13:47 / 30-01-2026
Avropanın ən varlı ölkəsi təhlükəsizliyə görə vergiləri artıracaq
13:35 / 30-01-2026
Tramp Çinə görə Britaniyanı təhdid edir
13:26 / 30-01-2026
Yeni ilin ilk “Ulduz”u çap olunub - Foto
13:22 / 30-01-2026
"Bandotdel”dən əməliyyat: saxlanılanlar var - Foto
13:20 / 30-01-2026
Zelenski Moskvada Putinlə görüşü istisna edib
13:06 / 30-01-2026
ABŞ Yaxın Şərqə əlavə qüvvə göndərir
12:53 / 30-01-2026
Ukrayna ordusunda fərarilərin sayı artır
12:45 / 30-01-2026
Qumar oyunları: 428 internet resursuna giriş məhdudlaşdırılıb
12:42 / 30-01-2026
Ceyhun Bayramov BƏƏ-nin XİN başçısı ilə telefonda danışıb
12:36 / 30-01-2026
Sabah hava necə olacaq? - Proqnoz
12:29 / 30-01-2026
Xankəndi, Xocalı və Ağdərəyə növbəti köç karvanları gedib
12:20 / 30-01-2026
Nazirliyin əməkdaşı 18 kq qızılla tutulub
12:09 / 30-01-2026
ABŞ müdafiə naziri NATO-nun əsas görüşündə iştirakdan imtina edib
11:42 / 30-01-2026
Tramp üçün əlavə bəhanə: ABŞ prezidenti İraqı niyə hədəfə alıb?
11:34 / 30-01-2026
Azərbaycan UEFA reytinqində irəliləyib
11:21 / 30-01-2026
Sahibə Qafarovaya ağır itki üz verib
11:01 / 30-01-2026
Tanınmış iş adamı həbs olunub - Səbəb
10:57 / 30-01-2026
Ağ ev münaqişəni sona çatdırmağa tələsir
10:47 / 30-01-2026
Bakıda binanın birinci mərtəbəsində blok çöküb
10:37 / 30-01-2026
Bayden Ağ evdən cəmi iki hədiyyəsini aparıb
10:23 / 30-01-2026
Agentlik sədrinin müavini vəzifədən azad edilib
10:22 / 30-01-2026
İndoneziyada Semeru vulkanı püskürüb
10:13 / 30-01-2026
Tramp sülhün əldə olunacağına əmindir
10:12 / 30-01-2026
Abşeronun prokuroru vəzifəsindən azad olunub
10:05 / 30-01-2026
Vəzifəli şəxslər saxlanılıb - Foto
09:55 / 30-01-2026
Rusiya BMT-dən nəyi xahiş edir?
09:46 / 30-01-2026
Ərdoğan: Türk dünyası XXI əsrə öz izini qoyacaq
07:31 / 30-01-2026
Kvant kompüterində "zaman kristalı" yaradılıb
13:37 / 28-01-2026
Bakının dörd qəsəbəsinə metro xətti çəkiləcək
16:16 / 26-01-2026
Keçmiş səfir: ...İrana hücum məsələsi ciddidir - Müsahibə
17:31 / 29-01-2026
Vensin səfəri Güney Qafqaza nə vəd edir?
16:54 / 27-01-2026
Prezident iki nazir müavini təyin edib - Fotolar
11:08 / 27-01-2026
İran mühasirəyə alınır, tezliklə zərbə endirə bilərlər
13:38 / 28-01-2026
Cəbrayıla növbəti köç karvanı gedib - (Yenilənib)
17:21 / 26-01-2026
Nazir müavinlərinin sayı artırılıb
15:06 / 27-01-2026
Buraxılış imtahanında yeni model tətbiq ediləcək
11:59 / 26-01-2026
Vensin Bakı və İrəvana gəlməkdə məqsədi nədir?
14:09 / 28-01-2026
Çinin 48 hərbi nəqliyyat təyyarəsi İrana silah daşıyır
13:48 / 29-01-2026
Zəngilana növbəti köç karvanı gedib - (Yenilənib)
14:42 / 26-01-2026
Xocalıya növbəti köç karvanları gedib - (Yenilənib) - Fotolar
Astroloq: “2022-ci ildə əksər ölkələrdə rəhbərliklər dəyişəcək” - Müsahibə
Tarix: 21-12-2021 09:37 | Bölmə: Müsahibə

Səbuhi Rəhimlinin proqnozu: “2021-ci ildə silahlanan ölkələrin əksəriyyəti qarşıdan gələn Qara pələng ilində silahlarını işə salacaq”
10 gün sonra 2021-ci ili, Öküz ilini geridə qoyacağıq. Bu il həm dünyada, həm də ölkəmizdə çox mühüm hadisələr baş verdi. Bəs qarşılayacağımız 2022-ci ildə, yəni Pələng ilində bizi nələr gözləyir?
