə çəkir, etimaddan salır. Yaxın Şərqdə baş verənlərə və ərəb ölkərlərinə nəzər salın. Hakimiyyətdə olan və yaxud hakimiyyət uğrunda mübarizə aparan hər kəs belə məsələləri dərk eləməlidir. Yəni, söhbət təkcə hakimiyyət dəyişikliyindən getmir, ölkənin dəyişməsindən, yaxşı mənada bu məsələdən sağ-salamat çıxmasından gedir.
Etirazlar bütün ölkələrdə baş verir. Bizim ölkəmizdə də sosial məsələlərlə bağlı etirazlar olub və bundan sonra da ola bilər. Bunlar qanuni və ölkəyə zərər verməyən formada olmalıdır. Mən hesab eləmirəm ki, başqa formada nəyisə dəyişmək lazımdır və ya mümkündür.
- Ümummilli maraqlar, sabitlik, xarici qüvvələrin müdaxiləsi və s. məsələlər aydındır. Amma vətəndaşın sosial vəziyyəti çətinləşirsə, gündəlik tələbatı ödənmirsə, hüquqları pozulursa, etirazını hansı formada etməlidir?
- Etiraz eləmək formasına gəlincə, istənilən formada qanuni etirazlara normal yanaşılır. Amma tərəflər məsuliyyətini dərk eləməlidir ki, məsələlər meydanlarda həll olunmasın. Çünki bundan digər qüvvələr istifadə edir və idarə olunan xaos yaradılır. Bu isə bizim ölkədə heç kəsin xeyrinə deyil. Ona görə də hakimiyyət ciddi islahatlar aparmalı, real addımlar atmalı, müxalifət də fəaliyyətində kənar güclərin istəklərin deyil,ölkə maraqlarını prioritet götürməlidir.
Bayaq dediyim kimi, ölkə büdcəsində istehlak səbətinə uğun olaraq əmək haqları, təqaüdlər nəzərə alınmalıdır. Əlbəttə, müxalifətin də demokratik şəkildə istəkləri olacaqsa, bunlar normal istəklər şəkildə meydana çıxmalıdır.
1988-ci il çərçivəsindən çıxmaq lazımdır. İmperiyaya qarşı apardığımız mübarizə metodlarını müstəqil dövlətimizə tətbiq eləyə bilmərik. Hər dövrün öz trendləri var. Ona uyğun da davranışlar olmalıdır.
- Fərəc bəy, 10 ilə yaxındır ki, parlamentdə təmsil olunur, mövqelərinizi parlament tribunasından bildirirsiniz. Verdiyiniz təkliflər, etdiyiniz çıxışlar öz nəticəsini verirmi?
- Əlbəttə fəaliyyətimiz arzularımıza uyğun deyil, amma reallığa uyğundur. Mən təkcə keçən parlament dönəmində 105 iclasda 115-ə qədər təkliflə çıxış eləmişdim. Onların 95 faizə qədəri nəzərə alındı. Əslində müxalif fikrə hörmət olunmasının başqa bir forması yoxdur ki. Onlar tətbiq olunubsa, normal şəkildə həyata keçirilməyə başlanılıbsa, bu uğurdur və bunun kim tərəfindən həyata keçirilməsi əsas deyil. Əsas hansı düşüncənin iş başına gəlməsidir. Amma elə məsələlər var ki, biz ifadə eləsək də, nəzərə alınmır və zaman-zaman da fəsadları çıxır. Bu da reallıqdır.
Büdcə müzakirələrində, başqa formalarda tənqidi fikirlərimizi səsləndirmişik. Məsələn, mətbutda. Hesab edirəm ki, bunlar da nəzərə alınmalıdır. Bizim üçün optimal və mümkün olan tribuna budur. Başqa tribunalardan istifadə parlament tribunasındakı effekti vermir. Bu, birmənalı şəkildə belədir və buna alternativ yoxdur.
- Amma müxalifətin bəzi nümayəndələri deyir ki, seçki ədalətli olmadığı üçün deputatlar xalqın iradəsini ifadə eləmir. Bu fikirlərlə razısınızmı?
- Əvvəla parlament fərqli fikirlərin müzakirə olunduğu yerdir. Şəxsən mən ən müxtəlif məsələlərlə baglı dəfələrlə ortaya fərqli mövqelər qoymuşam. Amma səsvermədən sonra hansı qərar qəbul olunursa ona əməl etmək məcburiyyəti var.
