23:50 / 15-07-2025
Şahin Şıxlinskinin oğlu saxlanılıb
20:13 / 15-07-2025
Sabir Rüstəmxanlı: "Tüpürüm sənin menecerinə də..."
18:44 / 15-07-2025
Dağlıq ərazidə güclü yanğın başlayıb - (Yenilənib)
18:03 / 15-07-2025
Azərbaycan "OPEC+" kvotasından gündəlik 87 min barel geri qalıb
17:57 / 15-07-2025
Ruben Vardanyanın cinayət işi üzrə məhkəmə keçirilib - (Yenilənib)
17:48 / 15-07-2025
Keçmiş futbolçu AFFA-da şöbə rəisi təyin olunub
17:37 / 15-07-2025
Əraqçi: 120-dən çox ölkə İrana hücumları pisləyib
17:35 / 15-07-2025
Bakda Avropa Kuboku keçiriləcək
16:53 / 15-07-2025
Ukraynanın baş naziri istefa verib
16:33 / 15-07-2025
Avropanı genişmiqyaslı müharibəyə hazırlaşmağa çağırırlar
16:19 / 15-07-2025
"Neftçi” Venesuela millisinin yarımmüdafiəçisi ilə anlaşıb
16:18 / 15-07-2025
İki dövlət qurumu Şamaxıda birgə konfrans keçirir - Foto
15:44 / 15-07-2025
UEFA Azərbaycanın 9 klubuna pul köçürüb
15:25 / 15-07-2025
Bəzi rayonlara leysan yağacaq - Xəbərdarlıq
15:13 / 15-07-2025
Şəxsi məlumatları xarici kiberbunkerlərə ötürən dələduz haker saxlanılıb
14:49 / 15-07-2025
Kamran Əliyev daha iki prokurorla bağlı əmr imzalayıb
14:21 / 15-07-2025
Cəlilabadda meşəlik ərazidə yanğın başlayıb
14:20 / 15-07-2025
Avropa Rusiyanın 245 milyard dollarını Ukrayna üçün xərcləmək istəyir
14:16 / 15-07-2025
Afaq Bəşirqızı: "Xalq artisti adını sənə bibin, dayın, əmin verdirə bilər, amma..."
13:52 / 15-07-2025
Kamran Əliyevi iki prokuror təyin edib
13:47 / 15-07-2025
Rusiyanın NATO-ya hücum planı var
13:46 / 15-07-2025
Sabahın hava proqnozu açıqlanıb
13:34 / 15-07-2025
Medvedev: Avropa məyus olsa da, Rusiyanın vecinə deyil
13:28 / 15-07-2025
Azərbaycanla Səudiyyə Ərəbistanı arasında bir sıra sənədlər təsdiqlənib
13:18 / 15-07-2025
Bolqarıstan Avrozonaya qəbul olunub
13:04 / 15-07-2025
İsrail ordusu xüsusi təyinatlıların düşərgələrinə hücum edib
12:41 / 15-07-2025
Musiqi, incəsənət məktəb və mərkəzlərinə qəbulun nəticələri elan olunub
12:35 / 15-07-2025
Bakıda şəhidin adını daşıyan küçənin sakinləri imdad diləyir - Fotolar
12:29 / 15-07-2025
Slovakiya Azərbaycanda fəxri konsulluq açacaq
00:11 / 11-07-2025

