23:52 / 08-11-2025
Bakıda Zəfər Günü münasibətilə konsert və atəşfəşanlıq olub
20:20 / 08-11-2025
Bakıda keçirilən hərbi paradda iştirak edən ölkələr - Siyahı
20:17 / 08-11-2025
Bakıda hərbi parad olub - Video - (Yenilənib) - Fotolar
20:00 / 08-11-2025
Azərbaycan Ordusu regionda ön sıradadır - Fotolar
17:18 / 08-11-2025
Azərbaycan, Türkiyə və Pakistan liderləri birgə nahar edib - Foto
15:40 / 08-11-2025
Prezident: Qarabağ və Şərqi Zəngəzur dirçəlir
14:07 / 08-11-2025
İlham Əliyev: “İndi onlar təcridxanada Azərbaycan çayı içirlər” - Video
12:23 / 08-11-2025
Prezidentlə xanımı Şəhidlər xiyabanında - Fotolar
12:05 / 08-11-2025
Prezident və xanımı Fəxri xiyabanda - Fotolar
10:54 / 08-11-2025
Ərdoğan Azərbaycana gəlib - (Yenilənib)
00:14 / 08-11-2025
Mehriban Əliyeva: "Uca Tanrı xalqımızı və Vətənimizi qorusun!"
00:04 / 08-11-2025
Azərbaycanda Zəfər Günüdür
23:09 / 07-11-2025
Prezident İlham Əliyev Zəfər Günü münasibətilə paylaşım edib - Foto
21:17 / 07-11-2025
İlham Əliyev Məhəmməd Şahbaz Şəriflə görüşb - (Yenilənib) - Fotolar
20:50 / 07-11-2025
Dindarlar Azərbaycan prezidentinə müraciət ünvanlayıblar
19:39 / 07-11-2025
Cəlaloğlu: Azərbaycan və Ermənistandakı partiyalar arasında görüşlər keçirilməlidir
19:36 / 07-11-2025
Yaşar Güler Bakıya gəlib
19:33 / 07-11-2025
Pəncəli Teymurov və Vaqif Qurbanovun ailə üzvlərinə təqaüd təyin olunub
19:01 / 07-11-2025
General: Rusiya NATO-ya hücum edə bilər - Xəbərdarlıq
18:21 / 07-11-2025
Məşhur aktrisanın avtomobilinin qarşısını kəsiblər
18:10 / 07-11-2025
Dronlar Başqırdıstandakı əsas neft-kimya zavodunu vurub
18:06 / 07-11-2025
Hava limanında partlayış olub
18:00 / 07-11-2025
Rus ordusu Donetsk və Xarkovda irəliləyib
17:38 / 07-11-2025
"Bakı Metropoliteni" gücləndirilmiş iş rejiminə keçəcək
17:19 / 07-11-2025
Şəhid Pəncəlinin anası: “10 ildir gözüm yolda idi..."
17:08 / 07-11-2025
Hikmət Hacıyev NATO nümayəndə heyəti ilə görüşüb
16:49 / 07-11-2025
Pəncəli Teymurova Milli Qəhrəman adı verilib
16:45 / 07-11-2025
Tiktoker həbs edilib
16:34 / 07-11-2025
Prezident İlham Əliyev fərman imzalayıb
12:50 / 05-11-2025
“Oğru dünyası”na qarşı əməliyyat: Mirzə Əliyev öldürülüb - Foto
16:49 / 06-11-2025
Deputat: Ermənistan Azərbaycan qarşısında götürdüyü öhdəlikləri yerinə yetirməlidir
14:01 / 04-11-2025
Şərti sərhəddə yenidən gərginlik ola bilər - Ekspert
15:24 / 05-11-2025
Ukraynanın iki şəhərində dəhşətli vəziyyət yaranıb
13:35 / 05-11-2025
Prezident 10 nəfəri təltif edib - Siyahı
15:08 / 06-11-2025
Azərbaycan qonşu ölkəni problemdən xilas edir - Foto
13:05 / 06-11-2025
Mərkəzi Asiya liderləri Trampla görüşdə nəyə ümid edirlər?
