13:47 / 30-01-2026
Avropanın ən varlı ölkəsi təhlükəsizliyə görə vergiləri artıracaq
13:35 / 30-01-2026
Tramp Çinə görə Britaniyanı təhdid edir
13:26 / 30-01-2026
Yeni ilin ilk “Ulduz”u çap olunub - Foto
13:22 / 30-01-2026
"Bandotdel”dən əməliyyat: saxlanılanlar var - Foto
13:20 / 30-01-2026
Zelenski Moskvada Putinlə görüşü istisna edib
13:06 / 30-01-2026
ABŞ Yaxın Şərqə əlavə qüvvə göndərir
12:53 / 30-01-2026
Ukrayna ordusunda fərarilərin sayı artır
12:45 / 30-01-2026
Qumar oyunları: 428 internet resursuna giriş məhdudlaşdırılıb
12:42 / 30-01-2026
Ceyhun Bayramov BƏƏ-nin XİN başçısı ilə telefonda danışıb
12:36 / 30-01-2026
Sabah hava necə olacaq? - Proqnoz
12:29 / 30-01-2026
Xankəndi, Xocalı və Ağdərəyə növbəti köç karvanları gedib
12:20 / 30-01-2026
Nazirliyin əməkdaşı 18 kq qızılla tutulub
12:09 / 30-01-2026
ABŞ müdafiə naziri NATO-nun əsas görüşündə iştirakdan imtina edib
11:42 / 30-01-2026
Tramp üçün əlavə bəhanə: ABŞ prezidenti İraqı niyə hədəfə alıb?
11:34 / 30-01-2026
Azərbaycan UEFA reytinqində irəliləyib
11:21 / 30-01-2026
Sahibə Qafarovaya ağır itki üz verib
11:01 / 30-01-2026
Tanınmış iş adamı həbs olunub - Səbəb
10:57 / 30-01-2026
Ağ ev münaqişəni sona çatdırmağa tələsir
10:47 / 30-01-2026
Bakıda binanın birinci mərtəbəsində blok çöküb
10:37 / 30-01-2026
Bayden Ağ evdən cəmi iki hədiyyəsini aparıb
10:23 / 30-01-2026
Agentlik sədrinin müavini vəzifədən azad edilib
10:22 / 30-01-2026
İndoneziyada Semeru vulkanı püskürüb
10:13 / 30-01-2026
Tramp sülhün əldə olunacağına əmindir
10:12 / 30-01-2026
Abşeronun prokuroru vəzifəsindən azad olunub
10:05 / 30-01-2026
Vəzifəli şəxslər saxlanılıb - Foto
09:55 / 30-01-2026
Rusiya BMT-dən nəyi xahiş edir?
09:46 / 30-01-2026
Ərdoğan: Türk dünyası XXI əsrə öz izini qoyacaq
07:31 / 30-01-2026
Kvant kompüterində "zaman kristalı" yaradılıb
13:37 / 28-01-2026
Bakının dörd qəsəbəsinə metro xətti çəkiləcək
16:16 / 26-01-2026
Keçmiş səfir: ...İrana hücum məsələsi ciddidir - Müsahibə
17:31 / 29-01-2026
Vensin səfəri Güney Qafqaza nə vəd edir?
16:54 / 27-01-2026
Prezident iki nazir müavini təyin edib - Fotolar
11:08 / 27-01-2026
İran mühasirəyə alınır, tezliklə zərbə endirə bilərlər
13:38 / 28-01-2026
Cəbrayıla növbəti köç karvanı gedib - (Yenilənib)
17:21 / 26-01-2026
Nazir müavinlərinin sayı artırılıb
15:06 / 27-01-2026
Buraxılış imtahanında yeni model tətbiq ediləcək
11:59 / 26-01-2026
Vensin Bakı və İrəvana gəlməkdə məqsədi nədir?
