18:29 / 30-10-2025
Hərbi ekspert: Nüvə eskalasiyası bəşəriyyəti qorxulu istiqamətə aparır
18:20 / 30-10-2025
Baş nazir Dövlət Mülki Aviasiya Agentliyi barədə qərar imzalayıb
17:50 / 30-10-2025
Dirijor Rauf Abdullayev xəstəxanaya yerləşdirilib
17:46 / 30-10-2025
Səsdən sürətli yeni təyyarənin sınağı uğurlu olub
17:16 / 30-10-2025
Hindistan Rusiya neftini əldə etməyin yolunu tapıb
17:06 / 30-10-2025
Millimiz Moldova ilə heç-heçə edib
16:57 / 30-10-2025
ABŞ-nın nüvə sınaqlarına Rusiyanın münasibəti necədir?
16:56 / 30-10-2025
Bakıda 66 kiloqramdan artıq narkotik vasitə dövriyyədən çıxarılıb
16:52 / 30-10-2025
Yeni parça gündəlik həyatı asanlaşdıracaq - Foto
16:42 / 30-10-2025
“Rosneft”-in törəmə şirkətini ələ keçirmək istəyirlər
16:34 / 30-10-2025
Sərdar Cəlaloğlu bacısı oğlunun həbsindən danışıb
16:17 / 30-10-2025
General: Pokrovskdakı rus birliklərini məhv edəcəyik
16:12 / 30-10-2025
Ukraynada daha bir azərbaycanlı həlak olub
15:54 / 30-10-2025
Çin TikTok-da ABŞ ilə əməkdaşlıq edəcək
15:41 / 30-10-2025
Rusiyanın Vinnitsaya hücumunda 7 yaşlı qız həyatını itirib
15:13 / 30-10-2025
Prezident icra başçısını vəzifədən azad edib - Sərəncam
15:07 / 30-10-2025
Şəhid Aydın Nuriyevlə vida mərasimi keçirilib
14:57 / 30-10-2025
Daha bir vəzifəli şəxsin adı Ramiz Mehdiyevlə hallanır
14:49 / 30-10-2025
Saleh Səmədovun bir qardaşı həbs edilib, digəri axtarışa verilib
14:41 / 30-10-2025
İlham Əliyev Ermənistandakı sammitə qatılmayacaq
14:33 / 30-10-2025
Birinci Qarabağ müharibəsinin şəhidi dəfn edilib - Fotolar
14:16 / 30-10-2025
Eldar Əzizov məmurlara xəbərdarlıq edib - Müşavirə
13:58 / 30-10-2025
Ağdərəyə növbəti köç karvanı gedib - (Yenilənib) - Fotolar
13:53 / 30-10-2025
Saxlanılan icra başçısı nazir müşavirinin dayısıdır
13:46 / 30-10-2025
Azərbaycanlı milyarder “Lukoyl”dakı xarici aktivlərini satır
13:39 / 30-10-2025
Dünyanın qızıl ehtiyatı azalıb - Foto
12:38 / 30-10-2025
Baş redaktor saxlanılıb - Əməliyyat
12:18 / 30-10-2025
Monteneqroda antitürk və anti-Azərbaycan əhval-ruhiyyəsinin səbəbi nədir?
14:34 / 29-10-2025
Baş rejissor: Hazırladığımız 12 tamaşanı “Axır Zaman”la yekunlaşdıracağıq - Müsahibə
20:19 / 27-10-2025
Nazir Emin Əmrullayevə bir neçə sual
23:17 / 25-10-2025
Vəkil Zabil Qəhrəmanov həbs olunub
15:13 / 30-10-2025
Prezident icra başçısını vəzifədən azad edib - Sərəncam
16:17 / 27-10-2025
Ramiz Mehdiyevin Rusiyaya yazdığı gizli məktub üzə çıxıb - Fotofakt
11:43 / 29-10-2025
Qafqazda sülh: Ağ ev Paşinyanı qorumalıdır
16:57 / 27-10-2025
1500 illik qızıl sikkə xəzinəsi tapılıb
14:57 / 30-10-2025
Daha bir vəzifəli şəxsin adı Ramiz Mehdiyevlə hallanır
16:37 / 27-10-2025
Prezident səfirləri geri çağırıb - Yeni təyinatlar - (Yenilənib)
17:45 / 29-10-2025
Ukraynanın iki şəhəri mühasirəyə alınıb
12:22 / 27-10-2025
Azərbaycanın Yaxın Şərq həmləsi: Vaşinqtondan dəstək var
18:09 / 26-10-2025
"Neftçi" qələbə qazanıb
Deputat: “Türkiyə Qarabağın işğaldan azad olunması üçün Rusiya ilə danışıqlar aparmalıdır” - Müsahibə
Tarix: 12-08-2020 12:41 | Bölmə: Müsahibə

Qüdrət Həsənquliyev deyir ki, Rusiya Qarabağ siyasətində dəyişiklik etmək istəməsə Azərbaycan neytrallıq siyasətindən imtina edib Avroatlantik məkana inteqrasiya yolu tutmalıdır
Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsi sədrinin müavini, Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasının (BAXCP) sədri Qüdrət Həsənquliyev partiyanın mətbuat xidmətinə müsahibə verib.
