13:47 / 30-01-2026
Avropanın ən varlı ölkəsi təhlükəsizliyə görə vergiləri artıracaq
13:35 / 30-01-2026
Tramp Çinə görə Britaniyanı təhdid edir
13:26 / 30-01-2026
Yeni ilin ilk “Ulduz”u çap olunub - Foto
13:22 / 30-01-2026
"Bandotdel”dən əməliyyat: saxlanılanlar var - Foto
13:20 / 30-01-2026
Zelenski Moskvada Putinlə görüşü istisna edib
13:06 / 30-01-2026
ABŞ Yaxın Şərqə əlavə qüvvə göndərir
12:53 / 30-01-2026
Ukrayna ordusunda fərarilərin sayı artır
12:45 / 30-01-2026
Qumar oyunları: 428 internet resursuna giriş məhdudlaşdırılıb
12:42 / 30-01-2026
Ceyhun Bayramov BƏƏ-nin XİN başçısı ilə telefonda danışıb
12:36 / 30-01-2026
Sabah hava necə olacaq? - Proqnoz
12:29 / 30-01-2026
Xankəndi, Xocalı və Ağdərəyə növbəti köç karvanları gedib
12:20 / 30-01-2026
Nazirliyin əməkdaşı 18 kq qızılla tutulub
12:09 / 30-01-2026
ABŞ müdafiə naziri NATO-nun əsas görüşündə iştirakdan imtina edib
11:42 / 30-01-2026
Tramp üçün əlavə bəhanə: ABŞ prezidenti İraqı niyə hədəfə alıb?
11:34 / 30-01-2026
Azərbaycan UEFA reytinqində irəliləyib
11:21 / 30-01-2026
Sahibə Qafarovaya ağır itki üz verib
11:01 / 30-01-2026
Tanınmış iş adamı həbs olunub - Səbəb
10:57 / 30-01-2026
Ağ ev münaqişəni sona çatdırmağa tələsir
10:47 / 30-01-2026
Bakıda binanın birinci mərtəbəsində blok çöküb
10:37 / 30-01-2026
Bayden Ağ evdən cəmi iki hədiyyəsini aparıb
10:23 / 30-01-2026
Agentlik sədrinin müavini vəzifədən azad edilib
10:22 / 30-01-2026
İndoneziyada Semeru vulkanı püskürüb
10:13 / 30-01-2026
Tramp sülhün əldə olunacağına əmindir
10:12 / 30-01-2026
Abşeronun prokuroru vəzifəsindən azad olunub
10:05 / 30-01-2026
Vəzifəli şəxslər saxlanılıb - Foto
09:55 / 30-01-2026
Rusiya BMT-dən nəyi xahiş edir?
09:46 / 30-01-2026
Ərdoğan: Türk dünyası XXI əsrə öz izini qoyacaq
07:31 / 30-01-2026
Kvant kompüterində "zaman kristalı" yaradılıb
13:37 / 28-01-2026
Bakının dörd qəsəbəsinə metro xətti çəkiləcək
16:16 / 26-01-2026
Keçmiş səfir: ...İrana hücum məsələsi ciddidir - Müsahibə
17:31 / 29-01-2026
Vensin səfəri Güney Qafqaza nə vəd edir?
16:54 / 27-01-2026
Prezident iki nazir müavini təyin edib - Fotolar
11:08 / 27-01-2026
İran mühasirəyə alınır, tezliklə zərbə endirə bilərlər
13:38 / 28-01-2026
Cəbrayıla növbəti köç karvanı gedib - (Yenilənib)
17:21 / 26-01-2026
Nazir müavinlərinin sayı artırılıb
15:06 / 27-01-2026
Buraxılış imtahanında yeni model tətbiq ediləcək
11:59 / 26-01-2026
Vensin Bakı və İrəvana gəlməkdə məqsədi nədir?