14:09 / 28-01-2026
Çinin 48 hərbi nəqliyyat təyyarəsi İrana silah daşıyır
13:48 / 29-01-2026
Zəngilana növbəti köç karvanı gedib - (Yenilənib)
14:42 / 26-01-2026
Xocalıya növbəti köç karvanları gedib - (Yenilənib) - Fotolar
Akademik: “...“Şuşanamə”yə daxil olan 80-dən artıq şeir ərsəyə gəldi” - Müsahibə
Tarix: 01-03-2022 19:26 | Bölmə: Müsahibə

Teymur Kərimli deyir ki, “Şuşanamə”də yalnız Şuşa deyil, ümumilikdə Vətən, qəhrəmanlıq, ordumuzun şücaəti mövzularında şeirlər də yer alıb
Azərbaycanda "Şuşa İli" çərçivəsində Tədbirlər Planı təsdiqlənib, buna uyğun olaraq müxtəlif işlər görülür. Azərbaycanın tanınmış ədəbiyyatşünası, naşir, mətnşünas, şərqşünas, şair, tərcüməçi Teymur Kərimli “Şuşa İli”nə ithaf etdiyi “Şuşanamə” adlı şeirlər toplusu da hazırlayıb.
Reyting.az xəbər verir ki, AMEA-nın Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutunun baş direktoru, akademik Teymur Kərimli müsahibəsində çapa hazırlanan “Şuşanamə”sindən, Əlyazmalar İnstitutu və burada saxlanılan ən qədim əlyazmalar, onların qorunması üçün görülən işlərdən danışıb:
- “Şuşanamə”ni yazmaq qərarına gəldiyim ilk vaxtlardan 2022-ci ilin “Şuşa İli” elan olunacağını hiss edirdim. 2021-ci ilin həsr edildiyi Nizami Gəncəvi Azərbaycan üçün necə böyük fəxarət mənbəyidirsə, Şuşa da xalqımızın qürur yeridir. Təsadüfi deyil ki, “Şuşanamə”nin epiqrafında dörd “ş” hərfinin düzülüşündən istifadə etmişəm: “Şuşamız”, “Şərəfimiz”, “Şöhrətimiz”, “Şanımız”.
Əlbəttə, Şuşamızın işğal olunması Azərbaycan Ordusunun gücsüzlüyündən deyil, xəyanətdən irəli gəlirdi. İşğaldan öncə Şuşa şəhərinə getmək imkanım olmamışdı. Şuşanı görməmiş Şuşa düşmən tapdağına düşdüyü zamanlarda mən ürək ağrısı ilə bu misraları yazmışdım:
Mən Şuşanı görməmişəm,
Şuşanı mənə göstərin!
Dağ başından uçuruma
Düşəni mənə göstərin!
Bu yoldan yüküm gedəcək,
Dərdimi çəkim, gedəcək.
Önümüzdə kim gedəcək –
Paşanı mənə göstərin!
44 günlük müharibə göstərdi ki, Paşamız gəldi. Ali Baş Komandan İlham Əliyev Şuşamızı əsl sahibinə, Azərbaycan xalqına qaytardı. Vaqif Poeziya günlərində isə nəhayət ki, Şuşanı görmək arzuma qovuşdum. Şuşa yalnız daşdan-torpaqdan ibarət deyil, o, canlıdır. XX əsrin əvvəllərində Şuşanı “Qafqazın Parisi” adlandırırdılar.
Şuşa ilə bağlı ən böyük xatirəm qarlarla örtülmüş Cıdır düzündə Ali Baş Komandanımızın vüqarla addımlaması olub. Bu möhtəşəm mənzərəyə heyran olmamaq mümkünsüz idi.
Azərbaycan Ordusunun şanlı Zəfəri ilə başa çatan 44 günlük müharibə ərzində “Şuşanamə”yə daxil olan 80-dən artıq şeir ərsəyə gəldi. “Şuşanamə”də yalnız Şuşa deyil, ümumilikdə Vətən, qəhrəmanlıq, Ali Baş Komandanımız, xalqımızın sarsılmayan iradəsi və əzmi, ordumuzun şücaəti mövzularında şeirlər də yer alıb. Çalışdım ki, bu mövzuları Şuşa motivi ətrafında birləşdirim və “Şuşanamə”ni hazırlayım.
