10:54 / 19-10-2025
Türk Cümhuriyyətində prezident seçkiləri keçirilir
09:56 / 19-10-2025
Cüdoçularımız 2 qızıl, 1 bürünc medal qazanıblar
09:43 / 19-10-2025
Pakistanın qara səhifəsi - Fotolar
09:07 / 19-10-2025
Avropa Ukraynaya hərbi yardımı azaldıb
08:12 / 19-10-2025
Azərbaycan diplomatiyasının Qızıl Dövrünə düşən 15 gün
07:56 / 19-10-2025
Zahid Oruc ittihamlarla razılaşmır
19:14 / 18-10-2025
İlham Əliyev ABŞ Mərkəzi Komandanlığının komandanını qəbul edib - Fotolar
18:04 / 18-10-2025
Rusiyalı bloqer evində ölü tapılıb
16:37 / 18-10-2025
Vatikan zəfəri - Foto
16:15 / 18-10-2025
ANAMA sədrinə I müavin təyin olunub
16:01 / 18-10-2025
Ramiz Mehdiyev Təhlükəsizlik Şurasının üzvlüyündən azad edilib
11:54 / 18-10-2025
İlham Əliyev “Kazinform”a müsahibə verib
11:14 / 18-10-2025
Azərbaycanın Müqəddəs Taxt-Tacdakı səfirliyinin inzibati ofisi açılıb
10:26 / 18-10-2025
Mehriban Əliyeva: "Azərbaycanın dövlət müstəqilliyi, suverenliyi..." - Foto
09:13 / 18-10-2025
Premyer Liqa: Bu gün daha iki görüş baş tutacaq
00:03 / 18-10-2025
Bu gün Azərbaycanın Müstəqilliyinin Bərpası Günüdür
23:44 / 17-10-2025
Mehriban Əliyeva Vatikanın dövlət katibi ilə görüşüb - Foto
23:09 / 17-10-2025
Zelenski ilə Tramp Ağ evdə görüşüblər - Yenilənib
21:40 / 17-10-2025
"Qarabağ" "Turan Tovuz"a qalib gəlib
19:51 / 17-10-2025
Füzlinin intensiv inkişafı... - Şəfa Əliyev yazır
19:50 / 17-10-2025
Mehriban Əliyeva Roma Papası ilə görüşüb - Fotolar
19:38 / 17-10-2025
Deportasiyadan bəhs edən kitabın təqdimatı olub - Fotolar
19:17 / 17-10-2025
Macarıstan Putini həbs etməyəcək
19:11 / 17-10-2025
NATO Avropada dron təxribatlarına qarşı tədbirləri gücləndirib
18:53 / 17-10-2025
Kreml Donald Trampı çaşdırır
18:38 / 17-10-2025
Prezident yeni səfirlik təsis edib - Sərəncam
18:08 / 17-10-2025
Ceyhun Bayramov İƏT Əmək Mərkəzinin baş direktoru ilə görüşüb
18:02 / 17-10-2025
DİN-də kollegiya iclası keçirilib
17:55 / 17-10-2025
HƏMAS-İsrail sülhü davamlı olacaqmı?
17:16 / 17-10-2025
Azərbaycanın əsas neft ixrac etdiyi ilk 5 ölkə - Siyahı
12:11 / 17-10-2025

19:51 / 17-10-2025

17:37 / 15-10-2025

14:10 / 16-10-2025

22:14 / 14-10-2025

16:01 / 18-10-2025

13:21 / 15-10-2025

11:33 / 16-10-2025

13:05 / 16-10-2025

16:15 / 18-10-2025

23:49 / 15-10-2025

11:59 / 15-10-2025

Putinin yalanı
Tarix: 25-06-2016 11:04 | Bölmə: Xəqani CƏFƏRLİ
Bölməyə aid digər xəbərlər
Tarix: 25-06-2016 11:04 | Bölmə: Xəqani CƏFƏRLİ