Reyting.az xəbər verir ki, tanınmış astroloq Səbuhi Rəhimli bununla bağlı “Yeni Müsavat”a danışıb. Həmin müsahibəni təqdim edirik:
- Öküz ilində hansı proqrnozlarınız doğru çıxdı, hansılar özünü doğrultmadı?
- 1990-cı illərdən bu vaxta qədər dünya və Azərbaycanla bağlı adətən 25 ictimai-siyasi proqnoz verirəm. Ən pis halda bir dəfə proqnozumun 4-ü səhv çıxıb. Amma adətən 2-3 proqnoz yanlış çıxa bilir. 2 dəfə isə 25 proqnozumun hamısı özünü doğruldub. Həm də başqaları kimi “qışda qar yağacaq, yayda isti olacaq”,- demirəm, elə siyasi proqnozlar bildirirəm ki, bəzən politoloqlar, siyasətçilərin fikrini təkzib edir, amma sonda özünü doğruldur. Məsələn, demişdim ki, il ərzində İrana qarşı müharibə olmayacaq. Amma halbuki ABŞ politoloqları da deyirdi ki, İranı vuracağıq. Gördüyünüz kimi, baş vermədi və müharibə bu il də olmayacaq. Bəziləri elə bilir ki, proqnozlarımı bədahətən bildirirəm, amma hər biri hesablamalarıma əsaslanır.
Beləliklə, 2021-ci il üçün verdiyim 25 proqnozdan 22-si dəqiq çıxıb, 3-nü isə hesablamaq lazımdır. Məsələn, demişdim ki, bu il ürək və dəri xəstəlikləri üstünlük təşkil edəcək. Sadəcə, mən bunun statistikasını hələlik tapa bilmirəm.
Proqnozlarımdan biri bu idi ki, Paşinyan fevralın ikinci yarısına qədər özünü qoruya bilsə, hakimiyyətdən getməyəcək. Hətta seçkilərə az qalmış mənə irad bildirirdilər ki, bu proqnozum heç də düz deyil, çünki Rusiya Ermənistanda olan agentliklərinə xeyli maliyyə ayırıb, onları tam heyətlə işə salıb, beləliklə, Köçəryan seçiləcək. Amma yekunda yenə də mənim proqnozum düz çıxdı.
Və yaxud deyirdilər ki, fevral ayında, daha sonra may və avqust aylarında Qarabağda böyük müharibə olacaq. Amma mənim proqnozlarımda deyilirdi ki, heç bir müharibə olmayacaq, olsa da xırda antiterror əməliyyatları olacaq.
- Pələng ili hansı tarixdə başlayacaq və bu ilin özünəməxsus hansı xüsusiyyətləri var?
- Hər dəfə qeyd edirəm ki, bəzən yanlış olaraq yeni təqvimi yanvarın 1-dən hesablayırlar. Amma əslində yanvarın 1-i Miladi təqvimin dəyişməsidir, Çin qoroskopu ilə götürəndə ilin dəyişməsi 21 yanvar-19 fevral aralığı, Dolça bürcünün zamanına, Yupiterin dayanıqlıq nöqtəsinə düşür. Bununla da Yupiterin dayanıqlıq nöqtəsinə nəzərən ilin başlanma vaxtını bilmək olur.
Pələng ili 2022-ci il fevralın 1-dən başlayacaq. Yəni, yanvar ayı hələ də Öküz ili hesab olunacaq. Fevralın 1-dən başlayan Pələng ili 2023-cü il yanvarın 23-də bitəcək.