AMEA-nın vitse-prezidenti, akademik İsa Həbibbəyli “Şuşanamə”də yer alan şeirlərlə ilk tanışlıqdan sonra onları toplayaraq “Şuşanamə”ni ərsəyə gətirməyimi tövsiyə etdi. Hazırda bu kitab çap mərhələsindədir. Kitabın “Ön söz”ünün müəllifi akademik İsa Həbibbəylidir.
Ölkə prezidentinin sərəncamına müvafiq olaraq, ilk dəfə “Şuşanamə” kitabını hazırlamaq təşəbbüsü ilə çıxış etmək mənim üçün böyük bir fəxrdir.
- Hazırda Əlyazmalar İnstitutunun baş direktoru kimi fəaliyyət göstərirsiniz. Rəhbərlik etdiyiniz institutun yaranma tarixi haqqında məlumat verməyinizi istərdik.
- İnstitutumuz orta əsrlər Şərq yazılı abidələrinin toplanması, sistemləşdirilməsi, mühafizəsi və nəşri üzrə vahid bir mərkəz kimi 1950-ci ildən Nizami adına Ədəbiyyat İnstitutunun Əlyazmalar şöbəsi əsasında yaradılıb. 1986-cı ildə bu baza əsasında Əlyazmalar İnstitutu təsis edilib. 1996-cı ildə isə instituta Məhəmməd Füzulinin adı verilib.
Əlyazmalar İnstitutu orta əsr elmlərinin bütün sahələrini əhatə edən Azərbaycan, türk, ərəb, fars və digər dillərdə zəngin və nadir əlyazma kolleksiyasına malikdir. Hazırda Əlyazmalar İnstitutunda 40 mindən artıq material saxlanılır. Bunlardan 12 minə qədəri ərəb qrafikalı əlyazmalardır. Bundan başqa, institutda XIX-XX əsrlərdə yaşamış Azərbaycanın görkəmli elm və ədəbiyyat xadimlərinin şəxsi sənədləri, tarixi sənədlər və fraqmentlər, əski çap kitabları, əvvəlki dövrlərin qəzet və jurnalları, mikrofilm və fotosurətlər mühafizə edilməkdədir.
Bildiyiniz kimi, Əlyazmalar İnstitutunun binası 1901-ci il oktyabrın 7-də Bakıda Hacı Zeynalabdin Tağıyevin təşəbbüsü və maliyyə dəstəyi ilə müsəlman Şərqində yaradılan ilk dünyəvi qızlar məktəbi kimi fəaliyyətə başlamış bina olub. Bu məktəbin Azərbaycan qadınlarının həyatında, onların maariflənməsində böyük rolu olub.

Olduqca qədim tarixə malik bu bina hazırda qəzalı vəziyyətdədir. Belə ki, bu yaxınlarda Fövqəladə Hallar Nazirliyindən dəvət olunmuş Komissiya zəlzələ nəticəsində binanın ön fasadının çat verməsi ilə bağlı akt tərtib etdi. Hazırda binanın əsaslı təmir olunmasına ehtiyac var. Ulu öndər Heydər Əliyevin sözləri ilə desək, “Milli sərvətlərimizə canıyananlıq lazımdır”.
- Bir qədər də institutda saxlanılan ən qədim əlyazmalardan bəhs edərdiniz.