19:39 / 07-11-2025
Cəlaloğlu: Azərbaycan və Ermənistandakı partiyalar arasında görüşlər keçirilməlidir
13:28 / 05-11-2025
Ukrayna daha təhlükəli vəziyyətlə üzləşir
09:27 / 04-11-2025
2025-ci ilin ən böyük buğda istehsalçıları... - Siyahı
09:17 / 06-11-2025
Kosmosda yeni tip nəhəng obyekt kəşf edilib
10:58 / 04-11-2025
Keçmiş vəzifəli şəxslərə hökm oxunub
Direktor "üsyan"a qalxdı: “Cavid Qurbanova yalan məlumatlar ötürülür”
Tarix: 15-11-2019 15:44 | Bölmə: Cəmiyyət / Müsahibə

"Express Baku” voleybol klubunun direktoru, ömrünün 40 ilini ölkədə voleybolun inkişafına həsr etmiş İntizar Məmmədova mətbuata müsahibəsində Azərbaycan Voleybol Federasiyasının ona qarşı qarayaxma kampaniyası apardığını deyib.
Təcrübəli mütəxəssis Reyting.az-a bildirib ki, AVF kluba qəsdən mailiyyə dəstəyi göstərmir, klubu dağıtmaq istəyir.
- İntizar xanım, voleybol üzrə ölkə çempionatı bir neçə gündən sonra start götürür. Mübarizəyə hazırsınızmı?
- Əvvəlcə onu deyim ki, 1978-ci ildən Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasının voleybol üzrə məşqçilik fakültəsini fərqlənmə diplomu ilə bitirmişəm. 20 il ölkəmizin ali məktəblərinin birində Bədən tərbiyəsi və idman kafedrasında baş müəllim, 2001-2010-cu illərdə "Azərneft” voleybol klubunda təlimatçı kimi çalışmışam. 2011-2014-cü illərdə Azərbaycanın kişilərdən ibarət voleybol üzrə millisinə rəhbərlik etmişəm. 2014-cü ildə "Express Baku” voleybol klubunu Azərbaycan Voleybol Federasiyasının vitse-prezidenti F. Qarayevin göstərişi ilə yaratmışam və klubun direktoruyam. İstedadlı gənclərin voleybola cəlb olunmasında zəhmətim az olmayıb. Sualınıza gəlincə, deməliyəm ki, hazırda çox çətin vəziyyətlə üzləşmişik. Çempionat başlamaq üzrədir. Lakin "Express Baku”voleybol klubu bir dəfə də məşq etməyib. Klubu saxlamaq üçün pul lazımdır. Təəssüf ki, AVF bizə ögey münasibət göstərir. Klubu dağıtmaq istəyirlər. Bu azmış kimi, federasiya rəhbərliyi mənə qarşı çirkin bir kampaniya başladıb.
- Klubunuzun ölkə çempionatında nə kimi uğurları olub?
- "Express Baku”voleybol klubunun heyətində 15-18 yaşlı perspektivli gənclər çoxluq təşkil edir. Komanda 2016-2017-ci illər mövsümündə I liqa yarışlarında qızıl medal qazanıb. 2017-2018-i illər mövsümündə Azərbaycan çempionatının Superliqa yarışlarında mübarizə apardıq. 2018-2019-cu illər mövsümündə isə I liqa yarışlarında çıxış edərək 9 komanda arasında ikinci yeri tutduq və gümüş medal qazandıq. "Express Baku”voleybol klubu hər zaman gənc, ucaboylu, perspektivli oyunçuları ilə diqqət cəlb edib. Bu il iyul ayında Bakı şəhərində keçirilən gənclərin Olimpiya Festivalına klubumuzun 3 voleybolçusu Azərbaycanın gənclərdən ibarət milli yığma komandasına da dəvət almışdı. Bir daha təəssüflə deyirəm ki, belə bir komandanın fəaliyyəti üçün maliyyə dəstəyi göstərilmir.
-Səbəb nədir?