14:09 / 28-01-2026
Çinin 48 hərbi nəqliyyat təyyarəsi İrana silah daşıyır
13:48 / 29-01-2026
Zəngilana növbəti köç karvanı gedib - (Yenilənib)
14:42 / 26-01-2026
Xocalıya növbəti köç karvanları gedib - (Yenilənib) - Fotolar
Qüdrət Həsənquliyev: “Ölkəmizdə köklü islahatlara ciddi ehtiyac var” - Müsahibə
Tarix: 20-01-2022 14:10 | Bölmə: Müsahibə

BAXCP sədri deyir ki, elə sosial-iqtisadi çətinliklər də birbaşa dövlət sistemimizlə bağlıdır: “Əslində bu sistemə ad qoymaq da asan deyil: nə planlı iqtisadiyyatdır, nə də bazar iqtisadiyyatı”
İşğalçı üzərində tarixi qələbəmizdən bir ildən çox vaxt ötür. Amma Ermənistan-Azərbaycan sərhədinin delimitasiya və demorkasiyası başlamayıb. Bu azmış kimi, fürsət düşdükdə ermənilər növbəti təxribata əl atırlar. Bu günlərdə Laçın və Kəlbəcər istiqamətində də hərbi cinayət törətdilər. Görəsən, Ermənistan bununla nəyə nail olmaq istəyir? 10 noyabr bəyannaməsindəki öhdəliklərin yerinə yetirilməsi mümkün olacaqmı?
Reyting.az-ın bu və digər suallarına millət vəkili, Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasının (BAXCP) sədri Qüdrət Həsənquliyev cavab verir:
- Bunun tezliklə baş verəcəyinə inanmıram, amma mütləq olacaq. Xatırlayırsınızsa, torpaqlarımız on illər boyu işğal altında olanda deyirdim ki, Ermənistanla sülh danışıqları aparmağın heç bir faydası yoxdur. Ermənistan forpost bir dövlətdir, bunu rəsmilərimiz də deyirdi. Belə bir ölkənin rəhbərliyi ilə danışıqların mənası yoxdur. Yəni, onların böyükləri ilə, Rusiya ilə danışmalıyıq. İndi də Yerevanla yox, məhz Moskva ilə danışıqları davam etdirməliyik. Bəli, problemin kökü ordadır, əks halda nəticəyə nail ola bilməyəcəyik. Kremlin Cənubi Qafqazla bağlı əsl mövqeyini bilməli, ona təsir etməli və inandırmalıyıq ki, Azərbaycanın suveren hüquqlarının bərpası onun da bölgədəki maraqlarına uyğundur.
Bəzi adamlar Rusiyanın siyasətinə qarşı çıxır, onu düşmən dövlət kimi təqdim eləməyə çalışır. Bu siyasət heç bir nəticə verməyəcək. Düzdür, Rusiyanın Qarabağdakı sülhməramlı qüvvələrinin fəaliyyətindən narazı qaldığımız məqamlar var. Necə ki torpaqlarımızın otuz il işğalda qalma səbəbini də bilirdik. Guya biz əvvəllər Ermənistana qalib gələ bilməzdik? Səbəbi məlum idi. Ona görə yox ki, onda cəsarətimiz çatmırdı, yaxud ordumuz zəif idi. Yox, qətiyyən elə deyildi. Çünki, Ermənistanın arxasında Rusiya dayanmışdı və buna baxmayaraq biz şimal qouşumuzla normal münasibətləri qoruyub saxlayırdıq, inkişaf etdirirdik və onu inandırmağa çalışırdıq ki, bizə mane olmasın. Bu siyasət müəyyən mənada öz bəhrəsini verdi, amma istədiyimizə tam nail ola bilməmişik. Ona görə də bu gün Rusiyanın hansısa ədalətsiz, yaxud, beynəlxalq hüquqa zidd, bəzi hallarda bizi də qıcıqlandıran davranışlarını görürüksə, buna etiraz da etməliyik, tənqidi fikrilərimizi də söyləməliyik. Sadəcə, bunu dostcasına eləməliyik. Rusiya bizim böyük qonşumuzdur, Azərbaycanın fermeri, kəndlisi üçün nəhəng bazardır, orada iki milyona yaxın soydaşımız çörək qazanır, dolanışığı ordandır. Biz bütün bu amilləri nəzərə almalıyıq.