Xoruz, Pələng illəri adətən dünyanın dəyişməsi, mənfi fəsadların baş verməsi kimi yadda qalıb. Məsələn, Xoruz ili siyasət ili hesab olunursa, Pələng ili müharibə ili adlandırılır. Bu il adətən dünya xəritəsinin dəyişməsi, sui-qəsdlər, çevrilişlər, müharibələrlə zəngin olub. Bircə onu demək bəs edir ki, İki Dünya müharibəsi Pələng ilində başlayıb. Həmçinin yüz illik müharibə də bura daxildir. Bir sözlə, 2021-ci ildə silahlanan ölkələrin əksəriyyəti 2022-ci ildə silahlarını işə salacaq. Ona görə də hesablamalar aparmadan demək olar ki, qarşıdan gələn Pələng ilində dünyada hakimiyyətdə olan əksər rəhbərliklər dəyişəcək...
- Bəs Pələng ili Azərbaycan üçün necə keçəcək?
- Əvvəl onu qeyd edim ki, bu il qara Pələng ili olacaq...
- Yəni başqa rəngli pələng təqvimləri də var?
- Bəli, beş rəngdə Pələng ili var ki, bu da qitələrin rənginə əsaslanır. Məsələn, göy, ağ, qara, sarı, qırmızı və qara Pələng illəri. Beləliklə də, bu il qara Pələngdir, üstəlik, il Mars planetinin üstündə olacaq, hansı ki, Mars da “müharibə planeti” adlanır. Əgər Mars deyil, Venera üstündə olsaydı və yaxud qara deyil, digər rəngli Pələng ili olsaydı, vəziyyət bir qədər yumşaq olardı. Məsələn, 2010-cu ildə ağ Pələng ili idi, ona görə də dünyada o qədər də qeyri-adi hadisələr baş vermədi.
90-cı illərdən qeyd edirəm ki, dünya 1990-2022-ci illər arasında yaxşı mənada “təmirə” dayanıb. Yəni dünyanın sabitlik dönəmi 2023-cü ildən başlayacaq.
- Qeyd etdiniz ki, bu il Azərbaycanda müharibə gözlənilmir. Bəs dünyanın hansı bölgələrində müharibələr başlaya bilər?
- Bəli, qətiyyətlə bildirirəm ki, bu il Azərbaycanda müharibə olmayacaq. Amma Naxçıvanı birləşdirən Zəngəzur dəhlizi açılacaq. Söhbət kommunikasiyadan deyil, dəhlizdən gedir. 2022-ci ildə Zəngəzur dəhlizi açılacaq.
Bir neçə il öncə İsrail Türkiyənin “Mavi Marmara” gəmisini vuranda, insanlar emosiyalara qapılıb bildirirdilər ki, müharibə olacaq. Hətta bəzi ekstrasenslər də qeyd edirdilər ki, guya 100 minlərlə insan öləcək. Amma təkcə tarixi şəraiti hesablayanda demək olurdu ki, Türkiyə ilə İsrail arasında müharibə ola bilməz. Həmin vaxt Türkiyə mətbuatına da açıqlama verərkən bildirdim ki, yaxın iki ildə İsrail Türkiyədən üzr istəyəcək. Bunu Türkiyədə ağlabatan proqnoz kimi qəbul etsələr də, Azərbaycanda buna görə mənə güldülər. Çünki bir qədər sonra İsrail Türkiyə səfirliyini özündən aşağıda əyləşdirib, onunla söhbət aparmışdı, yəni aşağılamaq mənasında. Bütün dünya bundan danışırdı. Onda deyirdilər ki, İsrail geri oturan deyil. Amma il yarım sonra İsrail “Mavi Marmara” olayına görə Türkiyədən üzr istədi.
- Bu il ölkəmizdə bahalaşma olacaqmı?
- Əgər fevral və noyabr ayında devalvasiya olmasa, il ərzində ölkədə sabitlik olacaq. Beləliklə, bu il bahalaşmanın olması çox zəif ehtimaldır.
Ötən il 2020-ci il üçün proqnoz verəndə demişdim ki, istefalar çox olacaq və bunun episentrinə icra başçıları düşəcək, 20-yə yaxın icra başçısı vəzifəsindən uzaqlaşdırılacaq. Bu proqnozum da düz çıxdı, 16 icra başçısı işdən çıxdı.
2021-ci il üçün isə demişdim ki, ədliyyə işçilərinin, polislərin həbsi ola bilər. Şahidi olduq ki, bu il həm hərbidə, həm də hüquq-mühafizə orqanlarında kifayət qədər işdən çıxarılmalar və hətta həbslər oldu. Bu il isə cəza episentrində səhiyyə və təhsil işçiləri olacaq. Yəni ola bilsin ki, bu il 10-a yaxın baş həkim işdən çıxsın, həmçinin neçə-neçə məktəb direktorları, təhsil şöbə müdirləri vəzifəsi ilə vidalaşsın. Belə deyək, daha çox bu strukturlarda “təmizləmə” işləri aparılacaq.