- Səbəbini bilmirəm. İllərlə çəkdiyim əziyyətlərin, zəhmətin qarşılığında haqsızlıq, qərəzli mövqe və təzyiqlə üzləşirəm. 2017-2018-ci illər mövsümündə də komandamıza pul ayrılmadı. Federasiya ilə klubun arasında bağlanmış qanuni müqaviləyə əsasən, hər ay komandanın hesabına 20 min manat köçürülməli idi. Ötən il mövsümün tam ortasında pul köçürülməsi dayandırıldı. Oyunçulara, məşqçilərə 50 min manat borclu qaldım. AVF prezidenti Cavid Qurbanova, vitse-prezident Faiq Qarayevə dəfələrlə müraciət etsəm də, problem həll olunmadı. Federasiya qanuni müqavilə əsasında alacağımız pulu bizə vermədi. Məcbur qalıb Azərbaycan Prezidenti cənab İlham Əliyevə və birinci vitse-prezident Mehriban Əliyevaya klubumuzun bütün üzvləri adından müraciət göndərdik. Bizim müracitimizə həssaslıqla yanaşılması federasiyada təşvişə səbəb oldu. Komandanın borcu bu ilin aprel ayında ödənildi. Bundan sonra isə mənə açıq şəkildə bildirildi ki, "Express Baku”voleybol klubuna bir daha pul verilməyəcək. Dediklərini etdilər, AVF prezidenti Cavid Qurbanov 2019-2020-ci illər mövsümü üçün 8 kluba 4 milyon manat pul ayırıb. Hətta bu məbləğin daha çox olduğu da deyilir. Klubumuza isə yenə də embarqo qoyulub. Bu il iyulun 15-də AVF-nin vitse-prezidenti Faiq Qarayev məni yanına çağırıb bildirdi ki, Cavid Qurbanov kişi voleyboluna pul ayırmaq istəmir. Guya vəsait yoxdur. Əgər belədirsə, onda kişilərdən ibarət "Lokomotiv” klubuna, yeni yaratdıqları "Sərhədçi” kişi voleybol klubuna haradan pul tapılır? Vəsait yoxdursa, Faiq Qarayev Rusiya, Ukrayna, Xorvatiya, Belarusdan gənc qızları ailələri ilə birlikdə Bakıya necə dəvət edir, onların qadın klublarında çıxış etmələri üçün yüksək şərait necə yaradılır? Özlərinə lazım olan işləri görmək üçün vəsait tapılır. Lakin gənc azərbaycanlılardan ibarət olan perspektivli bir komandanı yaşatmaq üçün vəsait tapılmır. Mənim səsim AVF prezidenti Cavid Qurbanova çatmır, onunla görüşməyə qoymurlar. Yazdığım məktubları Cavid müəllimdən gizlədirlər. Ona görə ki, mənim heçkimim yoxdur, Cavid Qurbanovun adamı deyiləm. Əgər mən Faiq Qarayevin xoşuna gəlmirəmsə, bu o demək deyil ki,mən və mənim klubumun mütəxəssisləri illərlə işsiz və ac qalmalıdırlar? İllərimi verdiyim işimdən nəyə görə uzaqlaşmalıyam? Bilmək istərdim ki, bizim azərbaycanlı övladlarımızın voleybol ilə məğul olmaq hüququ yoxdurmu? Bu hüququ onların əlindən kim ala bilər ki? Bu barədə hansı yuxarı instansiyaya müraciət edirsənsə, deyirlər ki, AVF ictimai təşkilatdır, biz onların işinə qarışa bilmərik. O zaman sual olunur: məgər biz ictimaiyyətin nümayəndəsi deyilik? İctimai təşkilatın qapıları ictimaiyyətə açıq olmalıdır.Bu gün bu qapı İran, Ukrayna, Rusiya ,Gürcüstan və digər ölkələrin vətəndaşlarının üzünə taybatay açıqdır, nəinki azərbaycanlıların.
-İntizar xanım, deyirsiniz ki, sizə qarşı böhtan kampaniyası başlayıb...
