13:47 / 30-01-2026
Avropanın ən varlı ölkəsi təhlükəsizliyə görə vergiləri artıracaq
13:35 / 30-01-2026
Tramp Çinə görə Britaniyanı təhdid edir
13:26 / 30-01-2026
Yeni ilin ilk “Ulduz”u çap olunub - Foto
13:22 / 30-01-2026
"Bandotdel”dən əməliyyat: saxlanılanlar var - Foto
13:20 / 30-01-2026
Zelenski Moskvada Putinlə görüşü istisna edib
13:06 / 30-01-2026
ABŞ Yaxın Şərqə əlavə qüvvə göndərir
12:53 / 30-01-2026
Ukrayna ordusunda fərarilərin sayı artır
12:45 / 30-01-2026
Qumar oyunları: 428 internet resursuna giriş məhdudlaşdırılıb
12:42 / 30-01-2026
Ceyhun Bayramov BƏƏ-nin XİN başçısı ilə telefonda danışıb
12:36 / 30-01-2026
Sabah hava necə olacaq? - Proqnoz
12:29 / 30-01-2026
Xankəndi, Xocalı və Ağdərəyə növbəti köç karvanları gedib
12:20 / 30-01-2026
Nazirliyin əməkdaşı 18 kq qızılla tutulub
12:09 / 30-01-2026
ABŞ müdafiə naziri NATO-nun əsas görüşündə iştirakdan imtina edib
11:42 / 30-01-2026
Tramp üçün əlavə bəhanə: ABŞ prezidenti İraqı niyə hədəfə alıb?
11:34 / 30-01-2026
Azərbaycan UEFA reytinqində irəliləyib
11:21 / 30-01-2026
Sahibə Qafarovaya ağır itki üz verib
11:01 / 30-01-2026
Tanınmış iş adamı həbs olunub - Səbəb
10:57 / 30-01-2026
Ağ ev münaqişəni sona çatdırmağa tələsir
10:47 / 30-01-2026
Bakıda binanın birinci mərtəbəsində blok çöküb
10:37 / 30-01-2026
Bayden Ağ evdən cəmi iki hədiyyəsini aparıb
10:23 / 30-01-2026
Agentlik sədrinin müavini vəzifədən azad edilib
10:22 / 30-01-2026
İndoneziyada Semeru vulkanı püskürüb
10:13 / 30-01-2026
Tramp sülhün əldə olunacağına əmindir
10:12 / 30-01-2026
Abşeronun prokuroru vəzifəsindən azad olunub
10:05 / 30-01-2026
Vəzifəli şəxslər saxlanılıb - Foto
09:55 / 30-01-2026
Rusiya BMT-dən nəyi xahiş edir?
09:46 / 30-01-2026
Ərdoğan: Türk dünyası XXI əsrə öz izini qoyacaq
07:31 / 30-01-2026
Kvant kompüterində "zaman kristalı" yaradılıb
13:37 / 28-01-2026
Bakının dörd qəsəbəsinə metro xətti çəkiləcək
16:16 / 26-01-2026
Keçmiş səfir: ...İrana hücum məsələsi ciddidir - Müsahibə
17:31 / 29-01-2026
Vensin səfəri Güney Qafqaza nə vəd edir?
16:54 / 27-01-2026
Prezident iki nazir müavini təyin edib - Fotolar
11:08 / 27-01-2026
İran mühasirəyə alınır, tezliklə zərbə endirə bilərlər
13:38 / 28-01-2026
Cəbrayıla növbəti köç karvanı gedib - (Yenilənib)
17:21 / 26-01-2026
Nazir müavinlərinin sayı artırılıb
15:06 / 27-01-2026
Buraxılış imtahanında yeni model tətbiq ediləcək
11:59 / 26-01-2026
Vensin Bakı və İrəvana gəlməkdə məqsədi nədir?
