16:11 / 11-12-2017
Yeni ilin ilk ayı – Dekabr
“Qarabağ”ın oyununa 400-dən artıq avtobus ayrılıb
Tarix: 20-11-2017 12:00 | Bölmə: İdman / Xəbər lenti
“Qarabağ”ın oyununa 400-dən artıq avtobus ayrılıb

Noyabrın 22-də UEFA Çempionlar Liqasının qrup mərhələsi çərçivəsində keçiriləcək “Qarabağ”-“Çelsi” oyununu izləyəcək tamaşaçıların qarşılaşma bitdikdən sonra daşınması ekspress xətt avtobusları ilə həyata keçiriləcək.

Bakı Nəqliyyat Agentliyinin İctimai əlaqələr və maarifləndirmə şöbəsinin müdiri Mais Ağayev deyib ki, ekspress xətt avtobusları Bakı Olimpiya Stadionun ərazisindən 3 istiqamətdə - metronun “Qara Qarayev”, “20 Yanvar” və “28 May” stansiyaları istiqamətində hərəkət edəcək:

“Ekspress xətt avtobuslarından istifadə edəcək tamaşaçılar oyundan sonra stadionun şimal çıxışı istiqamətində (Böyük Şor gölünə doğru olan körpü) hərəkət etməlidilər. Tamaşaçılara Şimal çıxışında eskpress xətt avtobuslarının hərəkət istiqamətini bildirən məlumat lövhələrinə diqqət yetirmələri xüsusi ilə tövsiyyə edilir.

Məlumat üçün bildiririk ki, şimal çıxışından sol istiqamətdə metronun “Qara Qarayev”, sağ istiqamətdə “28 May”, üzbəüz yolda isə “20 Yanvar” stansiyasına gedəcək avtobuslar sərnişinlərə xidmət göstərəcək. Sərnişinlərin vaxtında və rahat daşınması üçün 3 ekspress xətt üzrə ümumilikdə 400-dən artıq avtobus ayrılıb”.

Qurum rəsmisi bildirib ki, Bakı Olimpiya Stadionuna şəxsi avtomobili ilə gələn tamaşaçılar nəqliyyat vasitələrini İctimai Nəqliyyat Terminalında park etməlidirlər:

“Oyun günü “Koroğlu” Nəqliyyat Mübadilə Mərkəzi də fəaliyyətini davam etdirəcək. Bakı Nəqliyyat Agentliyi azarkeşlərə stadiona gələrkən mümkün qədər ictimai nəqliyyatdan istifadə etməyi, eyni zamanda hərəkətin təhlükəsizliyi ilə bağlı bəzi qaydalara mütləq şəkildə əməl etmələrini tövsiyə edir”.(Modern.az)




Bölməyə aid digər xəbərlər