Su anbarında batan balıqçının meyiti tapılıb
Tarix: 18-07-2024 09:43 | Bölmə: Xəbərlər
Su anbarında batan balıqçının meyiti tapılıb

Ötən ay Mingəçevir su anbarında batan balıqçının meyiti tapılıb.

Reyting.az
“Report”-a istinadla bildirir ki, 1969-cu il təvəllüdlü Vüqar Həsənovun meyiti aidiyyəti üzrə təhvil verilib.

Xatırladaq ki, iyun ayının 20-də Qax rayonunun Qaysarlı kənd sakini Hümbətov Rövşən Hümbət oğlu və Zaqatala rayon sakini, 1969-cu il təvəllüdlü Həsənov Vüqar Oruc oğlu Alazan çayının Mingəçevir Su anbarının, Samux rayon ərazisinə tökülən hissəsində qayıqdan suya düşüb və batıblar.

Fövqəladə Hallar Nazirliyinin Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-xilasediciləri tərəfindən Rövşən Hümbətovun meyiti öncədən tapılıb və aidiyyəti üzrə təhvil verilmişdi.

Onların hər ikisi balıqçı olub.




Bölməyə aid digər xəbərlər