-Azərbaycan Voleybol Federasiyasında belədir: haqqını tələb edirsənsə, o zaman sənə qarşı şantaj və qarayaxma kampaniyası başlayır. Əvəzində isə klublara və milli komandaya savadsız, voleyboldan anlayışı olmayan məşqçilər gətirilir. Həmin şəxslərə "İdman ustası”, "Əməkdar məşqçi”, adları, yüksək əmək haqqı verilir. İntizar Məmmədova isə ali təhsilli, heç yerdə işləməyən iki övladı ilə bir otaqlı mənzildə yaşayır. Mən şan-şöhrət dalınca qaçmamışam. Federasiya rəhbərliyi yaxşı bilir ki, mənim alnım açıqdır. Fəaliyyət göstərdiyi 4 il ərzində "Express Baku”voleybol klubundan iki voleybolçu qovulub. Anar Maqsudzadə adlı oyunçu məşqlərə gəlmirdi, nizam-intizam qaydalarına əməl etmirdi, demək olar ki,məşq zamanı yatırdı,məşqçinin tapşırıqlarını yerinə yetirmirdi. Uşaqlar mənə dedilər ki, Anar əsas vaxtını gecə barlarında keçirir, qəlyan çəkir. Bu əməllərinə görə, komandadan uzaqlaşdırdım. Digər voleybolçu Tural Cəfərli də intizamsız uşaq idi. Müxtəlif bəhanələrlə məşqlərdən yayınırdı. Baş məşqçi və klubun həkimi tərəfindən, onlarla bağlı iki təqdimat yazıldı. Məcbur qalıb 2018-ci ilin yanvarında onları heyətdən kənarlaşdırdım. Federasiya indi bu uşaqlarla bağlı araşdırma aparmağa başlayıb. Guya ki, mən həmin voleybolçuların əmək haqqını verməmişəm, mənimsəmişəm. Hətta Tural Cəfərlini təlimatlandırıb göndərmişdilər Nəsimi rayon Əmək Müfəttişliyinə.O iddia edirdi ki, hüquqları pozulub. Məni dəvət etdilər Əmək Müfəttişliyinə. Geniş şəkildə araşdırma aparıldı. Bəlli oldu ki, mən heçbir qanun pozuntusuna yol verməmişəm. Hər iki oyunçu klubda olduqları dövr ərzində pul alıblar. Onu da əlavə etmək istəyirəm ki, Cəfərli Tural bizim klubumuzdan sonra, o biri mövsüm illərində daha iki klubdan kənarlaşdırılmışdır. Bununla bağlı bütün sənədlər məndə var. İstənilən yerdə, istənilən zaman dediklərimi sübut etməyə hazıram. Mən hər oyun mövsümündə mütəmadi olaraq federasiyanın mühasibatlığına, həm də mövsüm ili ərzində, klubun üzləşdiyi bütün problemlər haqqında daim federasiya rəhbərliyinə , şəxsən F.Qarayevə hesabat təqdim etmişəm. Hətta 2018-ci ilin iyun ayında mən AVF-nin vitse-prezidenti F. Qarayevin adına ünvanlaığım məktubda, bu problemlər haqqında və təsdiqləyici sənədləri yazılı şəkildə federasiyanın müşaviri, Əbülfəz müəllimə təqdim etmişəm. AVF rəhbərliyi məni susdurmaq üçün çirkin şantaj kampaniyasına başlayıb.
Özləri də bilir ki, mənə ləkə yapışmaz. Mən hər zaman öz işimi vicdanla, şərəflə yerinə yetirmişəm. İnanın ki, artıq bütün bu diskriminasiyalardan bezmişəm. Bilmirəm "Express Baku” voleybol klubuna qarşı edilən haqsızlığa nə vaxt son qoyulacaq? AVF artıq formalaşmış bir klubu dağıtmaq, klubun məşqçi və əməkdaşlarını işdən uzaqlaşdırmaq, əvəzində isə voleybola aidiyyatı olmayan insanlar üçün yeni klublar yaradırlar. Məqsəd nədir? Bunu bilmirəm. Artıq çempionat başlamaq üzrədir,komandamızın taleyi isə sual altındadır.
-Bildiyimizə görə, AVF-yə yeni Baş katib gətirilib. Bu haqda nə deyə bilərsiniz?
- Bəli, bu doğrudur. Bu insan əvvəllər "Rabitə” VK-nun prezidenti olmuşdur. Federasiyanın baş katibi Cəlil Cəfərov "Rabitə” VK-na rəhbərlik edərkən, sevdiyi əməlini- əcnəbilərə olan xüsusi rəğbətini artıq federasiyada da işə salıbdır. Çünki "Rabitə” VK, fəaliyyət göstərdiyi illər ərzində öz tərkibində bir nəfər azərbaycanlı oyunçunu nə yetişdirdi, nə də meydançaya çıxartdı. Belə bir vərdişə çevrilmiş tendensiyadan sonra, nə "Expess Baku” VK-nın gənc oyunçuları, nə də ki ,İntizar xanımın zəhməti C.Cəfərova lazım deyil. Klubumuza maliyyə yardımı ayırmaq istəməyən federasiyanın Baş katibi bugün əcnəbi məşqçilər üçün bütün şəraitləri yaratmaqla, Rusiya Federasiyası və Ukraynadan 14-15 yaşlı gənc oğlanları Bakıya gətirməyi planlaşdırırlar. 2019-2020-ci il mövsümündə Azərbaycan Çempionatının Superliqa yarışlarında iştirak edəcək klubların adları demək olar ki, məlumdur. Gürcüstanın kişilərdən və qadınlardan ibarət hər iki komandasının həm yataq, həm də yemək xərcləri AVF tərəfindən ödəniləcəkdir. AVF-də əvvəlcə 7 komandanın maliyyələşdirilməsi nəzərdə tutulmuşdursa, hal-hazırda komandaların sayı 8-ə çatdırılıb. Klubumuza gəldikdə isə, hər dəfə eyni sözü eşidirik: "Pulumuz yoxdur. Cavid müəllim sizə pul ayırmaq istəmir”.
