13:47 / 30-01-2026
Avropanın ən varlı ölkəsi təhlükəsizliyə görə vergiləri artıracaq
13:35 / 30-01-2026
Tramp Çinə görə Britaniyanı təhdid edir
13:26 / 30-01-2026
Yeni ilin ilk “Ulduz”u çap olunub - Foto
13:22 / 30-01-2026
"Bandotdel”dən əməliyyat: saxlanılanlar var - Foto
13:20 / 30-01-2026
Zelenski Moskvada Putinlə görüşü istisna edib
13:06 / 30-01-2026
ABŞ Yaxın Şərqə əlavə qüvvə göndərir
12:53 / 30-01-2026
Ukrayna ordusunda fərarilərin sayı artır
12:45 / 30-01-2026
Qumar oyunları: 428 internet resursuna giriş məhdudlaşdırılıb
12:42 / 30-01-2026
Ceyhun Bayramov BƏƏ-nin XİN başçısı ilə telefonda danışıb
12:36 / 30-01-2026
Sabah hava necə olacaq? - Proqnoz
12:29 / 30-01-2026
Xankəndi, Xocalı və Ağdərəyə növbəti köç karvanları gedib
12:20 / 30-01-2026
Nazirliyin əməkdaşı 18 kq qızılla tutulub
12:09 / 30-01-2026
ABŞ müdafiə naziri NATO-nun əsas görüşündə iştirakdan imtina edib
11:42 / 30-01-2026
Tramp üçün əlavə bəhanə: ABŞ prezidenti İraqı niyə hədəfə alıb?
11:34 / 30-01-2026
Azərbaycan UEFA reytinqində irəliləyib
11:21 / 30-01-2026
Sahibə Qafarovaya ağır itki üz verib
11:01 / 30-01-2026
Tanınmış iş adamı həbs olunub - Səbəb
10:57 / 30-01-2026
Ağ ev münaqişəni sona çatdırmağa tələsir
10:47 / 30-01-2026
Bakıda binanın birinci mərtəbəsində blok çöküb
10:37 / 30-01-2026
Bayden Ağ evdən cəmi iki hədiyyəsini aparıb
10:23 / 30-01-2026
Agentlik sədrinin müavini vəzifədən azad edilib
10:22 / 30-01-2026
İndoneziyada Semeru vulkanı püskürüb
10:13 / 30-01-2026
Tramp sülhün əldə olunacağına əmindir
10:12 / 30-01-2026
Abşeronun prokuroru vəzifəsindən azad olunub
10:05 / 30-01-2026
Vəzifəli şəxslər saxlanılıb - Foto
09:55 / 30-01-2026
Rusiya BMT-dən nəyi xahiş edir?
09:46 / 30-01-2026
Ərdoğan: Türk dünyası XXI əsrə öz izini qoyacaq
07:31 / 30-01-2026
Kvant kompüterində "zaman kristalı" yaradılıb
13:37 / 28-01-2026
Bakının dörd qəsəbəsinə metro xətti çəkiləcək
16:16 / 26-01-2026
Keçmiş səfir: ...İrana hücum məsələsi ciddidir - Müsahibə
17:31 / 29-01-2026
Vensin səfəri Güney Qafqaza nə vəd edir?
16:54 / 27-01-2026
Prezident iki nazir müavini təyin edib - Fotolar
11:08 / 27-01-2026
İran mühasirəyə alınır, tezliklə zərbə endirə bilərlər
13:38 / 28-01-2026
Cəbrayıla növbəti köç karvanı gedib - (Yenilənib)
17:21 / 26-01-2026
Nazir müavinlərinin sayı artırılıb
15:06 / 27-01-2026
Buraxılış imtahanında yeni model tətbiq ediləcək
11:59 / 26-01-2026
Vensin Bakı və İrəvana gəlməkdə məqsədi nədir?
14:09 / 28-01-2026
Çinin 48 hərbi nəqliyyat təyyarəsi İrana silah daşıyır
13:48 / 29-01-2026
Zəngilana növbəti köç karvanı gedib - (Yenilənib)
14:42 / 26-01-2026
Xocalıya növbəti köç karvanları gedib - (Yenilənib) - Fotolar
Türkiyə səfiri: “Azərbaycanla Ermənistan arasında sülh müqaviləsi imzalanmalı və..."