O ki qaldı seçkiyə, mən razılaşmıram ki, Milli Məclisdəkilər qeyri-qanuni seçiliblər və s. Bu ifadələr doğru deyil. Mən seçkilərdə normal şəkildə iştirak eləyib haqqım olanı almışamsa, parlamentdə təmsil olunuramsa, kənardan kimin nə deməyinin əhəmiyyəti yoxdur. Deputatlar xalqın iradəsini ifadə eləmir fikrinə gəlincə, bunu hamıya şamil eləmək doğru deyil. Təkcə müxalifət partiyalarından olanlar deyil, hətta müxalifət partiyalarından olmyanlar, bitərəflər də var ki, aydın şəkildə xalqın xeyrinə işləyən müddəlarla, təkliflərlə çıxış edirlər. Əlbəttə, bu fikirlərin hamısının orada həyata keçirilməsi mümkün olmur. Bayaq bunu qeyd elədim, arzuolunanla, həyata keçirdiklərimiz üst-üstə düşmür. Amma bizim başqa tribunamız yoxdur ki... Hesab edirəm ki, bütün hallarda masa arxasında, parlamentdə, tribunalarda məsələlərimizi həll etməyimiz daha doğrudur, nəinki meydanlarda, dava-dalaşla. Dava-dalaşlar, hətta müharibələr sonda sülhlə nəticələnir. Dalaşma olmadan danışmaqla məsələlərin həlli daha yaxşıdır.
Radikallıq lazım olanda imperiyaya qarşı bütün üsullarla mübarizə aparmışıq. Şəxsən mən silahlı mübarizə də aparmışam. Bütün üsullara əl atmışıq. 90-cı illərdə "Qisas" təşkilatı yaradıb İmeriya ordusuna qarşı terrora belə əl atmışıq. Amma bizə indi irad tutan "radikallar” o zaman özlərinə "Biz demokratik mübarizə aparırıq”,- deyirdilər. Amma öz müstəqil dövləti olanda "Biz radikal mübarizə aparırıq”,- deyirlər. Bir az zamanla qarşı tərəfdəki subyekttin yerini səhv salıblar.
- Son zamanlar müxalifət nümayəndələri birlik mesajları verirlər. Hətta müxalifətin zirvə toplantısı adı altında ilkin görüşləri də keçirilib. Birlik mesajlarına münasibətiniz necədir?
- Mən birliyin tərəfdarıyam. Ölkəmiz 5-6 yerə parçalanıbdır. 460 min kavdrat kilometrdən 86 min ərazimiz qalmışdı. Onun da 20 faizini ermənilər işğal edibdir. Belə bir ölkədə daha böyük birlikdən söhbət getməlidir. Hətta dünyanın ən müxtəlif yerində olan Azərbaycan insanları, soydaşlarımızla birgə davranış modellərini tapmağı bacarmalıyıq. Hakimiyyət uğrunda mübarizədəki fəaliyyətdə birlik axtarmaqsa başqa məsələdir ki, formalar fərqli ola bilər.
Hakimiyyət uğrunda mübarizə aparmaq da normaldır. Bu da seçkilərdə müəyyənləşməlidir. Amma, təəssüflər olsun ki, bu məsələdə də birliyimiz yoxdur. Mən hesab etmirəm ki, mexaniki birlik də bu məsələni həll edə bilər. Bu ideoloji məsələnin ətrafında birləşmək lazımdır. Mən həmişə demişəm ki, hədəfi olmayan millət kompassız gəmi kimidir. Bir hədəf olmalıdır. Fərqli ideologiyalar olsa da, ideya olaraq ortada bir hədəf göstərilməlidir. Bütün hallarda istənilən birlik normaldır. O istəyə bağlıdır, yəni nə istənilir. Hesab eləmirəm ki, müxtəlif formatlarda bir yerə gəlib fiziki mənada çarpışmaq, vuruşmaq lazımdır. Ortaya qoyulan fikirlər milli maraqlara uyğundursa, ona heç müqaviləsiz də dəstək vermək normaldır. Bütün bunların başında istək dayanır. Milli maraqları özündə ehtiva eləyən böyük istək ortaya qoyulandan sonra təbii ki, o birlik haqqında danışmaq doğru olar. Ən böyük birlik də, mən yenə deyirəm, nəinki ölkənin daxilində, həm də xaricindəki bütün soydaşlarımızın birlik modelini tapmaqdır.