- Qüdrət bəy, Moskvada Türkiyə-Ermənistan münasibətlərinin nizama salınması məqsədilə danışıqlar aparıldı. Növbəti görüş də gözlənilir. Ermənistan müzakirələrin ilkin şərt olmadan aparıldığını bildirsə də, bunun mümkün olmadığı bəllidir. Ortada əsassız soyqırım iddiasından imtina, Azərbaycanla normal qonşuluq münasibətləri, ərazi bütövlüyümüzün tanınması kimi suallar var...
- Mən bu danışıqların perspektivinə inanmıram. Rusiya istəmədiyi təqdirdə Ermənistan nə Azərbaycanla, nə də Türkiyə ilə münasibətlərini normallaşdıra bilər. Əslində Yerevan kimi Bakı da istəyər ki, Ermənistan Türkiyə ilə münasibətlərini təmzimləsin. Belə olarsa, Yerevan Gürcüstandan savayı, Türkiyə üzərindən də Avropaya əlavə, rahat çıxış qazanar, Türkiyədə özlərinə iş tapa, sərhəd ticarətini genişləndirə bilər, Ermənistana investisiya qoyular və sair. Amma yenə deyirəm, Ermənistanın ixtiyarı öz əlində deyil. Rusiya istəməsə, bu yöndə danışıqlar uzanacaq, sonsuza qədər davam edəcək. Elə bizimlə də danışıqların aqibəti eyni olmuşdu. Rəsmi Yerevana tək Rusiyanın deyil, Fransadakı, Amerikadakı erməni diasporunun, lobbistlərin ciddi diplomatik təsiri, maliyyə dəstəyi var. Amma bütün bunlar əlavə amillərdir, əsas Rusiya amilidir. Kreml xeyir-dua verməyincə, bölgədə sülh olmayacaq. Açıq deyəcəm, Rusiya bu münaqişənin birdəfəlik həllində hələlik maraqlı deyil.
- Etiraf edək ki, bu gün ölkədə həm sosial-iqtisadi, həm də hüquqi-siyasi baxımdan problemlər kifayət qədərdir. İslahatların ləngiməsini müharibədən sonrakı bərpa-quruculuq işləri, pandemiya ilə bağlayırlar. Amma, misal üçün, sosial-iqtisadi sahədə, Rəqabət Məcəlləsinin qəbulunda, məhkəmə-hüquq sistemində islahatlara nə mane olur?
- Dediyiniz islahatları həyata keşirmək üçün dərin biliyə, böyük bacarığa ehtiyac yoxdur. Dünyanın keçdiyi yol var. İnkişaf etmiş Qərb dünyasında məlum qanunlarla tənzimlənən azad bazar münasibətləri mövcuddur. Biz də bu yolu tutmalıyıq. Azərbaycanda da azad bazar yaradılmalı, dövlət iqtisadiyyat üzərində nəzarət funksiyasını həyata keçirməməlidir. Dövlət istehsal, emal, xidmət sahələrində çalışan hüquqi və fiziki şəxslərə bərabər imkanlar yaratmalı və qanunların icrasına nəzarət etməlidir. Amma bizdə dövlət hər şeyə nəzarət etməyə çalışır və dövlətin özü bizneslə məşğuldur. Bu gün iqtisadiyyatın aparıcı sahələri - quru, hava nəqliyyatı və digərləri dövlətin əlindədir. Həmin AZAL-ı misal gətirək. Həm vergisini tam ödəmir, həm büdcədən vəsair ayrılır, həm də xaricdən özü krtedit alır, sonra o krediti də dövlət qaytarır. AZAL-ın adını ona görə çəkirəm ki, vətəndaşların ən çox narazılıq etdiyi qurum odur. Niyə bizdə aviabiletlər belə bahadır? Yerevandan İstanbula təzə açılan təyyarə reysinə bilet qırx beş dollardır, Bakı-İstanbul reysi isə ondan üç dəfə bahadır. Çünki, xərclər qazanc məqsədilə süni şəkildə şişirdilir. Bunun qarşısını almaq da çətindir.