Reyting.az həmin müsahibəni təqdim edir:
- Qüdrət bəy, Azərbaycan-Türkiyə birgə hərbi təlimlərini, Xarici işlər və Müdafiə nazirlərinin Türkiyəyə səfərlərini necə qiymətləndirirsiniz?
Bəzi partiyalar Azərbaycanda hərbi təlimlərdə iştirak edən Türkiyə hərbçilərinin ölkəmizdə qalması və burada Türkiyə hərbi bazalarının yaradılması təşəbbüsü ilə çıxış ediblər. Bu məsələyə də münasibətinizi bilmək istərdik.
- Birgə hərbi təlimləri yüksək qiymətləndirirəm. Bu, ölkəmizin müdafiə qabiliyyətinin gücləndirilməsi üçün son dərəcə əhəmiyyətlidir. Bu, həm Ermənistana, həm də regionda marağı olan digər dövlətlərə bir mesajdır ki, Azərbaycan tək deyil.
Yeni seçilmiş Türkiyə və Azərbaycan prezidentlərinin seçkilərdən sonra ilk səfərlərini qardaş ölkələrə etməsi artıq ənənə halını alıb və təbiidir. Bu baxımdan, yeni təyin olunmuş Xarici işlər nazirinin də ilk səfərini qardaş Türkiyəyə etməsi təsadüfi deyil.
Çox istərdim ki, mənim dəfələrlə qaldırdığım və Türkiyə tərəfinin də müdafiə etdiyi şəxsiyyət vəsiqələri ilə qarşılıqlı səfərlər məsələsi də tezliklə öz həllini tapsın, siyasi, iqtisadi və hərbi sahədə əməkdaşlıq daha yüksək səviyyəyə qaldırılsın.
Azərbaycanda Türkiyə hərbi bazalarının yaradılmasına gəldikdə isə Azərbaycan Respublikası Milli Məclisinin qərarı ilə təsdiq olunmuş “Azərbaycan Respublikasının Hərbi Doktrinası”nın 29-cu bəndinə görə, Azərbaycanda xarici hərbi bazaların yaradılmasına yol verilmir. Yalnız hərbi-siyasi şəraitdə əsaslı dəyişikliklər baş verdiyi təqdirdə xarici hərbi bazaların yerləşdirilməsinə, yaxud xarici hərbi iştiraka müvəqqəti icazə verilə bilər. Daha üstün hüquqi qüvvəyə malik olan “Azərbaycan Respublikasının Milli təhlükəsizliyi haqqında” Qanunun 19.4-cü maddəsinə əsasən də, ölkə ərazisində xarici hərbi bazaların yerləşdirilməsinə yol verilmir. Bundan başqa, Azərbaycan neytrallıq siyasəti yürüdür və Qoşulmama Hərəkatının üzvüdür. Bu baxımdan, Türkiyənin Azərbaycanda hərbi bazasının yaradılması üçün lik növbədə Azərbaycanın xarici siyasətində və mövcud qanunvericilikdə ciddi dəyişikliklər edilməlidir.