Və iki böyük, həm də çox populyar olan məmur istefa verəcək.
- Böyük məmur deyəndə nazirləri nəzərdə tutursunuz?
- Bu nazir də, komitə sədri də ola bilər. Bu barədə mənim heç vaxt yanlışım olmur. Məsələn, məhz sizə müsahibəmdə demişdim ki, nazir səviyyəsində 4 məmur işdən çıxarılacaq, bu həqiqətən də baş verdi. Səhv etmirəmsə, 2010-cu ildə 8 nazirin, komitə sədrinin işdən çıxarılacağını demişdim və bu proqnozum da tam doğru çıxmışdı. Önləyici tədbirlər görməsinlər deyə, həm də nəzakət xətrinə həmin nazirlərin kim olacağını deməyəcəm. Ancaq onu deyə bilərəm ki, böyük, tanınmış, həm də daha çox narazı qalınan məmur 2022-ci ildə vəzifəsini itirəcək.
- Dediniz ki, Pələng ili, xüsusən də qara Pələng müharibə xarakterlidir. Bu il daha nələri özündə ehtiva edir?
- Təxminən 50-yə yaxın müharibə məhz Pələng ilində başlayıb. Amma əlbəttə ki, bu ildə həm də çox gözəl hadisələr də baş verib. Məsələn, texnoloji inkişaflar, kosmosun fəthi müşahidə olunub. Həmçinin yeraltı tunellərin qazılması, bura metrolar da daxildir, yeraltı şaxtaların ortaya çıxması, yeri altında itib-batan sivilizasiyaların tapılması da bu ilə xarakterikdir.
- Pələng ili daha çox hansı illərdə doğulanlar üçün uğurlu, yaxud uğursuz olacaq?
- Dostluq üçbucağı deyilən bir anlayış var. Pələng ilinin də dostu İt və At illəridir. İlin aparıcı ünsürü Mars planeti olacaq ki, onun da himayəsində olan Qoç və Əqrəb bürcləri ilin aparıcı və şanslı bürcləri olacaq.
- Bəs ilin hansı ayları daha uğurlu olacaq?
- Bunu Qoç və Əqrəb bürclərindən götürərək deyə bilərəm ki, aprel və noyabr ayı daha uğurlu olacaq. Əlbəttə ki, istənilən ay daha uğurlu ola bilər.
- 2021-ci il həm də dağıdıcı qasırğalar, daşqınlar, meşə yanğınları ilə yadda qaldı. Pələng ilində də bu cür intensiv təbiət hadisələri baş verə bilərmi?
- Bir daha qeyd edirəm ki, Pələng ilinə müharibələr, daha sonra təyyarə qəzaları, təhlükəli vulkan püskürmələri xarakterikdir. Pələng ilində hətta şəhərləri yox edən dəhşətli vulkan püskürmələri baş verib.
- Və hər kəsi daha çox maraqlandıran digər suallardan biri - pandemiya 2022-ci ildə də tüğyan edəcək, yoxsa?
- Ötən il qeyd etmişdim ki, pandemiya 2021-ci ilin may ayında qismən yumşalmağa doğru gedəcək. Xatırlayırsınızsa, bu ilin may ayının sonunda bir sıra karantin qadağaları ləğv edildi, küçədə maska qadağası aradan qalxdı, toylara icazə verildi, sərhədlər açıldı.
Gələn il, 2022-ci ildə də pandemiya qismən azalmağa doğru gedəcək. Əslində bu il də pandemiya tüğyan etmədi, 2020-ci illə müqayisədə bir qədər sabit keçdi. Eləcə də 2022-ci ildə pandemiya 2021-ci ilə nisbətən səngiyəcək.
Beləliklə 2022-ci il üçün ümumilikdə 25 proqnozum aşağıdakılardır:
Azərbaycanla Naxçıvanı birləşdirən Zəngəzur dəhlizi açılacaq.
Hakimiyyətdə böyük struktur dəyişiklikləri aparılacaq.
Qismən müstəqil olan mütəxəssislərə vəzifələr veriləcək.
Fevral və noyabr ayında devalvasiya olmasa, sonrakı aylarda da baş verməyəcək.