- Birlik demişkən, heç Qarabağla bağlı keçirilən mitinqdə də o birlik müşahidə edilmədi. Niyə hətta ümummili məsələ ətrafında belə birləşə bilmirik?
- Bunun ən müxtəlif səbəbləri var. Mən hələ 1998-ci ildə həbsdə olanda bir fikir irəli sürmüşdüm. O fikir bu gün də öz aktuallığını saxlayır. Mən demişdim ki, iqtidarla müxalifət arasında Qarabağla bağlı memorandum imzalanmalı, problem təfsilatlı göstərilməlidir. Çünki hakimiyyət əmin olmalıdır ki, müxalifətdəkilər Qarabağ kartından istifadə edib hakimiyyət savaşı aparmayacaq. Müxalifətdəkilər də əmin olmalıdır ki, hakimiyyət heç bir halda bu çərçivədən kənarda hər hansı addımı atmayacaq. Xaricdən də təzyiqlər olanda hakimiyyətə və müxalifətə basqı ola bilməzdi. Bu memorandum ildırımötürücü olacaqdı. Bu, birlik üçün vacib məsələdir. Bu gün bu çərçivə müəyyən olunmadığından anlaşılmazlıq yaranıb.
Son zamanlar prinsip etibarı ilə Qarabağın qeyd-şərtsiz azad olunması ilə bağlı fikirlər səsləndirilir ki bu da hamı tərəfindən qəbul olunur. Bu məsələ ilə bağlı dəyirmi masaya ehtiyac var. Burada həm müxalifət, həm də hakimiyyət bir yerdə oturmalıdır ki, problem normal şəkildə müzakirə olunsun, müxtəlif təkliflər dinlənilsin.
Mən Parlamentdə dəfələrlə məsələ qaldırmışam ki, parlamentdə Dağlıq Qarabağ Komitəsi yaradılsın, problem parlamentdə müzakirəyə çıxarılsın . Bura bütün ictimai-siyasi təşkilatlardan nümayəndələrin dəvət olunması da mümkündür. Buna oxşar variantlarla Dağlıq Qarabağı bir nömrəli problemimiz olaraq gündəmə gətirib, çıxış yollarını araya bilərik.
Reyting.az
Bölməyə aid digər xəbərlər

26-01-2026, 16:16
Keçmiş səfir: ...İrana hücum məsələsi ciddidir - Müsahibə
21-01-2026, 17:35
Qurban Qurbanov: Rəqiblər artıq bizi daha ciddi qəbul edirlər - Müsahibə
15-01-2026, 16:21
Cəlaloğlu: Hadisələr bir qədər də inkişaf etsə, İranın parçalanması gündəmə gələcək - Müsahibə
16-12-2025, 17:49
Abdulla: Yeni “Klinik A” teatrında tamaşa yox, seans olacaq - Müsahibə
29-10-2025, 14:34
Baş rejissor: Hazırladığımız 12 tamaşanı “Axır Zaman”la yekunlaşdıracağıq - Müsahibə
6-08-2025, 14:15
Təranə Muradova: “Sevgisiz heç nə yaratmaq mümkün deyil” - Müsahibə
24-07-2025, 17:03
Abdulla: Aktyorları attestasiyadan keçirmək lazımdır - Müsahibə
1-03-2025, 15:45
Deputat: Ukraynanı yalnız ABŞ xalqının Trampa qarşı qalxması xilas edə bilər - Müsahibə
23-01-2025, 19:03
İmran Bədirxanlı: “Özünü tapandan sonra yaşamaq asanlaşır” - Müsahibə
8-01-2025, 10:49
“Kino adamı kimi bir çox şeylər məni qane etmir” - Müsahibə
18-11-2024, 12:28
Turan Manafzadə: “Mədəniyyət diplomatiyasından yararlanmağı bacarmalıyıq” - Müsahibə
17-08-2024, 15:25
“Böyük güclər sülhdə maraqlı görünmürlər” - Müsahibə
12-08-2024, 11:00
Emin Əfəndiyev: “Yeni ssenarilər, layihələr barədə düşünürəm” - Müsahibə
22-07-2024, 09:58
Gənc xanəndə: “Məcnun kimi səhnəyə çıxmaq ən böyük arzularımdan biri olub” - Müsahibə