14:26 / 14-07-2025

13:38 / 11-07-2025

12:27 / 12-07-2025

14:09 / 11-07-2025

13:51 / 11-07-2025

12:34 / 11-07-2025

15:19 / 12-07-2025

06:13 / 13-07-2025

14:30 / 14-07-2025

08:34 / 11-07-2025

08:03 / 11-07-2025

Ərdoğanın Suriya imtahanı
Tarix: 28-01-2018 22:34 | Bölmə: Xəqani CƏFƏRLİ

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan siyasi karyerası ərzində ən çətin problemlə üzləşib.
Məsələ ondan ibarətdir ki, Türkiyə Silahlı Qüvvələrinin Azad Suriya Ordusu ilə birlikdə Suriyanın Afrin bölgəsində “Zeytun budağı” altında keçirdiyi və Ankaranın antiterror əməliyyatı adı verdiyi hərbi əməliyyatlar ABŞ-ın maraqlarının əksinə olduğu kimi, Rusiya və İranın da maraqlarına uyğun deyil.
Suriyada “İslam dövləti” terror təşkilatına qarşı mübarizədə ABŞ kürdlərin üstünlük təşkil etdiyi Suriya Demokratik Qüvvələri ilə müttəfiqlik edirdi. Suriya və İraq ərazisində özünü dövlət elan etmiş “İslam dövləti” terror təşkilatının nəzarətindəki torpaqların tamamilə azad edilməsi bu regiondakı problemi həll etmədi. Əksinə, bu problemi yeni mərhələyə keçirdi. Belə ki, ABŞ və onun müttəfiqləri Rusiya və İranın bu regionda öz mövqelərini gücləndirməsindən narahatdır. Suriya məsələsində özünü qalib hesab edən Rusiya və İran isə əldə etdikləri üstünlükləri daha da dərinləşdirmək, ABŞ-ı və onun müttəfqilərini bu regiondan çıxarmağa çalışırlar. ABŞ-ın Suriyadakı mövqelərini sarsıtmağa çalışan Rusiya, kürdləri Vaşinqtonla müttəfiqlikdən imtinaya sövq etmək istəyir. ABŞ-dan ciddi siyasi, hərbi vəmaddi dəstək alan kürdlər isə Rusiya ilə də yaxşı əlaqələrə malikdir.
Rusiya dəfələrlə, kürdlərin Suriya ilə bağlı sülh danışıqlarında tərəf kimi təmsil olunmasına çalışıb. Türkiyənin kəskin müqaviməti Rusiyanı kürdlərdən bir qədər məsafə saxlamağa vadar edib. Ancaq bu, Rusiyanın kürdlərdən üz çevirməsi demək deyil. Məsələn, Rusiya Türkiyə Silahlı Qüvvələrinin Azad Suriya Ordusu ilə birlikdə Suriyanın Afrin bölgəsində “Zeytun budağı” altında keçirdiyi hərbi əməliyyatın qarşısını almağa çalışmışdı. Moskva kürdlərə təklif etmişdi ki, Türkiyənin hərbi əməliyyata başlamasına imkan verməmək üçün nəzarət etdikləri əraziləri rəsmi Dəməşqin nəzarətinə versin. Əgər kürdlər Rusiyanın təklifini qəbul etsəydi, Türkiyə hərbi əməliyyatlara başlaya bilməzdi. Çünki bu, Suriya dövlətinə qarşı müharibə kimi qəbul edilərdi. Kürdlərin Rusiyanın bu təklifindən imtina etməsi isə Türkiyənin əl-qolunu açdı. Artıq bir həftəyə yaxındır ki, Türkiyə Silahlı Qüvvələri Azad Suriya Ordusu ilə birlikdə “Zeytun budağı” əməliyyatını keçirir. Türkiyənin dəstəklədiyi Azad Suriya Ordusunun nəzarət dairəsini genişləndirməsi isə bu regionda maraqları olan bütün dövlətlərin mənafelərinə ziddir. Ona görə də, tezliklə Türkiyəyə qarşı siyasi və diplomatik təzyiqlər arta bilər.
“Zeytun budağı” əməliyyatı Ankara ilə Vaşinqton arasında münasibətləri daha da soyudub. Vaşinqton Ankaranın bu addımına hökmən cavab verəcək. Əgər bu gün ABŞ hansısa addım atmırsa, bu, Vaşinqtonun baş verənlərlə barışması anlamına gəlməməlidir.