O gün oxudum ki, Gürcüstan hava yolları şirkəti satışa çıxarılır. Parlamentdə dəfələrlə demişəm, niyə AZAL, SOCAR kimi şirkətlər dövlətin əlində olmalıdır? İnhisarçılığa son qoymaq üçün bunlar özəlləşdirilməlidir. Əhalisi bizdən üç dəfə az olan həmin Ermənistanda səkkiz aviaşirkət var, bizdə isə bir dənə.
Xəstəxanalar, bəzi ali məktəblər, xidmət sahələri özəlləşdirməyə çıxarılmalı, ya da uzunmüddətli idarəetməyə verilməlidir.
Bu məsələdə kadr islahatları da problemləri həll eləmir. Bəli, dövlət idarəetmə strukturunda kadrlar mühüm rol oynayır, amma hər şey onlardan asılı deyil. Sistem dəyişikliyi baş verməlidir. Təəssüf ki, son vaxtlar yüksək vəzifələrə təyin edilən gənc kadrların heç də hamısı özünü doğrultmayıb. Elə gənc kadrlar var ki, onlara baxanda qeyri-ixtiyarı düşünürsən ki, Azərbaycanda ali diplomlu istənilən şəxs nazir ola bilər. Əlbəttə, bunu hamıya şamil etmək olmaz. Ona görə deyirəm ki, kadrların seçilib-yerləşdirilməsində xüsusi bir mexanizm işlənib hazırlanmayıb. Bu gün kadrlar ictimai-siyasi proseslərdə formalaşmış şəxslərin sırasından seçilmir. Gənclər hansısa siyasi partiyada, hətta iqtidar partiyasında təmsil olunmağa meyilli deyillər. Adlarını ora yazdırsalar da, müəyyən çevrəyə yaxın olmağa çalşırlar ki, o çevrənin təqdimatı əsasında vəzifə pillələri ilə yuxarı qalxsınlar. Məhz bu səbəbdən ölkəmizdə köklü islahatlara ciddi ehtiyac var. Elə sosial-iqtisadi çətinliklər də birbaşa dövlət sistemimizlə bağlıdır. Əslində bu sistemə ad qoymaq da asan deyil: nə planlı iqtisadiyyatdır, nə də bazar iqtisadiyyatı.
- Sovet ordusunun Bakıda törətdiyi 20 Yanvar faciəsinin 32-ci ildönümü ərəfəsində SSRİ-nin bərpası kimi bir mövzu gündəmə gəlib. Sizcə, nə baş verir və yeni imperiya iddiaları nə ilə nəticələnə bilər?
- Əgər xalq azad yaşamaq istəyirsə, o xalqı qul kimi əsarətdə saxlamaq çox çətindir. Yəni, xalq, onun formalaşdırdığı ordu, hakimiyyət müstəqilliyin təminatçısıdır. Bir də özünə dost, müttəfiq dövlətlərlə təhlükəsizliyini qorumağı bacarmasıdır. Hazırda təəssüflər olsun ki, beynəlxalq hüquq heç bir xalqın, dövlətin təhlükəsizliyinə təminat vermir, onu qorumur. Böyük güclər istədiklərini edir. Hətta onlar BMT Təhlükəsizlik Şurasının qərarı olmadan hansısa ölkəyə hücum edə, torpaqlarını ələ keçirə bilirlər. Biz bunu vaxtilə Amerika İraqa hücum edəndə, yaxud, Rusiya Krımı tutanda gördük.