Düşdüyümüz bu çıxılmaz vəziyyətlə əlaqədar olaraq klubumuzun bütün kollektivi adından biz Azərbayanın prezidenti cənab İ.Əliyevə və birinci vitse-prezident Mehriban xanım Əliyevə məktub göndərmişik.Artıq 3-4 ay keçməsinə baxmayaraq bu problem öz həllini tapmamışdır. Məktub AVF və Dəmir Yolları QSC arasında "ilişib” qalıb.
Yenidən üzümü Azərbaycan Respublikasının Prezidenti, Milli Olimpiya Komitəsinin prezidenti cənab İlham Əliyevə və Azərbayanın Birinci vitse-prezidenti Mehriban xanım Əliyevaya tuturam.
Möhtərəm Prezident, hörmətli Mehriban xanım,Azərbaycan Voleybol Federasiyası azərbaycanlı gənclərdən ibarət "Express Baku” voleybol klubunu dağıtmaq istəyir. Perspektivli bir kluba maliyyə dəstəyi göstərmir.Ümidimiz Sizədir. Sizin maddi və mənəvi dəstəyinizə ehtiyacımız var.”Express Baku”voleybol klubunun üzləşdiyi problemin həlli Sizin bu məsələyə həssaslıq və mərhəmətlə yanaşmanızdan çox asılıdır.Ölkə çempionatında yüksək nəticələr göstərən 15-18 yaşlı azərbaycanlı uşaqlardan ibarət bir klubun dağılmasına imkan verməyin.
Bölməyə aid digər xəbərlər

Dünən, 14:04
Qumar oyunlarını reklam edən 17 nəfər saxlanılıb
Dünən, 12:08
Sabah hava necə olacaq? - Proqnoz
6-11-2025, 17:29
Moskva məhkəməsi azərbaycanlı qardaşlara hökm oxuyub
6-11-2025, 17:16
Regional Təhsil İdarəsinin müdir müavini yeni vəzifəyə təyinat alıb
6-11-2025, 13:03
İmtahanlara müdaxilə edən şəxslərin cinayət işi məhkəməyə göndərilib
6-11-2025, 12:20
Sabah hava necə olacaq? - Proqnoz
6-11-2025, 11:36
Eldar Əzizov rəisi vəzifədən azad edib
6-11-2025, 11:13
Meyxanaçı Vahid Qədim sevgilisini bıçaqlayıb
6-11-2025, 08:29
Dünyada ən çox meşə sahəsinə malik ölkələr... - Siyahı
5-11-2025, 18:03
Bu gün Super Ay hadisəsi müşahidə olunur
5-11-2025, 17:52
"Baza otel spa" adlı otelin müdiri saxlanılıb
5-11-2025, 15:34
Qayıqda 2 tona yaxın kokain tutulub - Video
5-11-2025, 15:01
Beş il ərzində smartfonlar dövriyyədən çıxacaq
5-11-2025, 12:48
Sabah yağışlı hava olacaq - Proqnoz
5-11-2025, 12:44
Bakıda NATO kursu keçirilir
5-11-2025, 08:48
Fili tək əli ilə qaldıra bilən əzələ nümayiş etdirilib
4-11-2025, 17:15
“Azəriqaz”ın direktor müavininin bacanağına hökm oxunub
4-11-2025, 16:29
Təhsil müəssisələrində iş və istirahət günlərinin yeri dəyişib
4-11-2025, 16:13
Metroda yeni ödəniş qaydası tətbiq olunur
4-11-2025, 11:46
Tehran şəhərinin su ehtiyatı tükənir
4-11-2025, 09:15
Kainatla bağlı yeni tədqiqatlar aparıblar
4-11-2025, 08:43
Dekabrın 15-i “Ümumdünya Türk Dilləri Ailəsi Günü”dür
3-11-2025, 15:53
Prokurorluğa qəbulla bağlı müsabiqə keçiriləcək
3-11-2025, 15:20
Vəzifəli şəxs rüşvət ittihamı ilə həbs edilib
3-11-2025, 14:21
Süni intellekt "YouTube" platformasına hücum edib?