14:09 / 28-01-2026
Çinin 48 hərbi nəqliyyat təyyarəsi İrana silah daşıyır
13:48 / 29-01-2026
Zəngilana növbəti köç karvanı gedib - (Yenilənib)
14:42 / 26-01-2026
Xocalıya növbəti köç karvanları gedib - (Yenilənib) - Fotolar
Ukrayna Təhlükəsizlik Şurasının katibi: “Biz dözəcəyik və mütləq qalib gələcəyik” - Müsahibə
Tarix: 17-03-2022 12:34 | Bölmə: Müsahibə

Aleksey Danilov: “Bu, Üçüncü dünya müharibəsinin başlanğıcıdır. Kimsə bu müharibənin onlardan yan keçəcəyini düşünürsə, deməli, illüziyalarla yaşayır və Putinin irqçiliyini, müasir Rusiyanın nə olduğunu başa düşmür”
Ukrayna Milli Təhlükəsizlik və Müdafiə Şurasının katibi Aleksey Danilov “Radio NV”yə müsahibə verib. Reyting.az müsahibəni təqdim edir.
- Belarus lideri Aleksandr Lukaşenko “Toçka-U” raketi ilə Ukraynadan Belarus ərazisinə zərbə endirmək cəhdindən danışıb. O, Belarusun Ukraynadakı müharibədə iştirak etmədiyini də bildirib. Belarusdan gələn təhlükəni və onların öz qoşunlarını Ukrayna ərazisinə göndərmək şanslarını necə qiymətləndirirsiniz?
- Tam səmimi deyirəm, bizim üçün ən böyük “sürpriz” Belarus oldu. Biz Rusiya ilə hərbi əməliyyatların bütün variantlarına hazırlaşırdıq, amma Belarus tərəfdən gələ biləcəkləri ehtimalı olsa da, buna inanmırdıq. Bu, Belarus rəhbərliyinin kürəyimizə vurduğu zərbə oldu.
“Toçka-U” məsələsinə gəldikdə, biz uşaqları, qadınları, mülki insanları öldürmürük. Biz sivil xalqıq, öz ərazimizdə azadlığımız üçün mübarizə aparırıq və başqa ərazilərə təcavüz etmək niyyətimiz yoxdur.
Belarusun müharibədə iştirakına gəlincə, bizim kəşfiyyatımızın məlumatına görə, onların böyük əksəriyyəti ruslar tərəfindən vuruşmaqdan imtina edir. Bundan əlavə, bu gün Rusiyanın planlarından biri də Belarus ordusunu rus formasına dəyişdirməkdir.
- Belarus hərbçiləri Ukraynaya qarşı döyüşmək istəmirlər, amma onlar Rusiyanın formasını geyinib yenə də döyüşlərdə iştirak edə bilərlərmi?
- Bu gün cəmiyyətimizin, hərbçilərimizin, yoldaşlarımızın döyüş ruhu yüksəkdir. Onlar bunu bilirlər. Onların Belarus ərazisinə nə qədər rus əsgərinin meyitinin göndərilməsi ilə bağlı məlumatı var. Bu, müharibənin birinci, ikinci, üçüncü günündə gizlənə bilərdi. Artıq bir müddətdir ki, müharibə gedir, bütün dünya burada nə baş verdiyini anlayır. Təəssüf ki, 21-ci əsrdə baş verənlərə hər kəsin adekvat reaksiyası yoxdur, amma biz dözəcəyik və mütləq qalib gələcəyik. Qələbə bizim olanda isə onlar uşaqlarının, nəvələrinin gözünün içinə baxmağa utanacaqlar.
Dünya dərk etməlidir ki, bu, Üçüncü dünya müharibəsinin başlanğıcıdır. Kimsə bu müharibənin onlardan yan keçəcəyini düşünürsə, deməli, illüziyalarla yaşayır və Putinin irqçiliyini, müasir Rusiyanın nə olduğunu başa düşmür.
- Almaniya və Fransanın bu münaqişəni dondurmaqdan məmnun qalacaqları barədə məlumatınız varmı?
- Necə dondurmaq, deyin, zəhmət olmasa? Onlarla uşaq, onlarla qadın və qocalar öldürüldü. Necə dondurmaq olar?