“Tərtər işi” ilə bağlı ilkin həbslər baş verəcək.
Qarabağda bu il də müharibə olmayacaq.
Hər hansı növbədənkənar seçki və referendum olmayacaq.
Səhiyyə və təhsil strukturlarında çalışanların istefaya göndəriləcəyinin şahidi olacağıq.
İki böyük və populyar məmur vəzifəsini itirəcək.
Koronavirus təhlükəsi ilin ikinci yarısından mahiyyətinin itirməyə başlayacaq.
Hindistanla Çin arasında münasibətlər kəskin şəkildə soyuqlaşacaq, müharibəyə zəmin yaranacaq.
Rusiya hakimiyyəti son 12 ilin ən böyük siyasi təzyiqinə, etirazlarına məruz qalacaq.
Gürcüstanın sabiq prezidenti Mixail Saakaşvili azadlığa çıxacaq.
Ermənistanın baş naziri Nikol Paşinyanın devrilməsi cəhdləri fiaskoya uğrayacaq.
Türkiyədə hər hansı hakimiyyət dəyişikliyi olmayacaq.
Rusiya-Ukrayna müharibəsi olmayacaq.
Putin administrasiyası çətin də olsa 2022-ci ili də iqtidar kimi yola salacaq.
Rusiyanın Türk Dövlətləri Təşkilatına qarşı siyasi hücumları intensivləşsə də, bu, yalnız may ayına qədər davam edəcək və nəticəsiz qalacaq.
Çinlə Tayvan arasında hər hansı hərbi münaqişə olmayacaq.
İlin gündəmdə olan əsas ölkələri İngiltərə, Almaniya, Danimarka, Suriya, İtaliya, Kiçik Asiya, Norveç, Əlcəzair, İsveç, Mərakeş, Hindistan, Kuba, Kanada və Çili olacaq.
Fransada keçirilən seçkilərdə Emmanuel Makron uduzacaq.
Təyyarə qəzaları və təhlükəli vulkan püskürmələrinin sayı artacaq.
Siyasi və hərbi sui-qəsdlər artacaq.
“Taliban” hökuməti ilə İran arasında siyasi gərginlik böyüsə də, bu, müharibə həddinə çatmayacaq.
Tibb və kosmos sahəsində çox böyük ixtiralar olacaq.
Bölməyə aid digər xəbərlər

26-01-2026, 16:16
Keçmiş səfir: ...İrana hücum məsələsi ciddidir - Müsahibə
21-01-2026, 17:35
Qurban Qurbanov: Rəqiblər artıq bizi daha ciddi qəbul edirlər - Müsahibə
15-01-2026, 16:21
Cəlaloğlu: Hadisələr bir qədər də inkişaf etsə, İranın parçalanması gündəmə gələcək - Müsahibə
16-12-2025, 17:49
Abdulla: Yeni “Klinik A” teatrında tamaşa yox, seans olacaq - Müsahibə
29-10-2025, 14:34
Baş rejissor: Hazırladığımız 12 tamaşanı “Axır Zaman”la yekunlaşdıracağıq - Müsahibə
6-08-2025, 14:15
Təranə Muradova: “Sevgisiz heç nə yaratmaq mümkün deyil” - Müsahibə
24-07-2025, 17:03
Abdulla: Aktyorları attestasiyadan keçirmək lazımdır - Müsahibə
1-03-2025, 15:45
Deputat: Ukraynanı yalnız ABŞ xalqının Trampa qarşı qalxması xilas edə bilər - Müsahibə
23-01-2025, 19:03
İmran Bədirxanlı: “Özünü tapandan sonra yaşamaq asanlaşır” - Müsahibə
8-01-2025, 10:49
“Kino adamı kimi bir çox şeylər məni qane etmir” - Müsahibə
18-11-2024, 12:28
Turan Manafzadə: “Mədəniyyət diplomatiyasından yararlanmağı bacarmalıyıq” - Müsahibə
17-08-2024, 15:25
“Böyük güclər sülhdə maraqlı görünmürlər” - Müsahibə
12-08-2024, 11:00
Emin Əfəndiyev: “Yeni ssenarilər, layihələr barədə düşünürəm” - Müsahibə
22-07-2024, 09:58
Gənc xanəndə: “Məcnun kimi səhnəyə çıxmaq ən böyük arzularımdan biri olub” - Müsahibə
