14:22 / 13-10-2025
Təyyarələrdə yatmaq imkanı verən oturacaqlar ödənişli olacaq
14:13 / 13-10-2025
Rusiyada orduya könüllü cəlb etmək çətinləşib
13:53 / 13-10-2025
Ermənistan silahlı qüvvələrinin qanunsuz əmrləri məhkəmədə nümayiş etdirilib
13:38 / 13-10-2025
Şair Əlisəmid Kür dəfn olunub - Yenilənib
13:04 / 13-10-2025
Bakıda Azərbaycan-Rusiya-İran üçtərəfli görüşü keçirilib - Fotolar
12:53 / 13-10-2025
Milyonlarla insan qaranlıqda qalıb
12:42 / 13-10-2025
Mopedlərlə bağlı qayda dəyişir - Sürücülük vəsiqəsi tələb olunacaq
12:39 / 13-10-2025
Sabah yağış yağacaq - Proqnoz
12:35 / 13-10-2025
Sabunçu Tibb Mərkəzinin baş həkimi vəzifədən azad edilib
12:32 / 13-10-2025
Rəhmon varisini təqdim edib
12:30 / 13-10-2025
Prezident bir qrup şəxslə bağlı sərəncam imzalayıb - Siyahı
12:16 / 13-10-2025
Xocavənddə odlu silah-sursat satmaq istəyən şəxs saxlanılıb
12:09 / 13-10-2025
Əfqanıstan-Pakistan qarşıdurmasında çoxsaylı insan ölüb
12:08 / 13-10-2025
Türkiyədə türkəsilli əcnəbilərə işləmək hüququ verilib
11:44 / 13-10-2025
Baş nazir yeni qərar imzalayıb
11:39 / 13-10-2025
ABŞ Çinlə müharibəyə hazırlaşır - Foto
11:37 / 13-10-2025
Xankəndi, Ağdərə və Xocalıda 22 min əhali yaşayır
11:22 / 13-10-2025
Üç futbolçu heyətdən kənarda qalıb
11:18 / 13-10-2025
Azərbaycana idxal olunan bioloji aktiv qidada uyğunsuzluq aşkarlanıb
11:17 / 13-10-2025
Son 24 saatda Zaporojyaya 570 zərbə endirilib
11:02 / 13-10-2025
Qarabağ zonasında 1497, 5 hektar ərazi minalardan təmizlənib
10:45 / 13-10-2025
Pirəkəşkül və Ağdərədə istifadəyə yararsız döyüş sursatları məhv ediləcək
10:38 / 13-10-2025
Ən yaşlı prezident daha 7 il vəzifəsində qala bilər
10:33 / 13-10-2025
ABŞ-da təyyarə qəzası baş verib
10:12 / 13-10-2025
Girovların dəyişdirilməsinə başlayıblar - Canlı yayım
10:07 / 13-10-2025
16 yaşlı uşaq Gömrük İdarəsinin əməkdaşını öldürüb - Yenilənib
09:58 / 13-10-2025
Sahibə Qafarova Pakistana işgüzar səfərə gedib
09:54 / 13-10-2025
İndoneziya Azərbaycana yeni səfir təyin edib
09:50 / 13-10-2025
"Lamborghini" elektrik avtomobillərindən imtina edir
09:21 / 13-10-2025
"Vüsal 300" ev dustaqlığına buraxılıb
17:58 / 09-10-2025

10:23 / 09-10-2025

11:37 / 10-10-2025

23:55 / 08-10-2025

23:11 / 11-10-2025

00:42 / 11-10-2025

21:50 / 09-10-2025

00:12 / 10-10-2025

18:00 / 08-10-2025

09:42 / 10-10-2025

22:29 / 10-10-2025

14:31 / 08-10-2025

Anası ölmüş neyləsin axı?.. – (Həyat etüdləri)
Tarix: 08-12-2018 20:41 | Bölmə: Akif CABBARLI