Ölkələrin böyük əksəriyyəti hesab edir ki, demokratiya, söz azadlığı və insan həyatı boş sözlərdir, onlar üçün pul üstünlük təşkil edir. Mən bunu dəfələrlə demişəm, xüsusən də almanlardan söhbət gedəndə, İkinci dünya müharibəsində səkkiz milyon insan itirdik, amma nə faşist, nə də alman bizdən üzr istəmədi. Nədənsə ruslarla bir millət olduğumuzu düşünürdülər. Amma biz sübut edirik ki, ayrı millətik.
Bu müharibə bitəcək, bütün bunlara görə ruslarla birlikdə üzr istəyəcəklər. Əgər onlar biznesin hər şeydən üstün olduğuna inanırlarsa, deməli, bizdə də hər şeydən əvvəl azadlıq var. Biz bunu sübut edəcəyik.
Bütün kəşfiyyat, o cümlədən almanlar da bizə bu əməliyyat üçün üç-dörd gün vaxt vermişdi...
- Deyirlər ki, BMT həqiqətən də müharibəni dayandırmaq iqtidarında deyil, heç nə edə bilməzlər. Sizcə, Ukrayna özünü Rusiyadan qorumaq üçün Polşa, Baltikyanı ölkələr və digər qonşularla birləşə bilərmi?
- Yeni birlikdə olacağımız bu gün tam aydındır. Bu ittifaqın müdafiə xarakterli olacağı da aydındır ki, biz öz ərazimizi qoruya bilək. Yaşadığımız bütün illər ərzində biz başqa ərazinin heç bir kvadratmetrinə hücum etməmişik, zəbt etməmişik. O ki qaldı hərbi qurumlara, nəinki BMT, hətta onlar da, İkinci dünya müharibəsindən sonra yaradılıblar, heç nəyə cavabdeh deyillər və heç bir iş görmürlər, sadəcə narahatdırlar.
Bu gün yüzə yaxın uşaq qətlə yetirilib. Bu mələkləri cənnətimizdə saxlamağa kim cavabdeh olmalıdır?
Bu gün güc olmadan düşməni məğlub etmək mümkün deyil. Bizim belə gücümüz var. Bizə kömək lazımdır. Elə ölkələr var ki, bizə açıq-aşkar kömək edir, quyruqlarını yelləmirlər. Biz bu ölkələrə çox minnətdarıq, onlar hamıya məlum olacaq. Müharibə bitəcək və bizə kömək edənlərin hamısına böyük hörmətlə yanaşacağıq. Amma çətin anda bizi qorxaq kimi tərk edənləri də bütün dünya tanıyacaq.
- NATO-dan kənar hərbi ittifaq məsələsinə qayıdaq. Çexiya Ukraynanın “Vışeqrad” qrupuna qoşulması məsələsinə baxmağı təklif edib. Ümumi sərhədləri olan ölkələrlə Ukraynanın təhlükəsizliyinə zəmanət verəcək ittifaqın yaradılması mümkündürmü?
- Bu ittifaqda nüvə silahına malik ölkə olmalıdır. Bu, bu gün Böyük Britaniyadır. O ki qaldı ittifaqa bu, məcburi olacaq.
- Amerika KİV-ləri Çinin Rusiyaya hələ də hərbi və ərzaq yardımı edəcəyini yazır...
- Əgər Çin Rusiyanı hərbi yardımla dəstəkləmək qərarına gəlsə, o zaman III Dünya müharibəsi qaçılmaz olacaq. Bundan əlavə, biz gördük ki, Honq-Konq birjasında Rusiyadan sonra bütün Çin şirkətləri çökdü. Əgər Çin rəhbərliyi öz taleyini Rusiya ilə bölüşdüklərinə inanırsa, bu, onların hüququdur. Qoy, bütün dünya ilə mübarizə aparmağa çalışsınlar.
- Hazırda Rusiya ilə aparılan danışıqların gedişini şərh edə bilərsinizmi?