Tarix: 21-09-2021 18:00 | Bölmə: Müsahibə

Türkiyənin Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Cahit Bağçı APA-ya müsahibə verib.
Reyting.az həmin müsahibəni təqdim edir:
- Artıq bir müddətdir, Azərbaycanda fəaliyyətə başlamısınız. Azərbaycanda yeni işinizə öyrəşə bilmisinizmi? Fəaliyyətinizi necə qurmusunuz?
- Açığı Azərbaycana ilk dəfə gəlmirəm. İlk dəfə 2008-ci ildə millət vəkili kimi Azərbaycanda olmuşdum. Səfir təyin olana qədər bir neçə dəfə həm millət vəkili, həm də rəsmi vəzifələrim sırasında Azərbaycana gəlmişdim. Ona görə Azərbaycandakı fəaliyyətimə başlayanda çətinlik çəkmədim. Qardaşlarımız da, dostlarımız da kömək edirlər. Biz özümüzü öz evimizdə hiss edirik.
- Türkiyəli rəsmilərin Azərbaycana səfərlərinin sayının artdığı müşahidə edilir. Bu səfərlərin əsas məqsədi nədir?
- Təkcə ötən həftə türkiyəli rəsmilərin 5 heyəti Azərbaycanda səfərdə olub. Türk Şurasının iqtisadiyyat nazirlərinin 10-cu iclası Bakıda keçirildi. Bununla bərabər, bu iclasda iştirak edən türk rəsmilərin ikili görüşləri də baş tutdu. Daha sonra Türkiyə Radio və Televiziya Üst Qurumunun (RTÜK) geniş nümayəndə heyəti Bakıda səfərdə oldu. RTÜK-ün rəhbəri Əbubəkr Şahin keçirdiyi görüşlərdə media sahəsində əlaqələrin inkişaf etdirilməsi üçün müzakirələr apardı. Daha sonra Pakistan, Türkiyə, Azərbaycan Ombudsmanları Qarabağda faktaraşdırıcı missiya həyata keçirdilər. İki ölkə arasında münasibətlərin inkişafında Şuşa Bəyannaməsinin də təsiri olub. Bu inkişafı Şuşa Bəyannaməsi ilə də əlaqələndirmək lazımdır. Prezidentlərimiz arasında 15 iyunda atılan imza tarixi imzadır. Bunu, sadəcə, bir bəyannamə olaraq görməməliyik, bu bəyannamə 7 səhifə olsa da, əsasını iki söz təşkil edir: Türkiyə və Azərbaycan arasında münasibətlərin dərinləşdirilməsi və inkişaf etdirilməsi. Dolayısı ilə hər sahədə münasibətlərin inkişaf etdirilməsi əsasdır. Parlament diplomatiyasında, ticarətdə əlaqələrin inkişafından söhbət gedir. Sadəcə, Türkiyə və Azərbaycan arasında qarşılıqlı yatırımlar etmək deyil, başqa ölkələrdə ortaq yatırımlar etmək məsələsi artıq gündəmdədir. Ortaq neft çıxarma, ortaq qaz çıxartma, ortaq hərbi yatırımlar kimi mövzular müzakirə edilir. Qarabağ müharibəsi dövründə və sonra olan münasibətlər “üçlü”, “beşli”, “altılı” platformalarda gerçəkləşdirilib. Burada məqsəd Cənubi Qafqazda sülh və sabitliyi gətirməkdir. Bölgənin dəyərini və potensialını ortaya çıxararaq məsələni ön planda saxlamaq əsas məqsədlərdən biridir. Ölkələr arasındakı problemləri də bölgədə sabitliyi və sülhü təmin etmək üçün həll etməyə, ölkələri bir araya gətirməyə çalışılır. Türkiyə rəsmilərin artan səfərlərinin məqsədi Türkiyə və Azərbaycan arasında sadəcə ikili münasibətlərin inkişafı deyil, eyni zamanda bölgədə sülhü və sabitliyi qorumaq, ticarəti artırmaqdır.