Türkiyənin Azərbaycanda hərbi bazasının yaradılması ideyasına gəldikdə, bu məsələyə Qarabağın işğalına son qoyulması prizmasından yanaşmaq lazımdır. Mən düşünürəm ki, Türkiyə Qarabağın işğaldan azad olunması üçün Rusiya ilə bağlı qapılar arxasında danışıqlar aparmalıdır. Ehtiyac olarsa Azərbaycanın ərazi bütövlüyü naminə xarici siyasətdə hansısa güzəştlərə getməyə də hazır olmalıdır. Paralel olaraq, Azərbaycan da Rusiya ilə danışmalı, onları əmin etməliyik ki, onlar Qarabağı işğaldan azad etdiyimiz zaman ermənilərə kömək etməyib bizi işğalçılarla təkbətək buraxarlarsa, biz onların regiondakı maraqlarını qoruyacağıq. Bu, Azərbaycanın Rusiyanın liderliyi ilə yaradılan regional birliklərə qoşulması və ikitərəfli dövlətlərarası müqavilələrlə təsdiq oluna bilər.
Azərbaycanın regionda təhlükəsizliyinin təmin olunması üçün müxtəlif ideyalar irəli sürülür və cəmiyyətdə müzakirə olunur. Belə ideyalardan biri hələ uzun illər bundan öncə mənim tərəfimdən irəli sürülmüşdü ki, regionun təhlükəsizliyi və inkişafı üçün Avropa İttifaqı modelində “Türk-Slavyan Respublikaları İttifaqı” (TSRİ) yaradıla bilər. Bu ittifaqa Türkiyə ilə yanaşı, istəyərlərsə Moldova, Gürcüstan, Ermənistan və Tacikistan da daxil ola bilər. Həm də çalışmalıyıq ki, əhalisinin yarısını azərbaycanlı türklər təşkil edən İran da həmin ittifaqın üzvü olsun. O zaman türklər hansı dövlətdə yaşamalarından asılı olmayaraq, eyni ittifaqın vətəndaşları olub milli və mədəni baxımdan daha sıx inteqrasiya oluna bilərlər. Bu ittifaq artıq mövcud olan Avrasiya İttifaqının genişləndirilməsi və ona yeni məzmun verilməsi yolu ilə də yaradıla bilər. Yeni ittifaq Avropa Birliyi və Çinlə rəqabət aparmaq gücündə olub, dünyada iqtisadi inkişafa və təhlükəsizliyə böyük təhfə verər.
Bu yaxınlarda deputat həmkarım Zahid Oruc belə bir ideya ilə çıxış etmişdi ki, regionda TAR - Türkiyə-Azərbaycan-Rusiya İttifaqının yaradılması Qarabağın azadlığına, regionun inkişafına və təhlükəsizliyinə ciddi töhfə verə bilər. Bundan sonra o, bu və digər fikirlərinə görə mənəvi terrorla üzləşdi. Hər bir fikrə etika çərçivəsində münasibət bildirilməlidir. Hansısa fikirlər həqiqəti əks etdirmədiyi üçün təkzib oluna, milli maraqlara cavab vermədiyi və ya ziyanlı olduğu iddia edilə bilər. Amma çox təəssüf ki, bəzi adamların mədəni səviyyəsi və siyasi dünyagörüşü siyasətlə məşğul olmaq üçün yetərli olmasa da, siyasi həyatımıza soxulub mənəvi terrorla məşğul olurlar. Rəqiblərinə təhqirlər yağdırmaqla onlar özlərini alçaltsalar da, mənəvi mühiti də korlayıb ölkəmizin gələcəyənə böyük zərbə vururlar. Onları durdurmağın tək yolu isə özünü əxlaqlı siyasətçi hesab edənlərin belə şəxsləri açıq şəkildə pisləmələri və iqtidara gələrlərsə, belələrini məsuliyyətə cəlb etmək üçün çalışacaqlarını bəyan etmələri olmalıdır.
Qayıdaq Türkiyənin Azərbaycanda hərbi baza yaratmaq ideyasına. Əgər Rusiya Türkiyə və Azərbaycanla danışıqlarda konstruktivlik nümayiş etdirməzsə, o halda bu barədə xalqımızla açıq danışılmalı və Azərbaycan neytrallıq siyasətindən imtina edib Avroatlantik məkana inteqrasiya yolu tutmalıdır. Bu zaman atılmalı olan ilk addım Türkiyənin Azərbaycanda hərbi bazalarının yaradılması, Türkiyə ilə qarşılıqlı hərbi yardım haqqında sazişin imzalanmsı və NATO-ya üzvülük üçün müraciətin edilməsi, Avropa İttifaqı ilə sıx inteqrasiya siyasətinin yürüdülməsi olmalıdır. Bundan sonra isə Azərbaycan Rusiyanın Çeçenistanda etdiyini edib, torpaqlaramızı işğaldan azad etməlidir.