- Danışıqlarda iştirak etmirəm və bunu Prezident Aparatı həyata keçirir. Danışıqlar aparmaq lazımdır ki, insanları təhlükə altında olan yerlərdən evakuasiya etmək üçün dəhlizlərimiz olsun. Mən əminəm ki, prezident ölkəmizin maraqlarına xəyanət etmək üçün heç bir addım atmır. Bütün dünya gördü ki, bizim necə prezidentimiz var. Bundan əvvəl hamı düşünürdü ki, biz, müharibədən bir neçə gündən sonra 2014-cü ildə olduğu kimi ağ bayraq qaldıracağıq. Amma bunu etməmişik. Biz əvvəldən işləmişik. Saat beşdə, müharibə başlayandan 10-15 dəqiqə sonra bütün rəhbərlik prezidentin kabinetində idi və necə hərəkət edəcəyimizlə bağlı plan tərtib olundu. Dərhal Ali Rada müvafiq qərarlar qəbul etdi, Milli Təhlükəsizlik və Müdafiə Şurasının iclası keçirildi. Hər şey müharibə dövrünün qanunlarına uyğun işləyir. Deyə bilərəm ki, biz buna hazırlaşırdıq. Yeganə odur ki, o vaxt cəmiyyəti silkələməmək üçün müharibə edəcəyimizi açıq deyə bilməzdik. Amma sizə xatırlatmaq istəyirəm, efirdə qara geyinməyə başlayanda “Uşaqlar, hazırlaşmaq lazımdır!”,- işarəsi verirdim. Bəli, çətin idi: ilk iki, üç, dörd gündə müharibə həmişə xaosdur. Bu gün artıq sistem və kommunikasiyalar yenidən qurulub.
Prezident Ali Baş Komandan və kursun rəhbəri kimi hər gün çoxlu sayda görüşlər keçirir. Çətindir, çünki biz indi dünyanın böyük ordularından biri ilə müharibə aparırıq, onun çoxlu silahı var. Amma onların etdikləri ağıldan kənar hərəkətdir. Xüsusilə, 21-ci əsrdə.
- 2021-ci ilin noyabrında real müharibə riski barədə bildiyinizi söyləmişdiniz. Bu təhlükəyə necə hazırlaşırdınız?
- Birincisi, biz “Ərazi müdafiəsi haqqında” qanunu mümkün qədər gücləndirmişik. Ərazi müdafiəsi ilə bağlı görüşlər keçirdik, bütün komandirlərimizə necə reaksiya verməyi başa saldıq.
İkincisi, tərəfdaşlarımızla danışıqlar apardıq.
Xatırlayırsınız ki, biz xüsusilə müharibənin ilk həftəsində çox faydalı olan alətləri almağa başladıq. Xüsusilə, hərbi avadanlıqları məhv edən NLAW sistemini. Təəssüf ki, bizdə belə avadanlıq yox idi. Noyabr ayından bizimlə hərbi-texniki əməkdaşlığa razılıq vermiş bütün ölkələrlə müvafiq silahların ərazimizə cəlb edilməsi üçün fəal danışıqlar aparırıq. İlk olaraq Böyük Britaniyadan, başqa ölkələrdən almağa başladığımız bu hərbi yardım xüsusilə müharibənin ilk günlərində bizə çox faydalı oldu.
- Rus əsirlərlə nə etmək lazımdır? Onların minə yaxın, hətta daha çox olduğu deyilir...
- Biz sivil ölkə kimi onlarla mövcud konvensiyaya uyğun davranmalıyıq. Bu, heç də həmişə mümkün olmur, xüsusən də hərbçilərimiz təyyarələri idarə edənləri ələ keçirəndə - onlar bizim mülki hədəflərimizi qəsdən bombalayırlar. Ümumilikdə biz hərbi əsirlərlə bağlı konvensiyaya əməl edirik.
- Onları kiməsə dəyişdirmək olar?
- Mübadilə bu günə aid deyil. Bu bir prosesdir. Amma onu deyə bilərəm ki, ruslar öz ölülərinə, bu müharibədə həlak olanlara, əsirlərə əhəmiyyət vermirlər. Onların adını belə çəkmirlər. Onlar üçün insan həyatı dəyərsizdir. Burada minlərlə insan öldürülüb. Hətta əsirlikdə olanlar belə onlar üçün mövcud deyillər.
- Bu yaxınlarda xəbər vermişdiniz ki, ruslar Odessaya və bölgəyə eniş etməyi planlaşdırırlar. Başqa hansı təhlükələr var?
