AFFA dəyişiklik edib - Qərar
Tarix: 07-09-2017 13:10 | Bölmə: İdman / Xəbərlər
AFFA dəyişiklik edib

AFFA-nın inzibati binasında Topaz Premyer Liqasında çıxış edən “Qarabağ”, “İnter”, “Zirə”, “Neftçi”, “Sumqayıt”, “Kəpəz” və “Səbail” klublarının idman direktorları və müvafiq nümayəndələrinin iştirakı ilə iclas keçirilib.

AFFA-dan verilən məlumata görə, “Qəbələ” nümayəndələrinin ölkə xaricində olması nəzərə alınaraq, telefon bağlantısı yaradılıb. İclasda əsas müzakirə mövzusu 2017/2018-ci il mövsümündən başlayaraq U-19 Liqasında 6+5 limitinin (6 futbolçu 2000-ci il, 5 futbolçu 1999-cu il təvəllüdlü) tətbiq edilməsi olub və bu barədə qərar verilib.

Limitin tətbiqində əsas məqsəd müvafiq yaş qrupuna aid yığma komandanın Avropa çempionatının seçmə mərhələsində oyun təcrübəsi çox olan futbolçulardan təşkili, onların mütəmadi olaraq oyunlarda iştirakını təmin etməkdir.

Bundan əlavə, UEFA-nın təcrübəsi əsas götürülərək U-19 Liqasının “Gənclər Liqası” adlandırılması təklif olunub və klub nümayəndələri tərəfindən dəstəklənib.

Reyting.az




Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}