8-07-2024, 10:43
Aktrisa: “Mən ürək adamıyam...” - Müsahibə
14-06-2024, 15:06
Nazir: “Sertifikatlaşdırmada iştirak edən hər beş müəllimdən biri kəsilir” - Müsahibə
6-04-2024, 21:12
Qulu Ağsəs: “Tənqidi indi çox tənqid edirlər” - Müsahibə
2-04-2024, 20:28
“Hava hücumu ssenarisi mümkündür” - Müsahibə
19-02-2024, 16:33
Aktyor: “Əvvəldən bilsəydim o filmə çəkilməzdim...” - Müsahibə
16-02-2024, 12:55
Bəstəkar: “Zamanın ritmini tutmaq çətinləşib” - Müsahibə
28-01-2024, 15:36
Qüdrət Həsənquliyev: “Azərbaycan yenidən qurulmalıdır” - Müsahibə
9-12-2023, 20:57
Hərbi ekspert: “Krım körpüsü dağıdılmalıdır” - Müsahibə
14-11-2023, 19:08
Xalq artisti: “Teatrın ən ağrılı məsələlərindən biri də yaş senzi ilə bağlıdır” - Müsahibə
4-11-2023, 09:41
İlham Əziz: “Hər yazıçının öz əlifbası olmalıdır” - Müsahibə
27-10-2023, 15:19
Zahid Oruc: “Zəfər dövləti, Zəfər təşkilatı, Zəfər təhsil modeli yaradılmalıdır” - Müsahibə
27-10-2023, 11:01
Əlizadə Nuri: “Şairlik-sözlə inqilab etməkdir” - Müsahibə
23-10-2023, 18:22
General Sırski: “Düşmən ciddi itkilər verir, lakin onlar...” - Müsahibə
23-10-2023, 10:26
Aktrisa: “Özümü olmalı olduğum yerdə hiss edirəm” - Müsahibə
19-09-2023, 13:48
Hərbi analitik: “Rusiya Moskvanı lazımi şəkildə qoruya bilmirsə, deməli...” - Müsahibə
5-09-2023, 18:40
General: “Rusiya elitası Putini devirməyə hazırdır” - Müsahibə
23-08-2023, 18:14
Beynəlxalq ekspert: “Ruslar Ukrayna ilə uzunmüddətli hərbi qarşıdurmaya ümid edirlər” - Müsahibə
16-08-2023, 12:08
Kənan Məmmədov: “Kino günündə göstərməyə yeni film olmadı” - Müsahibə
10-08-2023, 15:00
Rıjenko: “Rusiyanın Qara dəniz donanmasını məhv etmək üçün yüzlərlə drona ehtiyac var” - Müsahibə
30-05-2023, 16:48
Kinorejissor: “Bəzilərini kinonun taleyi yox, kinostudiyanın ərazisi maraqlandırır”
16-05-2023, 16:48
Şeytelman: “Priqojin Rusiyada yeganə şəxsdir ki, dövlət çevrilişlərini uğurla həyata keçirə bilir”
13-05-2023, 09:34
Qüdrət Həsənquliyev: “Davamlı sülh üçün danışıqları Türkiyə və Rusiya ilə aparmalıyıq” - Müsahibə
3-03-2023, 16:55
Keçmiş deputat: “Rus imperiyasının dağılması qaçılmazdır” - Müsahibə
9-02-2023, 12:36
Deputat: “Ciddi əks-zərbə vurulmalıdır” - Müsahibə
7-01-2023, 15:55
Sərdar Cəlaloğlu: “Rusiya Qarabağı ələ keçirməyə çalışır” - Müsahibə

“Qarabağ”ın baş məşqçisi deyir ki, "Ayntraxt"la qarşılaşmada baxımlı oyun nümayiş etdirməyə çalışacaqlar
ADP sədri deyir ki, hələlik İranda baş verən proseslərin inkişafı xarici güclərin, xüsusilə ABŞ-ın mövqeyindən, həmçinin Türkiyə və Azərbaycanın bu məsələdə milli maraqlarını nə dərəcədə ön plana çəkməsindən asılı olacaq
Rejissor və aktyor deyir ki, yeni fəaliyyətə başlayan teatrda tamaşaçını pasiyent əvəz edəcək
Mikayıl Mikayılov deyir ki, festivalda nümayiş olunan tamaşa Azərbaycanla Meksika arasında teatr əlaqələrinin başlanğıcı sayıla bilər