3-11-2025, 12:49
Sabah hava necə olacaq? - Proqnoz
3-11-2025, 12:23
Bakıda və rayonlarda leysan gözlənilir - Xəbərdarlıq
3-11-2025, 09:58
Prezidentin Təhlükəsizlik Xidmətində dəyişiklik olub
3-11-2025, 09:19
Əfqanıstandakı zəlzələ Qazaxıstanda da hiss olunub
2-11-2025, 13:04
Sabah yağış yağacaq
1-11-2025, 17:27
Oğlunu azad torpaqlarda, dalğalanan bayraqda görən ana
1-11-2025, 12:47
Sabah hava necə olacaq? - Proqnoz
31-10-2025, 20:21
Rey Kərimoğlu: Layihəmiz yekunlaşsa da, işlərimiz davam edəcək - Fotolar
31-10-2025, 18:00
Polis sürət qatarına daş atan yeniyetmələri müəyyən edib
31-10-2025, 17:44
Noyabrda hava necə olacaq? - Aylıq proqnoz
31-10-2025, 14:34
Altı milyon il əvvəlin buzu tapılıb
31-10-2025, 13:28
Xəstəxanaya direktor və baş həkim təyin edilib - Foto
31-10-2025, 13:18
Fariz Babayev direktor vəzifəsindən azad edilib - (Yenilənib)
31-10-2025, 13:02
Axtarışda olan azərbaycanlı Gürcüstandan ekstradisiya olunub
29-10-2025, 14:34
Baş rejissor: Hazırladığımız 12 tamaşanı “Axır Zaman”la yekunlaşdıracağıq - Müsahibə
6-08-2025, 14:15
Təranə Muradova: “Sevgisiz heç nə yaratmaq mümkün deyil” - Müsahibə
24-07-2025, 17:03
Abdulla: Aktyorları attestasiyadan keçirmək lazımdır - Müsahibə
1-03-2025, 15:45
Deputat: Ukraynanı yalnız ABŞ xalqının Trampa qarşı qalxması xilas edə bilər - Müsahibə
23-01-2025, 19:03
İmran Bədirxanlı: “Özünü tapandan sonra yaşamaq asanlaşır” - Müsahibə
8-01-2025, 10:49
“Kino adamı kimi bir çox şeylər məni qane etmir” - Müsahibə
18-11-2024, 12:28
Turan Manafzadə: “Mədəniyyət diplomatiyasından yararlanmağı bacarmalıyıq” - Müsahibə
17-08-2024, 15:25
“Böyük güclər sülhdə maraqlı görünmürlər” - Müsahibə
12-08-2024, 11:00
Emin Əfəndiyev: “Yeni ssenarilər, layihələr barədə düşünürəm” - Müsahibə
22-07-2024, 09:58
Gənc xanəndə: “Məcnun kimi səhnəyə çıxmaq ən böyük arzularımdan biri olub” - Müsahibə
8-07-2024, 10:43
Aktrisa: “Mən ürək adamıyam...” - Müsahibə
14-06-2024, 15:06
Nazir: “Sertifikatlaşdırmada iştirak edən hər beş müəllimdən biri kəsilir” - Müsahibə
6-04-2024, 21:12
Qulu Ağsəs: “Tənqidi indi çox tənqid edirlər” - Müsahibə
2-04-2024, 20:28
“Hava hücumu ssenarisi mümkündür” - Müsahibə
19-02-2024, 16:33
Aktyor: “Əvvəldən bilsəydim o filmə çəkilməzdim...” - Müsahibə
16-02-2024, 12:55
Bəstəkar: “Zamanın ritmini tutmaq çətinləşib” - Müsahibə
28-01-2024, 15:36
Qüdrət Həsənquliyev: “Azərbaycan yenidən qurulmalıdır” - Müsahibə
9-12-2023, 20:57
Hərbi ekspert: “Krım körpüsü dağıdılmalıdır” - Müsahibə
14-11-2023, 19:08
Xalq artisti: “Teatrın ən ağrılı məsələlərindən biri də yaş senzi ilə bağlıdır” - Müsahibə