- Əvvəlcə qeyd edim ki, əlyazma dedikdə yalnız kağız üzərində qara və ya qırmızı mürəkkəblə yazılmış mətnlər nəzərdə tutulmur. Əlyazmalar İnstitutunda xurma yarpağı üzərində yazılmış unikal bir əlyazma var ki, VII-VIII əsrlərə aid edilən bu əsər ərəb dilində Qurandan bir ayədir. Bundan başqa, daş üzərində əlyazmalara nümunə olaraq, Orxon-Yenisey abidələrini göstərmək olar. Həmçinin orta əsrlər dövründəki mis və dəmir üzərində yazılar, xalça üzərində piktoqramlar da əlyazmalara aid edilməlidir. Məsələn, məşhur faktdır ki, Azərbaycan xalqının ən qədim abidələrindən biri olan “Avesta” 12 min inək dərisi üzərində yazılıbmış. Bu baxımdan əlyazmalar geniş bir arealı əhatə edir.
Çalışırıq ki, Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutunda yalnız orta əsrlərə aid əlyazmalar deyil, digər dövrlərə də aid qiymətli əsərlər də yer alsın.
Avropada ilk kitab çapı texnologiyasının meydana gəlməsindən xeyli sonra bu üsul Şərqdə də tətbiq olundu. Hələ erkən orta əsrlərdə isə Uzaq Şərqdə yaşayan əcdadlarımız xüsusi dini mətnləri çoxaltmaq üçün taxtadan klişelər hazırlayırdılar. Bunu çap tariximizdə ilk nümunələr kimi qeyd edə bilərik. Daha sonralar isə daş üzərində hərflərin qazılaraq yazılması üsulundan istifadə olunurdu. Ümumiyyətlə, əlyazmaların hazırlanması, surətinin köçürülməsi işləri ilə katiblər məşğul olurdu və onlar daha çox saraylarda saxlanılırdılar. Lakin, bəzən mətnlərin surətinin köçürülməsi zamanı onların katiblər tərəfindən təhrif olunması hallarına da rast gəlinirdi. Bu məsələyə dahi şairimiz Məhəmmədə Füzuli də öz şeirlərində toxunmuşdur.
Bu hallara xüsusən türkdilli mətnlərdə rast gəlinirdi. Bunun səbəbi peşəkar katiblərin əsasən ərəb və fars dillərində təhsil alması ilə bağlı idi. Ərəb-fars dillərində təhsil almış katiblər türk dilini dərindən başa düşmür, bu səbəbdən təhriflərə yol verirdilər. Bu kimi təhriflərə Xaqani Şirvaninin Azərbaycan ədəbiyyatında ilk mənzum səyahətnamə hesab olunan “Töhfətül-İraqeyn” əsərində də olduqca çox rast gəlinir.
Bizim əsas məqsədlərimizdən biri də bu kimi təhrifləri aradan qaldırmaq, mətnləri orijinalına yaxınlaşdırmaqdır. Bunun üçün daim öz üzərində çalışan, peşəkar mətnşünaslar yetişdirilməlidir.
Əlyazmalar İnstitutu Azərbaycan əlyazmalarının sistemli tədqiqi ilə məşğul olan yeganə müəssisədir. Bir vaxtlar Azərbaycanda saxlanılan bütün əlyazmaların vahid bir mərkəzdə saxlanılması və mütəxəssislər tərəfindən öyrənilməsi təklifi ilə çıxış etdim. Lakin bu təşəbbüs müəyyən səbəblərdən baş tutmadı. Bununla yanaşı, fövqəladə hadisələr baş verməsi riskinə qarşı ən müasir texnologiyaları tətbiq etməklə əlyazmaların qorunub saxlanılmasını təklif etdim, bu işlər də böyük maddi vəsait tələb etdiyindən öz həllini tapmadı.
Düşünürəm ki, hazırda Əlyazmalar İnstitutunda saxlanılan 12 mindən çox əlyazmanın bütün mümkün vasitələrlə etibarlı şəkildə qorunmasını təmin edirik.