- Müharibə gedir, ona görə də təhlükə bütün istiqamətlərdəndir. Odessa və bölgədəki enişlərə gəlincə, belə hallar oldu və biz dərhal onlara reaksiya verdik. İndi belə problem yoxdur, lakin bu o demək deyil ki, sabah başlaya bilməz. Biz indi bu qələbənin əvəzini çox baha ödəyirik.
- Rusiya Ukraynanın işğalına görə belə sanksiyalar gözləmirdi. Amma bir çox ekspertlər də bu sanksiyaların kifayət etmədiyini deyirlər. Rusiyanı iqtisadi cəhətdən sıxışdırmaq üçün daha hansı sanksiyalar tətbiq edilməlidir?
- Rusiyaya qarşı sanksiya bir olmalıdır: bu ölkənin ətrafına böyük hasar çəkilməlidir ki, Putinin irqçiliyini dəstəkləyənlər heç bir yerə getməsin. Bu, ən güclü sanksiya olardı. Sadəcə, onları bağlayın, ayıların gəzdiyi tayqada gəzsinlər. Amma bəzi Avropa ölkələrinin pulu ilə bağlı suallar var ki, onlar üçün pul hər şeydən üstündür.
- Ukrayna tərəfində vuruşan Beynəlxalq Legiona çeçenlərin də qoşulduğu barədə məlumatlar var. Bunların sayı nə qədərdir?
- İndi müxtəlif ölkələrdən bizim tərəfdə döyüşən o hərbçilərin sayı barədə heç nə deyə bilmərəm. İnanın, bu kifayət qədər güclü ordudur. Bir vaxtlar irqçilərin təhqir etdiyi insanlar azadlığın, qələbənin, xalqımızın tərəfindədirlər.
Bölməyə aid digər xəbərlər

26-01-2026, 16:16
Keçmiş səfir: ...İrana hücum məsələsi ciddidir - Müsahibə
21-01-2026, 17:35
Qurban Qurbanov: Rəqiblər artıq bizi daha ciddi qəbul edirlər - Müsahibə
15-01-2026, 16:21
Cəlaloğlu: Hadisələr bir qədər də inkişaf etsə, İranın parçalanması gündəmə gələcək - Müsahibə
16-12-2025, 17:49
Abdulla: Yeni “Klinik A” teatrında tamaşa yox, seans olacaq - Müsahibə
29-10-2025, 14:34
Baş rejissor: Hazırladığımız 12 tamaşanı “Axır Zaman”la yekunlaşdıracağıq - Müsahibə
6-08-2025, 14:15
Təranə Muradova: “Sevgisiz heç nə yaratmaq mümkün deyil” - Müsahibə
24-07-2025, 17:03
Abdulla: Aktyorları attestasiyadan keçirmək lazımdır - Müsahibə
1-03-2025, 15:45
Deputat: Ukraynanı yalnız ABŞ xalqının Trampa qarşı qalxması xilas edə bilər - Müsahibə
23-01-2025, 19:03
İmran Bədirxanlı: “Özünü tapandan sonra yaşamaq asanlaşır” - Müsahibə
8-01-2025, 10:49
“Kino adamı kimi bir çox şeylər məni qane etmir” - Müsahibə
18-11-2024, 12:28
Turan Manafzadə: “Mədəniyyət diplomatiyasından yararlanmağı bacarmalıyıq” - Müsahibə
17-08-2024, 15:25
“Böyük güclər sülhdə maraqlı görünmürlər” - Müsahibə
12-08-2024, 11:00
Emin Əfəndiyev: “Yeni ssenarilər, layihələr barədə düşünürəm” - Müsahibə
22-07-2024, 09:58
Gənc xanəndə: “Məcnun kimi səhnəyə çıxmaq ən böyük arzularımdan biri olub” - Müsahibə
8-07-2024, 10:43
Aktrisa: “Mən ürək adamıyam...” - Müsahibə
14-06-2024, 15:06
Nazir: “Sertifikatlaşdırmada iştirak edən hər beş müəllimdən biri kəsilir” - Müsahibə
