19:27 / 23-09-2018
Bu uşaq metroda doğulub
Meksika millisi Cənubi Koreya komandasına qalib gəlib
Tarix: 23-06-2018 22:17 | Bölmə: İdman / Xəbər lenti
Meksika millisi Cənubi Koreya komandasına qalib gəlib

Rusiyada keçirilən futbol üzrə dünya çempionatında “G” qrupunun növbəti oyunu baş tutub. “Rostov Arena” stadionunda keçirilən oyunda Cənubi Koreya və Meksika milli komandaları qarşılaşıb. Oyunda ilk fərqlənən Meksika millisi olub. Karlos Vela 27-ci dəqiqədə penaltidən qol vurub. 66-cı dəqiqədə isə Xavyer Ernandes fərqi iki topa çatdırıb. Koreyalı Son Hyu Min təsəlli qolunu 90+3 dəqiqədə vurub. Qarşılaşma Meksikanın 2:1 hesablı qələbəsi ilə yekunlaşıb.

Bu qələbə sayəsində xallarını 6-ya çatdıran Meksika 1/4 finala vəsiqəni böyük ölçüdə təmin edib. Belə ki, Meksika millisi birinci turda son dünya çempionu Almaniya millisini gözlənilmədən 1:0 hesabı ilə məğlub edib. Cənubi Koreya yığması isə İsveç komandasına 1:2 hesabı ilə uduzub.

Cənubi Koreya və Meksika indiyədək bir dəfə üz-üzə gəlib. 1998-ci ildə eyni qrupda yer alan komandaların oyununda qalib tərəf Meksika millisi olub (3:1).

Qeyd edək ki, bundan əvvəl dünya çempionatlarında 9 dəfə iştirak edən Cənubi Koreya yalnız bir dəfə qrupdan çıxa bilib. Cənubi koreyalılar 2002-ci ildə Yaponiya ilə birlikdə ev sahibliyi etdikləri dünya çempionatında yarımfinala qədər irəliləyiblər. Yarımfinalda Almaniya yığmasına məğlub olan Cənubi Koreya üçüncü yer uğrunda görüşdə Türkiyə millisinə uduzub.

1930-cu ildə keçirilmiş ilk dünya çempionatının iştirakçısı olan Meksika yığması mundiallarda indiyədək 16 dəfə yer alıb və ən yaxşı nəticəni 1970-ci və 1980-ci illərdə göstərərək dörddəbir final mərhələsinə qədər irəliləyə bilib. Bundan əlavə, 1970-ci və 1986-cı illərdə futbol üzrə dünya çempionatları Meksikada keçirilib. Meksika, həmçinin ABŞ və Kanada ilə birlikdə 2026-cı ildəki mundiala da ev sahibliyi edəcək.




Bölməyə aid digər xəbərlər