Türkiyə Silahlı Qüvvələrinin Azad Suriya Ordusu ilə birlikdə həyata keçirdiyi əməliyyatlar dərinləşdikcə Rusiya və İran da Ankaranı dayandırmağa çalışacaq. Suriyanı İrandan Livana kimi uzanan “şiə xətti”nin əsas həlqəsi hesab edən Tehran, Türkiyənin bu ölkədə çox böyük əraziyə nəzarət etməsinə razı olmayacaq.
Suriyada İranla tandem şəklində çıxış edən Rusiya da tezliklə Ankaranı dayandırmağa cəhdlər edəcək.
Belə həssas durumda Türkiyə rəhbərliyinin, şəxsən prezident Rəcəb Tayyib Ərdoğanın xaricdən gələn təzyiqlərə nə qədər və hara kimi dözəcəyi maraq doğurur.
Ötən il Türkiyə Silahlı Qüvvələrinin Azad Suriya Ordusu ilə birlikdə “İslam dövləti” terror təşkilatına qarşı “Ərəfat qalxanı” əməliyyatı zamanı Manbic şəhərinə nəzarət edən kürdlərə qarşı da əməliyyat keçirmək istəmiş, lakin Rusiyanın diplomatik müdaxiləsi buna imkan verməmişdi.
Kürdlər isə regionda böyük güclər arasında gedən oyunda manevr etməklə öz istəklərini reallaşdırmağa çalışırlar. ABŞ-la müttəfiqlik edən kürdlər “İslam dövləti” terror təşkilatına qarşı mübarizə aparmaqla yanaşı Suriyanın bəzi ərazilərinə nəzarəti də öz əllərinə keçirmişdilər. Kürdlər həmin əraziləri özlərinin gələcək dövlətinin tərkib hissəsi görürdülər. Bu isə Suriyanın bütövlüyündə maraqlı olan Türkiyə ilə yanaşı İranın da maraqlarına uyğun deyil. Eyni zamanda, kürdlərin oyundan tamam sıxışdırılıb çıxarılması da, bir çox dövlətlərin maraqlarına uyğun gəlmir. Bu isə kürdlərə ABŞ-la Rusiya arasında manevr etmək imkanı verir.
Moskva Türkiyə ilə işbirliyinin çox kövrək tellər üzərində qurulduğunun fərqindədir və buna görə kürdlərdən gələcəkdə Ankaraya qarşı istifadə etmək imkanlarını saxlamağa çalışır.
“İslam dövləti” terror təşkilatı məğlub edilsə də, belə görünür ki, Suriya üzərində yeni və daha mürəkkəb siyasi oyunlar başlayıb. Bu oyunların sonunda Suriyanın ərazi bütövlüyünün saxlanıb-saxlanmayacağından asılı olaraq, regionda yeni mərhələ başlayacaq. Suriyada baş verənlərin təsiri isə bütün region ölkələrində özünü göstərəcək. Əgər Ankaranın son addımları lazım olan nəticəni verməsə və ya əlavə problemlərə səbəb olsa, Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan siyasi karyerasının ən böyük problemi ilə üzləşəcək. 16 illik iqtidarı zamanı Ərdoğan belə ciddi problemlə üzləşməyib. Ölkə daxilində sosial-iqtisadi vəziyyət ötən illərə nisbətən pisləşib və bu da vətəndaşların hakimiyyətdən narazı düşməsinə səbəb olur. Əgər xarici siyasətdə ciddi uğursuzluq baş versə, bu, Ərdoğan üçün son ola bilər. Buna görə də, Suriyanın Afrin bölgəsində “Zeytun budağı” əməliyyatının hərbi nəticəsinə uyğun siyasi nəticəsi olacaq. Ərdoğanın Suriya imtahanından uğurla çıxıb-çıxmayacağı isə çox yaxın zamanlarda bilinəcək.
Reyting.az
Bölməyə aid digər xəbərlər

Müəllifin bütün yazıları - Xəqani CƏFƏRLİ
Bölməyə aid digər xəbərlər
19-04-2023, 11:40
Erməni mətbuatı: "Paşinyan təhlükəsizliyindən narahatdır”
31-07-2019, 14:06
Xəqani CƏFƏRLİ - İnqilabın baş verəcəyi tarix - Onu əvvəlcədən təyin etmək mümkündürmü?