İkinci Dünya müharibəsindən sonra BMT-ni formalaşdırmaqla dünyanın təhlükəsizlik arxitekturası yaradıldı. Qalib dövlətlər özləri üçün, mahiyyət etibarı ilə, anormal bir beynəlxalq təşkilat qurdular. Bu təşkilat xəstə doğulmuş, yararsız bir uşaq kimi idi. Niyə? Çünki, BMT Təhlükəsizlik Şurasına beş daimi üzvün seçilməsi, hər birinə veto hüququnun verilməsi absurd məsələlər idi. O baxımdan deyirəm ki, BMT yararsız bir qurumdur, ATƏT-in öz qərarlarını müdafiə etmək gücü yoxdur. Yəni, dünya dövlətləri beynəlxalq təhlükəsizliklə bağlı tutarlı bir qurum yarada bilməyiblər. Elimizin gözəl bir məsəli var: başlı başını qorusun. İndi dünyada belə vəziyyət yaranıb.
- Qüdrət bəy, ötən parlament seçkilərində proporsional seçki sisteminin tərəfdarı kimi çıxış edirdiniz. Bununla bağlı rəhbərlik etdiyiniz partiya Konstitusiyaya dəyişikliklə bağlı layihə hazırlayıbmı?
- Əlbəttə! Neçə illər əvvəl belə bir layihəni Milli Məclisin komitəsinə təqdim etmişdik. Biz xeyli vaxtdır ki, Azırbaycanda yeni Konstitusiyanın qəbulu, yaxud ona köklü dəyişikliklərin edilməsi təşəbbüsü ilə çıxış edirik. Bir neçə dəfə seçkilərə “Dördüncü Respublika!” şüarı ilə qatılmışıq. Hesab edirik ki, dördüncü respublika da birinci respublika kimi parlametli pespublika olmalıdır. Bəli, ölkədə proporsional seçki sistemi bərpa olunmalıdır. Mojaritar seçki sistemini, ümumiyyətlə, düzgün saymıram. Seçkilərdə partiyalar iştirak etməlidir, xalq siyasi platformalara səs verməlidir. Burada söhbət ideyaların, proqramların dartışmasından gedir, xalq da bəyəndiyi ideyanı seçəcək. Proporsional seçki sistemi olanda işbazların, siyasətdən uzaq adamların mojaritar dairələrdən pulla, başqa əyri yollarla deputat seçilməsinin qarşısı alınacaq. Həm də müəyyən bölgələrdə yerli namizədlərin insanların etnik hislərindən istifadə etməsinə yol verilməyəcək, onlar partiyalara qoşulmağa məcbur olacaqlar. Bu baxımdan proporsional seçki sistemi ölkədə çoxpartiyalılıq mühitini gücləndirən bir institutdur. Güclü siyasi partiyalar olmayanda, iqtidarın üzərində müxalifət nəzarəti olmayacaq, bu nəzarət olmayanda isə hakimiyyət daha çox səhvlər buracaq, korrupsiya geniş miqyas alacaq.
Son vaxtlar başqa bir təşəbbüsümüz parlamentdə konstitusion məhdudiyyətlə bağlıdır. Səslərin neçə faizini toplamasından asılı olmayaraq, heç bir partiya parlamentdəki yerlərin üçdə ikisindən çoxuna yiyələnə bilməz. Milli Məclisdə ən azı üç partiya təmsil olunmalıdır. Əgər qalib partiyadan sonra ikinci, yaxud üçüncü yerdə gələn partiyalar ikisi birlikdə səslərin hətta 1 faizini toplasa belə, onların parlamentdəki yerlərinin sayı otuz faiz olmalıdır. Yeri gəlmişkən, Ermənistan artıq bu praktikanı tətbiq edib. Bu, həm də ona görə vacibdir ki, parlamentdə fraksiyalar olsun. Azərbaycan Cənubi Qafqazda yeganə ölkədir ki, parlamentində müxalifət fraksiyası yoxdur. Deməli, alternativ ideyalar, məruzələr təklif etmək imkanı da mövcud deyil. Bundan ötrü ölkədə syasi islahatlar, konstitusiya islahatı, ardınca da məhkəmə islahatı aparılmalıdır.