- Bu günlərdə İslam Əməkdaşlıq Təşkilatı (İƏT) Ombudsmanlar Assosiasiyasının faktaraşdırıcı missiyası ilə birgə işğaldan azad edilmiş ərazilərə səfər etdiniz. Əvvəlki səfərlərinizlə müqayisədə bu səfər zamanı azad edilmiş ərazilərdə hansı dəyişikliklərə şahid oldunuz?
- Mən Qarabağa 8, Şuşaya 5 səfər etmişəm. Bunlar turistlik səfərlər deyil. Prezident Rəcəb Tayyib Ərdoğanın bir ifadəsini xatırlatmaq istəyirəm: “Qarabağın inkişafında və bərpasında Türkiyə hər cür dəstəyi verməyə hazırdır”. Bu çərçivədə bu gün Qarabağda həyata keçirilən işlər var. Bir tərəfdən diplomatik çərçivədə Qarabağa səfərlər edilir, digər tərəfdən isə Türkiyənin Qarabağla bağlı işlərinə dəstək vermək üçün səfərlər edirəm. Türkiyə, Azərbaycan və Pakistan ombudsmanları İslam Əməkdaşlıq Təşkilatı (İƏT) Ombudsmanlar Assosiasiyası adına faktaraşdırıcı missiya həyata keçirirdi. Hesabat işğal dövründə Qarabağda tarixi və mədəni abidələrə qarşı törədilən zərərin müəyyən edilməsini, o cümlədən, Qarabağın işğal edildiyi dövrdə və müharibə dövründə döşənən minaları əhatə edəcək. Çox sayda insan – mülki şəxslər və hərbçilər bu minalara düşərək həlak olub. Bu hesabatın məqsədi baş verənləri beynəlxalq aləmin diqqətinə çatdırmaqdır. Türkiyənin Baş Ombudsmanı da verdiyi açıqlamalarda faktaraşdırıcı missiyanın məqsədini detallı şəkildə izah edib. Biz də Baş Ombudsmanımızın Şuşa, Füzuli, Ağdam və Tərtərdə apardığı araşdırmalarda yanında olduq.
- Türkiyə-Ermənistan sərhədləri 1993-cü ildə Kəlbəcər işğal olunandan sonra bağlanıb. Artıq Qarabağ, eyni zamanda, Kəlbəcər işğaldan azad olunub. Ermənistan Baş nazir Paşinyan səviyyəsində Türkiyə ilə münasibətləri normallaşdırmağa, dialoqa hazır olduqlarını bəyan edib. Digər tərəfdən, Paşinyan gürcü həmkarı vasitəsilə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğana görüş təklif edib. Ermənistanın Türkiyə ilə münasibətləri normallaşdırmaq istiqamətində bəyanatlarını nə dərəcədə səmimi və real qəbul etmək olar?
- Əslində, hazırda əsas məsələ normallaşmanı təmin etməkdir. Artıq Ermənistanın işğalına son qoyulub, Azərbaycanın ərazi bütövlüyü təmin edilib. Bundan sonra bölgənin sabitliyini təmin etməli və sülhə gedən yolu hazırlamalıyıq. Bu, bütün ölkələrin xeyrinədir. Türkiyə burada, sadəcə, ikili münasibətlərin inkişafını deyil, “üçlü”, “beşli” və “altılı” platformaları tövsiyə edən tərəfdir. Həm Rəcəb Tayyib Ərdoğan, həm Prezident İlham Əliyev bu istiqamətdə işlər görməkdədir. Onlar münasibətləri “üçlü”, “beşli”, “altılı” platformalara daşımağa çalışırlar. Bu, Cənubi Qafqazda sabitliyi, sülhü, barışı təmin etməyə yönəlmiş addımlardır. Burada sülh və sabitliyə nail olunarsa, Ermənistanın da bundan xeyri olacaq. Bu çərçivədə Ermənistanla Türkiyə arasında münasibətləri normallaşdırmaq cəhdləri, Türkiyənin bu yöndəki fəaliyyəti Qafqazda barışı, sülhü və sabitliyi qorumağa yönəlib. Ümid edirəm ki, Ermənistan sülhə gedən yolda hər hansı ön şərt ortaya qoymadan addımlar atacaq. Bu coğrafiyada sülh olması, sabitliyin təmini üçün bu, əsas şərtdir. Baxın Süveyş kanalının bir həftə bağlı qalması nəticəsində bütün dünya ölkələrinin iqtisadiyyatı alt-üst oldu. Ortada alternativ dəhliz var. Şərqdən-Qərbə Xəzərdən keçən və Xəzər ətrafındakı bütün ölkələrin yararlana biləcəyi ticarət dəhlizindən söhbət gedir. Bu dəhliz, sadəcə, Azərbaycan üçün fayda gətirməyəcək, Ermənistanın da, Gürcüstanın da, İranın da, Rusiyanın da burada xeyri olacaq. Bunu görmək və bunları müzakirə etmək lazımdır. Türkiyə bu çərçivədə fəaliyyətləri ilə bölgədə sülhü təmin etməyə, sülh müqaviləsinin imzalanmasına və ticari əlaqələrin inkişafına yönəlib. Artıq sülhə nail olandan sonra bölgədə olan 6 ölkə bir araya gələ, əlaqələrini dərinləşdirə bilər. Arzu edilən budur. Öz aralarındakı kiçik problemlərlə boğuşmaqdan ölkələrinin gələcəyinə baxmırlar. Amma ölkənin gələcəyinə, uşaqlarının gələcəyinə baxmaq lazımdır. Türkiyənin də fəaliyyəti bu yöndədir.