4-11-2023, 09:41
İlham Əziz: “Hər yazıçının öz əlifbası olmalıdır” - Müsahibə
27-10-2023, 15:19
Zahid Oruc: “Zəfər dövləti, Zəfər təşkilatı, Zəfər təhsil modeli yaradılmalıdır” - Müsahibə
27-10-2023, 11:01
Əlizadə Nuri: “Şairlik-sözlə inqilab etməkdir” - Müsahibə
23-10-2023, 18:22
General Sırski: “Düşmən ciddi itkilər verir, lakin onlar...” - Müsahibə
23-10-2023, 10:26
Aktrisa: “Özümü olmalı olduğum yerdə hiss edirəm” - Müsahibə
19-09-2023, 13:48
Hərbi analitik: “Rusiya Moskvanı lazımi şəkildə qoruya bilmirsə, deməli...” - Müsahibə
5-09-2023, 18:40
General: “Rusiya elitası Putini devirməyə hazırdır” - Müsahibə
23-08-2023, 18:14
Beynəlxalq ekspert: “Ruslar Ukrayna ilə uzunmüddətli hərbi qarşıdurmaya ümid edirlər” - Müsahibə
16-08-2023, 12:08
Kənan Məmmədov: “Kino günündə göstərməyə yeni film olmadı” - Müsahibə
10-08-2023, 15:00
Rıjenko: “Rusiyanın Qara dəniz donanmasını məhv etmək üçün yüzlərlə drona ehtiyac var” - Müsahibə
30-05-2023, 16:48
Kinorejissor: “Bəzilərini kinonun taleyi yox, kinostudiyanın ərazisi maraqlandırır”
16-05-2023, 16:48
Şeytelman: “Priqojin Rusiyada yeganə şəxsdir ki, dövlət çevrilişlərini uğurla həyata keçirə bilir”
13-05-2023, 09:34
Qüdrət Həsənquliyev: “Davamlı sülh üçün danışıqları Türkiyə və Rusiya ilə aparmalıyıq” - Müsahibə
3-03-2023, 16:55
Keçmiş deputat: “Rus imperiyasının dağılması qaçılmazdır” - Müsahibə
9-02-2023, 12:36
Deputat: “Ciddi əks-zərbə vurulmalıdır” - Müsahibə
7-01-2023, 15:55
Sərdar Cəlaloğlu: “Rusiya Qarabağı ələ keçirməyə çalışır” - Müsahibə
30-12-2022, 10:55
Köçəri Nağıbəyli: “Bizim öz torpaqlarımızda yaşamaq hüququmuz olmalıdır” - Müsahibə
11-12-2022, 13:12
Səxavət Əlisoy: “Partiya sədrlərinin əksəriyyəti təkəbbürlü və yekəxanadır” - Müsahibə
27-11-2022, 10:15
Professor: “Rusiya və Fransa Azərbaycan-Ermənistan danışıqlarında böhranlı vəziyyət yaradıb” - Müsahibə
12-11-2022, 19:43
Tofiq Zülfüqarov: “Rusiyada siyasi böhran zamanıdır” - Müsahibə

Mikayıl Mikayılov deyir ki, festivalda nümayiş olunan tamaşa Azərbaycanla Meksika arasında teatr əlaqələrinin başlanğıcı sayıla bilər
ADP sədri ehtimal edir ki, “Tərtər işi” yaxşı araşdırılsa, onun da altından Mehdiyev və əlaltıları çıxacaq
Xalq artisti deyir ki, rəqqasların səhnə ömrü çox qısa olur. Bu az müddətdə uğur qazanmaq, əsl sənətkar kimi yetişmək üçün daha çox zəhmət çəkmək lazımıdır
Rus Dram Teatrının aktyoru deyir ki. bölgə teatrlarında diplomlu aktyor və rejissor tapmaq müşkül məsələdir
Qüdrət Həsənquliyevin fikrincə, Tramp görsə ki, Ukrayna qalib gəlir, Rusiyaya təkcə siyasi yox, hərbi dəstək də verəcək