Biz Türkiyənin Rusiya ilə müharibəyə cəlb edilməsinə imkan verməməliyik. Türkiyə bizə hərbi təlimlərdə kömək etməli, müasir silah-sursat satmalıdır.
Rusiya hərbçiləri Birinci Qarabağ savaşında olduğu kimi, Ermənistan tərəfdən açıq formada döyüşə qatılarsa, o zaman qardaş Türkiyənin müharibəyə qatılmaqdan başqa yolu qalmayacaqdır. Son birgə təlimlər həm də bunun anonsu idi.
- “Dövlət İnvestisiya Holdinqi”nin yaradılmasına münasibətiniz necədir?
- Dövlət əmlakından səmərəli istifadə olunması və onun özəlləşdirilməyə hazırlanması üçün belə bir holdinqin, tikinti sektorunun canlandırılması üçün isə “İnşaat Korporasiyası”nın yaradılması mart ayında elan olunmuşdu və mən bunu alqışlamışdım. Təəssüf ki, işlər ləng gedir. Bizim isə çox vaxtımız yoxdur. Dövlət əmlakından səmərəli istifadə etməyin bir yolu var: dövlət şirkətlərinin bir hissəsi bir neçə yerə bölünərək özəlləşdirilməli, bir hissəsi isə investisiya qoyuluşu qarşılığında özəl şirkətlərə uzunmüddətli istifadəyə verilməlidir. Biznesin inkişafı üçün ölkədə sözdə yox, əməldə məmur özbaşınalığına son son qoyulmalı, məhkəmələrin səlahiyyətini mənimsəmiş məmur təbəqəsi yenilənməli, bütün hüquqi mübahisələr məhkəmələr vasitəsilə həll olunmalı, məhkəmə qərarlarını icra etməyən vəzifəli şəxslər haqqında cinayət işi başladılmalı və onlar dərhal tutduqları vəzifələrdən kənarlaşdırılmalıdır. Güclü iqtisadiyyatın yaradılması və korrupsiyaya qarşı effektli mübarizə aparmaq üçünsə güclü məhkəmə hakimiyyəti formalaşdırılmalıdır. Yalnız güclü məhkəmə hakimiyyətinin olduğu ölkəyə böyük həcmdə investisiya qoyular, iri pullar ölkədən qaçmaz.
Bölməyə aid digər xəbərlər

6-08-2025, 14:15
Təranə Muradova: “Sevgisiz heç nə yaratmaq mümkün deyil” - Müsahibə
24-07-2025, 17:03
Abdulla: Aktyorları attestasiyadan keçirmək lazımdır - Müsahibə
1-03-2025, 15:45
Deputat: Ukraynanı yalnız ABŞ xalqının Trampa qarşı qalxması xilas edə bilər - Müsahibə
23-01-2025, 19:03
İmran Bədirxanlı: “Özünü tapandan sonra yaşamaq asanlaşır” - Müsahibə
8-01-2025, 10:49
“Kino adamı kimi bir çox şeylər məni qane etmir” - Müsahibə
18-11-2024, 12:28
Turan Manafzadə: “Mədəniyyət diplomatiyasından yararlanmağı bacarmalıyıq” - Müsahibə
17-08-2024, 15:25
“Böyük güclər sülhdə maraqlı görünmürlər” - Müsahibə
12-08-2024, 11:00
Emin Əfəndiyev: “Yeni ssenarilər, layihələr barədə düşünürəm” - Müsahibə
22-07-2024, 09:58
Gənc xanəndə: “Məcnun kimi səhnəyə çıxmaq ən böyük arzularımdan biri olub” - Müsahibə
8-07-2024, 10:43
Aktrisa: “Mən ürək adamıyam...” - Müsahibə
14-06-2024, 15:06
Nazir: “Sertifikatlaşdırmada iştirak edən hər beş müəllimdən biri kəsilir” - Müsahibə
6-04-2024, 21:12
Qulu Ağsəs: “Tənqidi indi çox tənqid edirlər” - Müsahibə
2-04-2024, 20:28
“Hava hücumu ssenarisi mümkündür” - Müsahibə
19-02-2024, 16:33
Aktyor: “Əvvəldən bilsəydim o filmə çəkilməzdim...” - Müsahibə