- Ərdoğanın Rusiyaya səfəri gözlənilir. Paşinyan və Ərdoğanın görüşünə Rusiya vasitəçi ola bilərmi?
- Məsələlər artıq qloballıqdan regional səviyyəyə daşınıb. Bölgədə baş verənlər bölgə ölkələri ilə müzakirə edilməsinə üstünlük verilir. Prezident Rəcəb Tayyib Ərdoğanın Rusiya Prezidenti Vladimir Putinlə, Prezident İlham Əliyevlə, digər bölgə ölkələrinin liderləriylə görüşməsi bu coğrafiyada olan problemləri aradan qaldırmağa istiqamətlənib. Ən əhəmiyyətlisi isə bu görüşlər Qafqazda sülh və sabitliyin təmin edilməsinin qarşısında duran əngəlləri ortadan qaldırmağa yönəlib. Türkiyə-Rusiya ikili münasibətləri və digər bölgələrdəki ortaq işbirliyi də Rusiya səfərində əsas müzakirə mövzusu olacaq.
- Türkiyə Prezidenti Ərdoğanın Rusiya səfəri Cənubi Qafqazda kommunikasiyaların açılmasına hansı töhfələr verə bilər? Bu il iyunun 15-də Azərbaycan Prezidenti İlham Əliyev və Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Şuşa Bəyannaməsinə imza atdılar. Şuşa Bəyannaməsində Zəngəzur dəhlizinin açılması ilə bağlı çox açıq ifadələr əksini tapıb. Azərbaycan Prezidenti də bildirib ki, Zəngəzur dəhlizi Türkiyənin razılığı və iştirakı olmadan açıla bilməz. Ərdoğanın Rusiya səfəri zamanı bu məsələnin müzakirəsi gözlənilirmi?