Köhnəlmiş və olduqca yorğun görünən marşrut avtobusu 20-ci sahə dairəsindəki dayanacaqdan yükünü tutub sürətlə Azneft meydanı istiqamətinə “qanad açdı”. Salonda sıxlıq idi. Badamdar yoxuşunda baş verən məlum təbiət hadisəsindən sonra marşrut xətlərində dəyişiklik edildiyindən sərnişinlər qarşılarına çıxan ilk avtobusa mindiyi üçün bu cür hallar tez-tez yaranırdı.
Qarşı tərəfdə - sürücünün lap arxasında güc-bəla özümə yer eləyib yıxılmamaq və kimisə narahat etməmək üçün salon boyu uzanan tutacaqdan möhkəm-möhkəm yapışmışdım. Birdən güzgüdə dolu sifətli, qapqara bığlı sürücünün iştahla nə isə yediyini gördüm. Fikirləşdim ki, bəlkə səhər-səhər ağzını dada gətirmək üçün konfet yeyir, amma sol tərəfindəki çantadan ara-sıra götürüb ağzına qoyduğu tikələri görəndə özlüyümdə aydınlaşdırdım ki, sən demə, səhər yeməyini elə sükan arxasında - iş başında yola verirmiş. Sürücü ağzını marçıldada-marçıldada yeməyini başa vurub, ədəb-ərkanla termosdan iri bir fincana çay da süzdü. O, bu prosesləri elə diribaşcasına, səliqə ilə yerinə yetirirdi ki, inanın, yerə bir damcı çay da, bir qırıq çörək də düşmürdü. İnsafən, maşını da babat idarə edirdi. Düzdür, arada kimsə kiminsə ayaqqabısına bir xatirə nişanəsi qoyurdu, amma sıxlığı nəzərə alıb sən deyən bir-birini yağlı söyüşlərə qonaq eləyən də olmurdu.
Birdən qarşıdakı döngədən iki məktəbli oğlan avtobusun lap qənşərindən yolu qaça-qaça keçmək istədi və anındaca sürücü əyləci basdı. Fincandakı içilməmiş çay sürücünün sinəsinə, qıpqırmızı qalstukunun üstünə töküldü. Yanımda dayanan, “Coca-Cola” gillədən oğlanın şüşəsindəki içki isə mən qarışıq üç-dörd nəfərin üst-başını islatmağa kifayət elədi. Daha dözə bilmədim:
- Ay kişi, evdən yeyib-içib çıxardın da, avtobus sənin üçün kafe, yaxud çayxana deyil axı, – dedim.
Kişi güzgüdəncə məni tərs-tərs süzüb cavab qaytarmaq üçün fikirləşirdi ki, yanımda dayanan ağbirçək bir qadın üz-gözünü turşudub nə desə yaxşıdır:
- Qardaş, xoşun gəlmir, düş, taksiyə min. Anası ölmüş neyləsin, gecə-gündüz sənin kimi demaqoqları ora-bura daşıyır. Onun vaxtımı var sizin kimi evində, ya da restoranda yeyib-içsin? Sözün var, söz danış, hətərən-pətərən söhbət lazım deyil burada.
Dinmədim. Sadəcə güzgüdən həvəslə siqaret tüstülədən sürücüyə baxdım. Yemişdi, içmişdi, indi də adəti üzrə üstündən bir siqaret də çəkməliydi axı bu zalım balası, anasıölmüş kişi...
***
Molladan qabaq...
Yeni ilin gəlişinə bircə gün qalırdı. Əliyusif müəllim çoxdan bəri fikirləşdiyi bir eksperimenti reallaşdırmaq istədi. Sadəcə yoxlamaq istəyirdi ki, görəsən, dost-tanış, qohum-əqrəba onu işlədiyi, imkanlarının aşıb-daşdığı zamanlardakı kimi yenə də isti izlərlə axtarıb tapacaq, qonaqlıqlara, gəzintilərə dəvət edəcəklər, yoxsa işsiz-gücsüz, mənəvi və maddi cəhətdən axsayan, korluq çəkən bir bivec kimi heç yada da salmayacaq, Allahın bir quru təbrikini də qıymayacaqdılar.
Odur ki, Əliyusif müəllim telefonunu söndürdü və qərara aldı ki, heç küçəyə-bacaya da çıxmasın, kiminləsə təsadüfən də olsa, rastlaşmasın. Yeni ili ailəsi ilə, övladlarını, nəvələrini başına yığıb, el adəti üzrə qarşıladı. Ötən ayın pensiyasından qırtladıb aldığı şampan şüşəsini də ortaya qoymuşdu ki, süfrələri zəngin, yaraşıqlı görünsün. Nə isə... İki gün sonra telefonu açdı və ötən müddətdə kimlərin zəng edib-etmədiyini yoxlamaq istədi. Telefonunun yaddaşında cəmi dörd zəng qeydə alınmışdı. Orta məktəb yoldaşlarından cəmisi dördü sağ qalmışdı, qalanlarının adı isə “rəhmətlik” sözü ilə yanaşı çəkilirdi. Götürüb bir-bir nömrələri yığdı. Sinif “uşaqlarından” cəmi bircə nəfər dedi ki, qardaş, bayramını təbrik eləmək istəyirdim, heyif ki, düşə bilmədim. Yəqin elə yerdə oturmusan ki, zəng çatmayıb. Qalan üçü isə elə bil sözləşiblərmiş kimi kişinin ürəyini büsbütün bulandırdılar:
- Əşi, haradasan? Telefonuna da zəng çatmır. Dedik bəlkə... Uşaqlara de ki, vaxtı çatanda bizi yaddan çıxarmasınlar, molladan qabaq bizə xəbər eləsinlər ha...
Bölməyə aid digər xəbərlər

Müəllifin bütün yazıları - Akif CABBARLI
Bölməyə aid digər xəbərlər
9-09-2024, 12:18
Akif CABBARLI - Kəlbəcərə gedə bilmədi, doğmalarının qəlbində yuva qurdu - Akif Cabbarlı yazır
14-07-2022, 10:47
Akif CABBARLI - Səfərin uğurlu olsun, yollarına günəş doğsun - Akif Cabbarlı yazır
26-11-2021, 11:35
Akif CABBARLI - Vicdan borcu - Kənan Hacı yeni romanında məhz bu prinsipi önə çəkir
15-07-2020, 13:02
Akif CABBARLI - Şəhid general-mayor Polad Həşimova açıq məktub - Akif Cabbarlı yazır