Bir neçə il öncə Azərbaycanın ən görkəmli əlyazma nümunələri əsasında “Azərbaycan multidissiplinar əlyazması: xəzinədən incilər” adlı kitabımız işıq üzü gördü. Əlyazmalar İnstitutunun multidisiplinar əlyazmaları haqqında toplu və müfəssəl məlumatların təqdim olunduğu bu kitab Azərbaycan, ərəb və fars dillərində elmin müxtəlif sahələrini əhatə edən 150-yə yaxın əlyazmanın paleoqrafik təsvirini özündə cəmləşdirib. Xalqımızın zəngin elmi, mədəni və tarixi keçmişinə işıq salan bu əsərdə təkcə dinə, ədəbiyyata aid olan əlyazmalar deyil, həm də təbabət, psixologiya, kulinariya və s. sahələri əhatə edən ən müxtəlif əlyazmaları bölmələr üzrə təsvir etmişik. Hesab edirəm ki, bu əsər Əlyazmalar İnstitutunun fundamental işlərindən biridir. Kitabda UNESCO-nun “Dünyanın yaddaşı” Proqramının reyestrinə daxil olmuş əsərlər də yer alıb.
İnstitutumuzda qorunan ən qədim əlyazmalardan Əbülqasim Zəhravinin cərrahlığa aid “Əl-məqalətüs-səlasin” (XIII yüzil), Rüstəm Cürcaninin “Zəxireyi-Nizamşahi” (XIII yüzil), Əbu Əli İbn Sinanın “Əl-qanun fit-tibb” (XIII yüzil) və s. kimi qiymətli əsərlərə rast gəlmək olar.
Qeyd edim ki, Əbu Əli İbn Sinanın “Əl-qanun fit-tibb” əsərinin ikinci cildi dünyada ən mükəmməl əlyazmalardan biri hesab olunur. Bu əsərin Özbəkistanda tənqidi mətni hazırlanarkən əsərin məhz AMEA Əlyazmalar İnstitutunda saxlanılan əlyazmasının surətindən istifadə olunub. İbn Sinanın vəfatından yüz il sonra bu qiymətli nümunənin surəti köçürülüb.
Layihənin rəhbəri kimi bu kitabın “Ön söz” müəllifliyi də mənə məxsusdur.
- Əlyazmalar İnstitutundakı qiymətli nümunələrin qorunub saxlanılması üçün hansı tədbirlər həyata keçirilir? İnstitutda əlyazmaların elektronlaşdırılması istiqamətində görülən işlərdən də bəhs edərdiniz.
- Dövlət başçısının müvafiq sərəncamından irəli gələn vəzifələrin icrası məqsədilə Əlyazmalar İnstitutunda elektron kitabxananın yaradılması işləri görülür. Biz bu prosesə qədim əlyazmaların elektronlaşdırılmasından başlamışıq.
İnstitutumuzda əlyazmaların qorunması üçün xüsusi mikromühit yaradılıb. Müəyyən vaxtdan bir kağızların sıradan çıxmasının qarşısını almaq üçün sanitariya işləri həyata keçirilir, xüsusi temperatur rejiminin saxlanılması təmin edilir. Çalışırıq ki, əlyazmaların saxlanıldığı otaqlarda rütubət yaranmasın. Əlbəttə ki, bütün bunlar müasir əlyazma qorunması tələblərinə uyğun səviyyədə deyil. İnsan müdaxiləsi tələb etmədən, müasir sensorlar vasitəsilə əlyazmaların köçürülməsi üçün cihazlara böyük ehtiyac duyulur. İnanıram ki, gələcəkdə həm saxlanclarımızın daha müasir səviyyədə qurulması, həm də elektron kitabxananın yaradılması işlərinin sürətləndirilməsi üçün müasir avadanlıqların quraşdırılmasına dəstək veriləcək.
- İnstitutda kadr hazırlığının həyata keçirilməsi istiqamətində nə kimi problemlərlə qarşılaşırsınız? Əlyazmalarla işləmək üçün gənc mütəxəssislərin hansı keyfiyyətlərə malik olması tələb olunur?