- Zəngəzur dəhlizi ticarət, tranzit koridoru olacaq. Ümid edirik ki, həm Ermənistan, həm də bu dəhlizin yaradılmasına narazı olan ölkələr bunun onların öz xeyrinə olacağını anlayacaq. Xəzər ətrafı ölkələrin dünya bazarlarına daha qısa vaxtda çıxması üçün bu dəhliz vacibdir. Dəhlizin yaradılması atəşkəs razılaşmasının içərisində yer alan bir bənd idi. Bunun altında Ermənistan Baş nazirinin imzası var. Bu məsələni siyasi zəmində deyil, rasional, ticari və ölkələrin gələcəyi adına baxaraq dəyərləndirmək lazımdır. Ermənistan bu dəhlizin yaradılmasının onun xeyrinə olduğunu görməlidir. Mən belə düşünürəm. Dəhlizin yaradılması istiqamətində işləri davam etdirmək lazımdır. Həm Azərbaycanın, həm də Türkiyənin Zəngəzur dəhlizinin açılması istiqamətindəki fəaliyyətləri ümid edirik ki, müsbət nəticələnəcək. Gələcəyə baxmaq lazımdır. Bölgədə sülhü təmin edə bilsək, burada yatırımların sayı artar, qarşılıqlı münasibətlər inkişaf edər. Türkiyə və Azərbaycan, sadəcə, yatırımı qarşılıqlı olaraq Türkiyədə və ya Azərbaycanda etməyi müzakirə etmir. İki ölkə başqa ölkələrdə ortaq yatırımlar etmək barədə müzakirələr aparır. Bu məsələ ölkələrlə də müzakirə edilə bilər. Bölgədə “altılı” platformanın yaradılması bu müzakirələri aktuallaşdırmaq üçün əhəmiyyətli ola bilər. Xəzər hövzəsinin çox böyük potensialı var, bunun dəyərləndirilməsini düşünmək lazımdır. Şübhəsiz ki, Rəcəb Tayyib Ərdoğanın Rusiya səfəri iki ölkə arasında münasibətləri dərinləşdirməklə bərabər, bölgədə sülhü, sabitliyi təmin etmək baxımından çox əhəmiyyətlidir. Zəngəzur dəhlizinin əhəmiyyətini Azərbaycan və Türkiyə prezidentləri tez-tez dilə gətirir. Bölgədəki hansı ölkə ilə olur-olsun, ikili görüşlərdə bu məsələ mütləq müzakirə ediləcək. Bu dəhlizə, sadəcə, Türkiyə ilə Azərbaycanı bağlayan koridor kimi baxmamaq lazımdır. Bunun tranzit məqsədli dəhliz olduğu diqqətə çatdırılacaq.
- Türkiyənin Ermənistanla əlaqələrinin bərpasının Ermənistan üçün hansı müsbət tərəfləri olacaq?
- Bunu əvvəlcədən demək mümkün deyil. Öncə sülh müqaviləsi imzalanmalı, sərhədlər müəyyən edilməli, sərhədlərlə bağlı münaqişə ortadan qalxmalıdır. Ermənistan hələ sadəcə 2 rayonun mina xəritələrini Azərbaycana verib. Digər mina xəritələrini də Azərbaycana verməlidir ki, bölgə inkişaf etsin. Qarabağın yenidən bərpası üçün çox güclü iş gedir. Qarabağa hər gedəndə tikinti fəaliyyətlərini, yol çəkilişlərini, minatəmizləmə fəaliyyətlərini görmək şansım olur. Bu baxımdan Ermənistan mina xəritələrini Azərbaycana tam verməlidir. Təkrar edirəm ki, Türkiyə əlaqələrin inkişafına sağlıqlı müstəvidə, sülh şəraitində, iki ölkənin münasibətlərinin inkişaf etməyin tərəfdarıdır. Məsələyə bu yöndə baxmaq lazımdır. Ümid edirəm ki, Ermənistan da bu istiqamətdə müsbət addımlar atar.
- Yəni Azərbaycan və Ermənistan arasında sülh müqaviləsi imzalanmadan Türkiyə və Ermənistan münasibətlərinin yaradılması düşünülmür?
- Hədəfimiz bu coğrafiyada sülh müqaviləsinin imzalanmasıdır. Əks təqdirdə, iki ölkə arasında problemlər intensiv şəkildə gündəmə gələcək, beynəlxalq platformalarda müzakirəyə çıxarılacaq. Başqa sözlə, problemlər qalacaq, bunun isə Ermənistana faydası olacağını düşünmürəm.
- Artıq 2 ildir, Türkiyə və Azərbaycan hərbçilərinin birgə təlimləri intensiv şəkildə keçirilir. Bu təlimlərin nəticələrini necə qiymətləndirirsiniz? Artıq Azərbaycan Ordusunda Türkiyə modelinin tətbiqinə başlanıldığını deyə bilərikmi?
- Türkiyə və Azərbaycan arasında hərbi münasibətlər illərdir inkişaf edir. Təlimlər həm Türkiyədə, həm də Azərbaycanda həyata keçirilir. Bəzi təlimlər hətta 3 ölkənin iştirakı ilə keçirilir. Bunlar planlı təlimlərdir, planlı şəkildə də davam edir. Təlimlərin keçirilməsi hərbi əməkdaşlıq çərçivəsində davam etdirilir.