Sankt-Peterburq İqtisadi Formunda Rusiya prezidenti Vladimir Putinin ölkə iqtisadiyyatında azalmanın dayandığını və yüksələn xətt üzrə inkişafın başladığını bəyan etməsi iqtisadçılar tərəfindən nikbinliklə qarşılanmadı. Rusiya iqtisadiyyatında nələrin baş verdiyini bilən iqtisadçılar ölkə başçısının yalan danışdığını, üstəlik, bu yalanına digərlərini də inandırmağa çalışdığını təəccüblə seyr edirlər.
Rusiya iqtisadiyyatında azalmanın başa çatmasından Putinin məmurları 2016-cı ilin ilk aylarından danışmağa başlayıblar. Əslində isə, Rusiya iqtisadiyyatında böhranın gizli şəkildə dərinləşdiyini azacıq iqtisadi biliyi olan hər kəs görür. Sadəcə olaraq neftin qiymətində ötən ilin sonları ilə müqayisədə başlayan artım hökumətin maliyyə imkanlarını qismən yaxşılaşdırıb. Putin və hakimiyyətini neft üzərində qurmuş digər avtoritar liderlər isə ölkənin iqtisadi vəziyyətini hökumətin maliyyə imkanları ilə ölçürlər.
Dövlətin qızıl-valyuta ehtiyatlarının önəmini kimsə inkar edə bilməz. Ancaq qızıl-valyuta ehtiyatlarına malik olmaq hələ iqtisadiyyata, həm də müasir iqtisadiyyata malik olmaq demək deyil.
Venesuelanın mərhum avtoritar prezidenti Uqo Çaves də neftin bahalı dövründə "qara qızıl"ı "sarı qızıl"a çevirməklə, ölkəsinin qızıl ehtiyatını sürətlə artırmaqla məşğul idi. İndi isə onun siyasi varisi Nikolas Maduro həmin qızılları sürətlə "əridib" pula çevirmək məcburiyyətindədir. Beynəlxalq Valyuta Fondunun məlumatına görə, Venesuela yalnız fevral və mart aylarında 40 tondan artıq qızıl satıb.
Putin də kəmağıl Çaves kimi əsas vəzifəsini dövlətin qızıl ehtiyatlarını artırmaqda görürdü. İndi isə bu qızıllar Rusiya iqtisadiyyatını xilas etmək gücündə deyil. Bu qızıllar olsa-olsa acların qiyamını bir müddət önləmək üçün ərzağa dəyişdiriləcək qiymətli metaldan başqa bir şey deyildir.
Putinin özünü inandırdığı və başqalarını da inandırmağa çalışdığı yalanları müasir dövrdə ifşa etmək asandır. Belə ki, Putinin üçüncü dəfə hakimiyyətə dönüşü ərəfəsində Rusiyanın xarici ticarət dövriyyəsi 884.2 milyard dollara çatmışdı və bəziləri bir trilyonluq hədəfin uzaqda olmadığını anlayırdı.
Lakin Putinin yenidən hakimiyyətin yüksək pilləsinə qayıdışı və təcavüzkar siyasəti ölkənin xarici ticarət dövriyyəsinin qısa müddətdə sürətlə azalmasına səbəb oldu. Ötən il Rusiyanın xarici ticarət dövriyyəsi cəmi 534 milyard dollar təşkil edib. Ümumi sərmayə qoyuluşu daha sürətlə azalaraq 2007-ci il səviyyəsinə düşüb. Bunlar Putinin yenidən hakimiyyətin ən yüksək pilləsinə dönüşünün üç ilinin nəticələridir və ağlı başında olan hər kəs anlayır ki Medvedyevin prezidentliyi dövründə əldə olunan uğurlar indi itirilib.
Ancaq bu da son deyil. Putinin yeni imperiya hay-küyünün təsiri altında Moskvanın hakim dairələrində hələ də ağlını itirməmiş bir neçə şəxs qalıb ki, onlar Rusiyanın necə böyük məğlubiyyətə doğru getdiyini görürlər. Sabiq maliyyə naziri Aleksey Kudrin, Əmanət Bankın prezidenti German Qref Rusiyanın böyük məğlubiyyətə doğru, həm də sürətlə getdiyini görür və həyəcan təbili çalmağa çalışırlar. Həm Kudrin, həm də Qref anlayır ki, cəmi on, ən uzağı onbeş il sonra Qərblə Rusiya arasında elə iqtisadi uçurum yaranacaq ki, hətta Rusiyanın mövcudluğunu qorumaq belə mümkün olmayacaq.
Bütün bunlara baxmayaraq, Rusiyanın avtoritar lideri iqtisadi çöküşün başa çatması və yüksəlişin başlaması haqqında nağıllar uydurur. Putinin azərbaycanlı dostları olsa da, onun bu xalqın müdrik kəlamlarından xəbəri yoxdur. Xəbəri olsaydı, yəqin bilərdi ki, yalan ayaq tutsa da, yeriməz.
Bu arada Rusiyanın maliyyə naziri 1998-ci il böhranının, yəni, defoltun təkrar ola biləcəyi haqqında xəbərdarlıq edib. Görünür, Putin hətta maliyyə nazirinin də nə düşünməsindən xəbərsizdir və özünün inandığı yalanları həqiqət kimi qəbul etməyə, reallıqla əlaqəsini itirməyə başlayıb.
Müəllifin bütün yazıları - Xəqani CƏFƏRLİ
Bölməyə aid digər xəbərlər
19-04-2023, 11:40
Erməni mətbuatı: "Paşinyan təhlükəsizliyindən narahatdır”
31-07-2019, 14:06
Xəqani CƏFƏRLİ - İnqilabın baş verəcəyi tarix - Onu əvvəlcədən təyin etmək mümkündürmü?