- Fəlsəfədə “evristik həzz” deyə bir anlayış var. Uzun axtarışlardan sonra tapılan bir əşya və ya s. zamanı yaşanan sevinc hissidir. Bu hiss əlyazmalar üzərində işlə məşğul olan insanlar üçün yad olarsa, o zaman mətnlərin də mənasının ifadə olunmasında təhriflərə yol verilə bilər. Bu baxımdan Əlyazmalar İnstitutu kadrların cəlb olunması istiqamətində bir qədər problemlərlə rastlaşır. Bunun səbəbi istedadlı gənclərin daha çox maddi gəlir gətirən işlərlə məşğul olmağa üstünlük verməsidir.

Əlbəttə, bizim qocaman əlyazmaşünas, mətnşünas alimlərimiz də var. Onlara ədəbiyyat tarixinin tədqiqatçısı, mətnşünas alim, Əlyazmalar İnstitutunun icraçı direktoru, filologiya elmləri doktoru Paşa Kərimovu, qocaman mətnşünasımız professor Kamandar Şəriflini və digərlərini nümunə göstərmək olar.
Düşünürəm ki, gənc əlyazmaşünas və mətnşünasları Əlyazmalar İnstitutunda fəaliyyət göstərməyə cəlb etmək üçün tədbirlər görülməli, əlyazmalarımızın gələcək nəsillərə etibarlı və tam şəkildə ötürülməsi üçün mühüm işlər həyata keçirilməlidir.
Müsahibəni apardı: Nərgiz QƏHRƏMANOVA, AMEA-nın Rəyasət Heyəti aparatının İnformasiya şöbəsinin sektor müdiri
Bölməyə aid digər xəbərlər

26-01-2026, 16:16
Keçmiş səfir: ...İrana hücum məsələsi ciddidir - Müsahibə
21-01-2026, 17:35
Qurban Qurbanov: Rəqiblər artıq bizi daha ciddi qəbul edirlər - Müsahibə
15-01-2026, 16:21
Cəlaloğlu: Hadisələr bir qədər də inkişaf etsə, İranın parçalanması gündəmə gələcək - Müsahibə
16-12-2025, 17:49
Abdulla: Yeni “Klinik A” teatrında tamaşa yox, seans olacaq - Müsahibə
29-10-2025, 14:34
Baş rejissor: Hazırladığımız 12 tamaşanı “Axır Zaman”la yekunlaşdıracağıq - Müsahibə
6-08-2025, 14:15
Təranə Muradova: “Sevgisiz heç nə yaratmaq mümkün deyil” - Müsahibə
24-07-2025, 17:03
Abdulla: Aktyorları attestasiyadan keçirmək lazımdır - Müsahibə
1-03-2025, 15:45
Deputat: Ukraynanı yalnız ABŞ xalqının Trampa qarşı qalxması xilas edə bilər - Müsahibə
23-01-2025, 19:03
İmran Bədirxanlı: “Özünü tapandan sonra yaşamaq asanlaşır” - Müsahibə
8-01-2025, 10:49
“Kino adamı kimi bir çox şeylər məni qane etmir” - Müsahibə
18-11-2024, 12:28
Turan Manafzadə: “Mədəniyyət diplomatiyasından yararlanmağı bacarmalıyıq” - Müsahibə
17-08-2024, 15:25
“Böyük güclər sülhdə maraqlı görünmürlər” - Müsahibə
12-08-2024, 11:00
Emin Əfəndiyev: “Yeni ssenarilər, layihələr barədə düşünürəm” - Müsahibə
22-07-2024, 09:58
Gənc xanəndə: “Məcnun kimi səhnəyə çıxmaq ən böyük arzularımdan biri olub” - Müsahibə
8-07-2024, 10:43
Aktrisa: “Mən ürək adamıyam...” - Müsahibə
14-06-2024, 15:06
Nazir: “Sertifikatlaşdırmada iştirak edən hər beş müəllimdən biri kəsilir” - Müsahibə