- "Bayraktar" PUA-sının II Qarabağ müharibəsində qazanılan qələbədə rolu çox böyük oldu. Müdafiə sənayesi sahəsində Türkiyə-Azərbaycan birgə müəssisələrin, o cümlədən müştərək PUA istehsalının təşkili planlaşdırılırmı?
- Səlcuq Bayraqdar bu gün bütün dünya televiziyalarında əsas müzakirə mövzularından biridir. Texnologiya sahəsində “Bayraktar” Türkiyənin ən əhəmiyyətli yatırımlarından sayılır. Bu çərçivədə “Baykar” Türkiyənin üzağlığıdır. Ötən həftələrdə Prezident Rəcəb Tayyib Ərdoğan da “Baykar”ı ziyarət edib. Türkiyə Kıbrısa müdaxilə edəndə embarqoyla qarşılaşdı, həmin dövrdə Türkiyəyə bir mərmi, bir əsgəri təchizat verilmədi. Bu embarqo illərlə davam etdi. Türkiyə bu embarqodan öz hərbi texnologiyasını inkişaf etdirərək çıxdı. Amma Türkiyənin inkişaf etdirdiyi hərbi texnologiya, sadəcə, “Baykar” deyil, “ASELSAN”, “Roketsan” və s. kimi yüzlərlə müdafiə sənayesi şirkəti Türkiyədə fəaliyyət göstərir. Türkiyənin istehsal etdiyi hərbi texnologiyaları satın almaq üçün hər kəs sıraya girib. Bunların bir qismi isə strateji məhsullardır. Bu məhsullar hər istəyənə alma, armud kimi satılmır. “Baykar”a da bu yöndə baxmaq lazımdır. Bizim onlarla, yüzlərlə şirkətimizin içərisində ən çox ön plana çıxan şirkətlərimiz olub. “Bayraktar” müasir bir modeldir. Bu gün Türkiyədə keçirilən “Texnofest” festivalında çox sayda sürpriz layihələr tanıdılacaq. Biz də yeni layihələri orada görəcəyik.
Bölməyə aid digər xəbərlər

26-01-2026, 16:16
Keçmiş səfir: ...İrana hücum məsələsi ciddidir - Müsahibə
21-01-2026, 17:35
Qurban Qurbanov: Rəqiblər artıq bizi daha ciddi qəbul edirlər - Müsahibə
15-01-2026, 16:21
Cəlaloğlu: Hadisələr bir qədər də inkişaf etsə, İranın parçalanması gündəmə gələcək - Müsahibə
16-12-2025, 17:49
Abdulla: Yeni “Klinik A” teatrında tamaşa yox, seans olacaq - Müsahibə
29-10-2025, 14:34
Baş rejissor: Hazırladığımız 12 tamaşanı “Axır Zaman”la yekunlaşdıracağıq - Müsahibə
6-08-2025, 14:15
Təranə Muradova: “Sevgisiz heç nə yaratmaq mümkün deyil” - Müsahibə
24-07-2025, 17:03
Abdulla: Aktyorları attestasiyadan keçirmək lazımdır - Müsahibə
1-03-2025, 15:45
Deputat: Ukraynanı yalnız ABŞ xalqının Trampa qarşı qalxması xilas edə bilər - Müsahibə
23-01-2025, 19:03
İmran Bədirxanlı: “Özünü tapandan sonra yaşamaq asanlaşır” - Müsahibə
8-01-2025, 10:49
“Kino adamı kimi bir çox şeylər məni qane etmir” - Müsahibə
18-11-2024, 12:28
Turan Manafzadə: “Mədəniyyət diplomatiyasından yararlanmağı bacarmalıyıq” - Müsahibə
17-08-2024, 15:25
“Böyük güclər sülhdə maraqlı görünmürlər” - Müsahibə
12-08-2024, 11:00
Emin Əfəndiyev: “Yeni ssenarilər, layihələr barədə düşünürəm” - Müsahibə
22-07-2024, 09:58
Gənc xanəndə: “Məcnun kimi səhnəyə çıxmaq ən böyük arzularımdan biri olub” - Müsahibə
8-07-2024, 10:43
Aktrisa: “Mən ürək adamıyam...” - Müsahibə