- Bir neçə gün sonra 57 yaşınız tamam olacaq. Otuz illik ictimai-siyasi fəaliyyətinizin hesabatı üçün samballı rəqəmdir. Özünüzü heç vaxt bağışlaya bilməyəcəyiniz yalnış hərəkətiniz, davranışınız, yaxud qərarınız olubmu?
- Yox! Səhvlər olub, əlbəttə, səhvsiz insan yoxdur. Həmişə, bütün dövrlərdə düz saydığım fikrin, ideyanın, arxasınca getmişəm, qərarı müdafiə etmişəm. Yanlışlığı görəndə, çalışmışam onları tez düzəldim. Böyrümdə duran, dost bildiyim insanlara da bunu anlatmaq istəmişəm, amma alınmayanda, yolumu ayırmışam. Söhbət sırf siyasi həyatdan gedirsə, hələ Əbülfəz Elçibəyin sağlığında görürdük ki, bir çox məsələlər bizim arzu və istəyimizdən asılı deyil. Onda gənc idik, Azərbaycanda sivil, demokratik bir dövlətin qurulmasını ürəkdən istəyirdik. Müəyyən təcrübə qazanandan sonra anladıq ki, Qərbdən gözləntilərimiz əbəsdir, xalqımız da arzuladığımız o cənnəti qurmağa hazır deyil. Rəhmətlik Elçibəy sonralar kəlama çevriləcək sözü təsadüfən işlətməmişdi: Bir çox məsələlərin həllinin zamana ehtiyacı var!
Reyting.az
Bölməyə aid digər xəbərlər

26-01-2026, 16:16
Keçmiş səfir: ...İrana hücum məsələsi ciddidir - Müsahibə
21-01-2026, 17:35
Qurban Qurbanov: Rəqiblər artıq bizi daha ciddi qəbul edirlər - Müsahibə
15-01-2026, 16:21
Cəlaloğlu: Hadisələr bir qədər də inkişaf etsə, İranın parçalanması gündəmə gələcək - Müsahibə
16-12-2025, 17:49
Abdulla: Yeni “Klinik A” teatrında tamaşa yox, seans olacaq - Müsahibə
29-10-2025, 14:34
Baş rejissor: Hazırladığımız 12 tamaşanı “Axır Zaman”la yekunlaşdıracağıq - Müsahibə
6-08-2025, 14:15
Təranə Muradova: “Sevgisiz heç nə yaratmaq mümkün deyil” - Müsahibə
24-07-2025, 17:03
Abdulla: Aktyorları attestasiyadan keçirmək lazımdır - Müsahibə
1-03-2025, 15:45
Deputat: Ukraynanı yalnız ABŞ xalqının Trampa qarşı qalxması xilas edə bilər - Müsahibə
23-01-2025, 19:03
İmran Bədirxanlı: “Özünü tapandan sonra yaşamaq asanlaşır” - Müsahibə
8-01-2025, 10:49
“Kino adamı kimi bir çox şeylər məni qane etmir” - Müsahibə
18-11-2024, 12:28
Turan Manafzadə: “Mədəniyyət diplomatiyasından yararlanmağı bacarmalıyıq” - Müsahibə
17-08-2024, 15:25
“Böyük güclər sülhdə maraqlı görünmürlər” - Müsahibə
12-08-2024, 11:00
Emin Əfəndiyev: “Yeni ssenarilər, layihələr barədə düşünürəm” - Müsahibə
22-07-2024, 09:58
Gənc xanəndə: “Məcnun kimi səhnəyə çıxmaq ən böyük arzularımdan biri olub” - Müsahibə
8-07-2024, 10:43
Aktrisa: “Mən ürək adamıyam...” - Müsahibə
14-06-2024, 15:06
Nazir: “Sertifikatlaşdırmada iştirak edən hər beş müəllimdən biri kəsilir” - Müsahibə
6-04-2024, 21:12
Qulu Ağsəs: “Tənqidi indi çox tənqid edirlər” - Müsahibə