6-04-2024, 21:12
Qulu Ağsəs: “Tənqidi indi çox tənqid edirlər” - Müsahibə
2-04-2024, 20:28
“Hava hücumu ssenarisi mümkündür” - Müsahibə
19-02-2024, 16:33
Aktyor: “Əvvəldən bilsəydim o filmə çəkilməzdim...” - Müsahibə
16-02-2024, 12:55
Bəstəkar: “Zamanın ritmini tutmaq çətinləşib” - Müsahibə
28-01-2024, 15:36
Qüdrət Həsənquliyev: “Azərbaycan yenidən qurulmalıdır” - Müsahibə
9-12-2023, 20:57
Hərbi ekspert: “Krım körpüsü dağıdılmalıdır” - Müsahibə
14-11-2023, 19:08
Xalq artisti: “Teatrın ən ağrılı məsələlərindən biri də yaş senzi ilə bağlıdır” - Müsahibə
4-11-2023, 09:41
İlham Əziz: “Hər yazıçının öz əlifbası olmalıdır” - Müsahibə
27-10-2023, 15:19
Zahid Oruc: “Zəfər dövləti, Zəfər təşkilatı, Zəfər təhsil modeli yaradılmalıdır” - Müsahibə
27-10-2023, 11:01
Əlizadə Nuri: “Şairlik-sözlə inqilab etməkdir” - Müsahibə
23-10-2023, 18:22
General Sırski: “Düşmən ciddi itkilər verir, lakin onlar...” - Müsahibə
23-10-2023, 10:26
Aktrisa: “Özümü olmalı olduğum yerdə hiss edirəm” - Müsahibə
19-09-2023, 13:48
Hərbi analitik: “Rusiya Moskvanı lazımi şəkildə qoruya bilmirsə, deməli...” - Müsahibə
5-09-2023, 18:40
General: “Rusiya elitası Putini devirməyə hazırdır” - Müsahibə
23-08-2023, 18:14
Beynəlxalq ekspert: “Ruslar Ukrayna ilə uzunmüddətli hərbi qarşıdurmaya ümid edirlər” - Müsahibə
16-08-2023, 12:08
Kənan Məmmədov: “Kino günündə göstərməyə yeni film olmadı” - Müsahibə
10-08-2023, 15:00
Rıjenko: “Rusiyanın Qara dəniz donanmasını məhv etmək üçün yüzlərlə drona ehtiyac var” - Müsahibə
30-05-2023, 16:48
Kinorejissor: “Bəzilərini kinonun taleyi yox, kinostudiyanın ərazisi maraqlandırır”
16-05-2023, 16:48
Şeytelman: “Priqojin Rusiyada yeganə şəxsdir ki, dövlət çevrilişlərini uğurla həyata keçirə bilir”
13-05-2023, 09:34
Qüdrət Həsənquliyev: “Davamlı sülh üçün danışıqları Türkiyə və Rusiya ilə aparmalıyıq” - Müsahibə
3-03-2023, 16:55
Keçmiş deputat: “Rus imperiyasının dağılması qaçılmazdır” - Müsahibə
9-02-2023, 12:36
Deputat: “Ciddi əks-zərbə vurulmalıdır” - Müsahibə
7-01-2023, 15:55
Sərdar Cəlaloğlu: “Rusiya Qarabağı ələ keçirməyə çalışır” - Müsahibə

“Qarabağ”ın baş məşqçisi deyir ki, "Ayntraxt"la qarşılaşmada baxımlı oyun nümayiş etdirməyə çalışacaqlar
ADP sədri deyir ki, hələlik İranda baş verən proseslərin inkişafı xarici güclərin, xüsusilə ABŞ-ın mövqeyindən, həmçinin Türkiyə və Azərbaycanın bu məsələdə milli maraqlarını nə dərəcədə ön plana çəkməsindən asılı olacaq
Rejissor və aktyor deyir ki, yeni fəaliyyətə başlayan teatrda tamaşaçını pasiyent əvəz edəcək
Mikayıl Mikayılov deyir ki, festivalda nümayiş olunan tamaşa Azərbaycanla Meksika arasında teatr əlaqələrinin başlanğıcı sayıla bilər