14-06-2024, 15:06
Nazir: “Sertifikatlaşdırmada iştirak edən hər beş müəllimdən biri kəsilir” - Müsahibə
6-04-2024, 21:12
Qulu Ağsəs: “Tənqidi indi çox tənqid edirlər” - Müsahibə
2-04-2024, 20:28
“Hava hücumu ssenarisi mümkündür” - Müsahibə
19-02-2024, 16:33
Aktyor: “Əvvəldən bilsəydim o filmə çəkilməzdim...” - Müsahibə
16-02-2024, 12:55
Bəstəkar: “Zamanın ritmini tutmaq çətinləşib” - Müsahibə
28-01-2024, 15:36
Qüdrət Həsənquliyev: “Azərbaycan yenidən qurulmalıdır” - Müsahibə
9-12-2023, 20:57
Hərbi ekspert: “Krım körpüsü dağıdılmalıdır” - Müsahibə
14-11-2023, 19:08
Xalq artisti: “Teatrın ən ağrılı məsələlərindən biri də yaş senzi ilə bağlıdır” - Müsahibə
4-11-2023, 09:41
İlham Əziz: “Hər yazıçının öz əlifbası olmalıdır” - Müsahibə
27-10-2023, 15:19
Zahid Oruc: “Zəfər dövləti, Zəfər təşkilatı, Zəfər təhsil modeli yaradılmalıdır” - Müsahibə
27-10-2023, 11:01
Əlizadə Nuri: “Şairlik-sözlə inqilab etməkdir” - Müsahibə
23-10-2023, 18:22
General Sırski: “Düşmən ciddi itkilər verir, lakin onlar...” - Müsahibə
23-10-2023, 10:26
Aktrisa: “Özümü olmalı olduğum yerdə hiss edirəm” - Müsahibə
19-09-2023, 13:48
Hərbi analitik: “Rusiya Moskvanı lazımi şəkildə qoruya bilmirsə, deməli...” - Müsahibə
5-09-2023, 18:40
General: “Rusiya elitası Putini devirməyə hazırdır” - Müsahibə
23-08-2023, 18:14
Beynəlxalq ekspert: “Ruslar Ukrayna ilə uzunmüddətli hərbi qarşıdurmaya ümid edirlər” - Müsahibə
16-08-2023, 12:08
Kənan Məmmədov: “Kino günündə göstərməyə yeni film olmadı” - Müsahibə
10-08-2023, 15:00
Rıjenko: “Rusiyanın Qara dəniz donanmasını məhv etmək üçün yüzlərlə drona ehtiyac var” - Müsahibə
30-05-2023, 16:48
Kinorejissor: “Bəzilərini kinonun taleyi yox, kinostudiyanın ərazisi maraqlandırır”
16-05-2023, 16:48
Şeytelman: “Priqojin Rusiyada yeganə şəxsdir ki, dövlət çevrilişlərini uğurla həyata keçirə bilir”
13-05-2023, 09:34
Qüdrət Həsənquliyev: “Davamlı sülh üçün danışıqları Türkiyə və Rusiya ilə aparmalıyıq” - Müsahibə
3-03-2023, 16:55
Keçmiş deputat: “Rus imperiyasının dağılması qaçılmazdır” - Müsahibə
9-02-2023, 12:36
Deputat: “Ciddi əks-zərbə vurulmalıdır” - Müsahibə
7-01-2023, 15:55
Sərdar Cəlaloğlu: “Rusiya Qarabağı ələ keçirməyə çalışır” - Müsahibə

“Qarabağ”ın baş məşqçisi deyir ki, "Ayntraxt"la qarşılaşmada baxımlı oyun nümayiş etdirməyə çalışacaqlar
ADP sədri deyir ki, hələlik İranda baş verən proseslərin inkişafı xarici güclərin, xüsusilə ABŞ-ın mövqeyindən, həmçinin Türkiyə və Azərbaycanın bu məsələdə milli maraqlarını nə dərəcədə ön plana çəkməsindən asılı olacaq
Rejissor və aktyor deyir ki, yeni fəaliyyətə başlayan teatrda tamaşaçını pasiyent əvəz edəcək
Mikayıl Mikayılov deyir ki, festivalda nümayiş olunan tamaşa Azərbaycanla Meksika arasında teatr əlaqələrinin başlanğıcı sayıla bilər