16-02-2024, 12:55
Bəstəkar: “Zamanın ritmini tutmaq çətinləşib” - Müsahibə
28-01-2024, 15:36
Qüdrət Həsənquliyev: “Azərbaycan yenidən qurulmalıdır” - Müsahibə
9-12-2023, 20:57
Hərbi ekspert: “Krım körpüsü dağıdılmalıdır” - Müsahibə
14-11-2023, 19:08
Xalq artisti: “Teatrın ən ağrılı məsələlərindən biri də yaş senzi ilə bağlıdır” - Müsahibə
4-11-2023, 09:41
İlham Əziz: “Hər yazıçının öz əlifbası olmalıdır” - Müsahibə
27-10-2023, 15:19
Zahid Oruc: “Zəfər dövləti, Zəfər təşkilatı, Zəfər təhsil modeli yaradılmalıdır” - Müsahibə
27-10-2023, 11:01
Əlizadə Nuri: “Şairlik-sözlə inqilab etməkdir” - Müsahibə
23-10-2023, 18:22
General Sırski: “Düşmən ciddi itkilər verir, lakin onlar...” - Müsahibə
23-10-2023, 10:26
Aktrisa: “Özümü olmalı olduğum yerdə hiss edirəm” - Müsahibə
19-09-2023, 13:48
Hərbi analitik: “Rusiya Moskvanı lazımi şəkildə qoruya bilmirsə, deməli...” - Müsahibə
5-09-2023, 18:40
General: “Rusiya elitası Putini devirməyə hazırdır” - Müsahibə
23-08-2023, 18:14
Beynəlxalq ekspert: “Ruslar Ukrayna ilə uzunmüddətli hərbi qarşıdurmaya ümid edirlər” - Müsahibə
16-08-2023, 12:08
Kənan Məmmədov: “Kino günündə göstərməyə yeni film olmadı” - Müsahibə
10-08-2023, 15:00
Rıjenko: “Rusiyanın Qara dəniz donanmasını məhv etmək üçün yüzlərlə drona ehtiyac var” - Müsahibə
30-05-2023, 16:48
Kinorejissor: “Bəzilərini kinonun taleyi yox, kinostudiyanın ərazisi maraqlandırır”
16-05-2023, 16:48
Şeytelman: “Priqojin Rusiyada yeganə şəxsdir ki, dövlət çevrilişlərini uğurla həyata keçirə bilir”
13-05-2023, 09:34
Qüdrət Həsənquliyev: “Davamlı sülh üçün danışıqları Türkiyə və Rusiya ilə aparmalıyıq” - Müsahibə
3-03-2023, 16:55
Keçmiş deputat: “Rus imperiyasının dağılması qaçılmazdır” - Müsahibə
9-02-2023, 12:36
Deputat: “Ciddi əks-zərbə vurulmalıdır” - Müsahibə
7-01-2023, 15:55
Sərdar Cəlaloğlu: “Rusiya Qarabağı ələ keçirməyə çalışır” - Müsahibə
30-12-2022, 10:55
Köçəri Nağıbəyli: “Bizim öz torpaqlarımızda yaşamaq hüququmuz olmalıdır” - Müsahibə
11-12-2022, 13:12
Səxavət Əlisoy: “Partiya sədrlərinin əksəriyyəti təkəbbürlü və yekəxanadır” - Müsahibə
27-11-2022, 10:15
Professor: “Rusiya və Fransa Azərbaycan-Ermənistan danışıqlarında böhranlı vəziyyət yaradıb” - Müsahibə
12-11-2022, 19:43
Tofiq Zülfüqarov: “Rusiyada siyasi böhran zamanıdır” - Müsahibə

ADP sədri ehtimal edir ki, “Tərtər işi” yaxşı araşdırılsa, onun da altından Mehdiyev və əlaltıları çıxacaq
Xalq artisti deyir ki, rəqqasların səhnə ömrü çox qısa olur. Bu az müddətdə uğur qazanmaq, əsl sənətkar kimi yetişmək üçün daha çox zəhmət çəkmək lazımıdır
Rus Dram Teatrının aktyoru deyir ki. bölgə teatrlarında diplomlu aktyor və rejissor tapmaq müşkül məsələdir
Qüdrət Həsənquliyevin fikrincə, Tramp görsə ki, Ukrayna qalib gəlir, Rusiyaya təkcə siyasi yox, hərbi dəstək də verəcək