6-04-2024, 21:12
Qulu Ağsəs: “Tənqidi indi çox tənqid edirlər” - Müsahibə
2-04-2024, 20:28
“Hava hücumu ssenarisi mümkündür” - Müsahibə
19-02-2024, 16:33
Aktyor: “Əvvəldən bilsəydim o filmə çəkilməzdim...” - Müsahibə
16-02-2024, 12:55
Bəstəkar: “Zamanın ritmini tutmaq çətinləşib” - Müsahibə
28-01-2024, 15:36
Qüdrət Həsənquliyev: “Azərbaycan yenidən qurulmalıdır” - Müsahibə
9-12-2023, 20:57
Hərbi ekspert: “Krım körpüsü dağıdılmalıdır” - Müsahibə
14-11-2023, 19:08
Xalq artisti: “Teatrın ən ağrılı məsələlərindən biri də yaş senzi ilə bağlıdır” - Müsahibə
4-11-2023, 09:41
İlham Əziz: “Hər yazıçının öz əlifbası olmalıdır” - Müsahibə
27-10-2023, 15:19
Zahid Oruc: “Zəfər dövləti, Zəfər təşkilatı, Zəfər təhsil modeli yaradılmalıdır” - Müsahibə
27-10-2023, 11:01
Əlizadə Nuri: “Şairlik-sözlə inqilab etməkdir” - Müsahibə
23-10-2023, 18:22
General Sırski: “Düşmən ciddi itkilər verir, lakin onlar...” - Müsahibə
23-10-2023, 10:26
Aktrisa: “Özümü olmalı olduğum yerdə hiss edirəm” - Müsahibə
19-09-2023, 13:48
Hərbi analitik: “Rusiya Moskvanı lazımi şəkildə qoruya bilmirsə, deməli...” - Müsahibə
5-09-2023, 18:40
General: “Rusiya elitası Putini devirməyə hazırdır” - Müsahibə
23-08-2023, 18:14
Beynəlxalq ekspert: “Ruslar Ukrayna ilə uzunmüddətli hərbi qarşıdurmaya ümid edirlər” - Müsahibə
16-08-2023, 12:08
Kənan Məmmədov: “Kino günündə göstərməyə yeni film olmadı” - Müsahibə
10-08-2023, 15:00
Rıjenko: “Rusiyanın Qara dəniz donanmasını məhv etmək üçün yüzlərlə drona ehtiyac var” - Müsahibə
30-05-2023, 16:48
Kinorejissor: “Bəzilərini kinonun taleyi yox, kinostudiyanın ərazisi maraqlandırır”
16-05-2023, 16:48
Şeytelman: “Priqojin Rusiyada yeganə şəxsdir ki, dövlət çevrilişlərini uğurla həyata keçirə bilir”
13-05-2023, 09:34
Qüdrət Həsənquliyev: “Davamlı sülh üçün danışıqları Türkiyə və Rusiya ilə aparmalıyıq” - Müsahibə
3-03-2023, 16:55
Keçmiş deputat: “Rus imperiyasının dağılması qaçılmazdır” - Müsahibə
9-02-2023, 12:36
Deputat: “Ciddi əks-zərbə vurulmalıdır” - Müsahibə
7-01-2023, 15:55
Sərdar Cəlaloğlu: “Rusiya Qarabağı ələ keçirməyə çalışır” - Müsahibə

“Qarabağ”ın baş məşqçisi deyir ki, "Ayntraxt"la qarşılaşmada baxımlı oyun nümayiş etdirməyə çalışacaqlar
ADP sədri deyir ki, hələlik İranda baş verən proseslərin inkişafı xarici güclərin, xüsusilə ABŞ-ın mövqeyindən, həmçinin Türkiyə və Azərbaycanın bu məsələdə milli maraqlarını nə dərəcədə ön plana çəkməsindən asılı olacaq
Rejissor və aktyor deyir ki, yeni fəaliyyətə başlayan teatrda tamaşaçını pasiyent əvəz edəcək
Mikayıl Mikayılov deyir ki, festivalda nümayiş olunan tamaşa Azərbaycanla Meksika arasında teatr əlaqələrinin başlanğıcı sayıla bilər