2-04-2024, 20:28
“Hava hücumu ssenarisi mümkündür” - Müsahibə
19-02-2024, 16:33
Aktyor: “Əvvəldən bilsəydim o filmə çəkilməzdim...” - Müsahibə
16-02-2024, 12:55
Bəstəkar: “Zamanın ritmini tutmaq çətinləşib” - Müsahibə
28-01-2024, 15:36
Qüdrət Həsənquliyev: “Azərbaycan yenidən qurulmalıdır” - Müsahibə
9-12-2023, 20:57
Hərbi ekspert: “Krım körpüsü dağıdılmalıdır” - Müsahibə
14-11-2023, 19:08
Xalq artisti: “Teatrın ən ağrılı məsələlərindən biri də yaş senzi ilə bağlıdır” - Müsahibə
4-11-2023, 09:41
İlham Əziz: “Hər yazıçının öz əlifbası olmalıdır” - Müsahibə
27-10-2023, 15:19
Zahid Oruc: “Zəfər dövləti, Zəfər təşkilatı, Zəfər təhsil modeli yaradılmalıdır” - Müsahibə
27-10-2023, 11:01
Əlizadə Nuri: “Şairlik-sözlə inqilab etməkdir” - Müsahibə
23-10-2023, 18:22
General Sırski: “Düşmən ciddi itkilər verir, lakin onlar...” - Müsahibə
23-10-2023, 10:26
Aktrisa: “Özümü olmalı olduğum yerdə hiss edirəm” - Müsahibə
19-09-2023, 13:48
Hərbi analitik: “Rusiya Moskvanı lazımi şəkildə qoruya bilmirsə, deməli...” - Müsahibə
5-09-2023, 18:40
General: “Rusiya elitası Putini devirməyə hazırdır” - Müsahibə
23-08-2023, 18:14
Beynəlxalq ekspert: “Ruslar Ukrayna ilə uzunmüddətli hərbi qarşıdurmaya ümid edirlər” - Müsahibə
16-08-2023, 12:08
Kənan Məmmədov: “Kino günündə göstərməyə yeni film olmadı” - Müsahibə
10-08-2023, 15:00
Rıjenko: “Rusiyanın Qara dəniz donanmasını məhv etmək üçün yüzlərlə drona ehtiyac var” - Müsahibə
30-05-2023, 16:48
Kinorejissor: “Bəzilərini kinonun taleyi yox, kinostudiyanın ərazisi maraqlandırır”
16-05-2023, 16:48
Şeytelman: “Priqojin Rusiyada yeganə şəxsdir ki, dövlət çevrilişlərini uğurla həyata keçirə bilir”
13-05-2023, 09:34
Qüdrət Həsənquliyev: “Davamlı sülh üçün danışıqları Türkiyə və Rusiya ilə aparmalıyıq” - Müsahibə
3-03-2023, 16:55
Keçmiş deputat: “Rus imperiyasının dağılması qaçılmazdır” - Müsahibə
9-02-2023, 12:36
Deputat: “Ciddi əks-zərbə vurulmalıdır” - Müsahibə
7-01-2023, 15:55
Sərdar Cəlaloğlu: “Rusiya Qarabağı ələ keçirməyə çalışır” - Müsahibə

“Qarabağ”ın baş məşqçisi deyir ki, "Ayntraxt"la qarşılaşmada baxımlı oyun nümayiş etdirməyə çalışacaqlar
ADP sədri deyir ki, hələlik İranda baş verən proseslərin inkişafı xarici güclərin, xüsusilə ABŞ-ın mövqeyindən, həmçinin Türkiyə və Azərbaycanın bu məsələdə milli maraqlarını nə dərəcədə ön plana çəkməsindən asılı olacaq
Rejissor və aktyor deyir ki, yeni fəaliyyətə başlayan teatrda tamaşaçını pasiyent əvəz edəcək
Mikayıl Mikayılov deyir ki, festivalda nümayiş olunan tamaşa Azərbaycanla Meksika arasında teatr əlaqələrinin başlanğıcı sayıla bilər