8-07-2024, 10:43
Aktrisa: “Mən ürək adamıyam...” - Müsahibə
14-06-2024, 15:06
Nazir: “Sertifikatlaşdırmada iştirak edən hər beş müəllimdən biri kəsilir” - Müsahibə
6-04-2024, 21:12
Qulu Ağsəs: “Tənqidi indi çox tənqid edirlər” - Müsahibə
2-04-2024, 20:28
“Hava hücumu ssenarisi mümkündür” - Müsahibə
19-02-2024, 16:33
Aktyor: “Əvvəldən bilsəydim o filmə çəkilməzdim...” - Müsahibə
16-02-2024, 12:55
Bəstəkar: “Zamanın ritmini tutmaq çətinləşib” - Müsahibə
28-01-2024, 15:36
Qüdrət Həsənquliyev: “Azərbaycan yenidən qurulmalıdır” - Müsahibə
9-12-2023, 20:57
Hərbi ekspert: “Krım körpüsü dağıdılmalıdır” - Müsahibə
14-11-2023, 19:08
Xalq artisti: “Teatrın ən ağrılı məsələlərindən biri də yaş senzi ilə bağlıdır” - Müsahibə
4-11-2023, 09:41
İlham Əziz: “Hər yazıçının öz əlifbası olmalıdır” - Müsahibə
27-10-2023, 15:19
Zahid Oruc: “Zəfər dövləti, Zəfər təşkilatı, Zəfər təhsil modeli yaradılmalıdır” - Müsahibə
27-10-2023, 11:01
Əlizadə Nuri: “Şairlik-sözlə inqilab etməkdir” - Müsahibə
23-10-2023, 18:22
General Sırski: “Düşmən ciddi itkilər verir, lakin onlar...” - Müsahibə
23-10-2023, 10:26
Aktrisa: “Özümü olmalı olduğum yerdə hiss edirəm” - Müsahibə
19-09-2023, 13:48
Hərbi analitik: “Rusiya Moskvanı lazımi şəkildə qoruya bilmirsə, deməli...” - Müsahibə
5-09-2023, 18:40
General: “Rusiya elitası Putini devirməyə hazırdır” - Müsahibə
23-08-2023, 18:14
Beynəlxalq ekspert: “Ruslar Ukrayna ilə uzunmüddətli hərbi qarşıdurmaya ümid edirlər” - Müsahibə
16-08-2023, 12:08
Kənan Məmmədov: “Kino günündə göstərməyə yeni film olmadı” - Müsahibə
10-08-2023, 15:00
Rıjenko: “Rusiyanın Qara dəniz donanmasını məhv etmək üçün yüzlərlə drona ehtiyac var” - Müsahibə
30-05-2023, 16:48
Kinorejissor: “Bəzilərini kinonun taleyi yox, kinostudiyanın ərazisi maraqlandırır”
16-05-2023, 16:48
Şeytelman: “Priqojin Rusiyada yeganə şəxsdir ki, dövlət çevrilişlərini uğurla həyata keçirə bilir”
13-05-2023, 09:34
Qüdrət Həsənquliyev: “Davamlı sülh üçün danışıqları Türkiyə və Rusiya ilə aparmalıyıq” - Müsahibə
3-03-2023, 16:55
Keçmiş deputat: “Rus imperiyasının dağılması qaçılmazdır” - Müsahibə
9-02-2023, 12:36
Deputat: “Ciddi əks-zərbə vurulmalıdır” - Müsahibə
7-01-2023, 15:55
Sərdar Cəlaloğlu: “Rusiya Qarabağı ələ keçirməyə çalışır” - Müsahibə

“Qarabağ”ın baş məşqçisi deyir ki, "Ayntraxt"la qarşılaşmada baxımlı oyun nümayiş etdirməyə çalışacaqlar
ADP sədri deyir ki, hələlik İranda baş verən proseslərin inkişafı xarici güclərin, xüsusilə ABŞ-ın mövqeyindən, həmçinin Türkiyə və Azərbaycanın bu məsələdə milli maraqlarını nə dərəcədə ön plana çəkməsindən asılı olacaq
Rejissor və aktyor deyir ki, yeni fəaliyyətə başlayan teatrda tamaşaçını pasiyent əvəz edəcək
Mikayıl Mikayılov deyir ki, festivalda nümayiş olunan tamaşa Azərbaycanla Meksika arasında teatr əlaqələrinin başlanğıcı sayıla bilər