20:08 / 23-11-2024
"Qarabağ" qalib gəlib
Baş nazir: "Serbiya ərazimizi ilhaq etmək üçün hərbi planlar üzərində işləyir"
Tarix: 03-10-2023 17:01 | Bölmə: Dünya
Baş nazir: "Serbiya ərazimizi ilhaq etmək üçün hərbi planlar üzərində işləyir"

"Serbiya ərazimizi ilhaq etmək üçün hərbi planlar üzərində işləyir".

Reyting.az
xarici mətbuata istinadla xəbər verir ki, bu sözləri Kosovo Baş naziri Albin Kurti deyib.

Serbiyanın regional əməkdaşlığa həvəsli olmadığını vurğulayan Baş nazirin sözlərinə görə, bir həftə əvvəl Serbiya Kosovoya qarşı işğalçılıq planının anonsunu verib.

Qərbi Balkanlardakı altı ölkənin real regional əməkdaşlığa və iqtisadi inteqrasiyaya sahib olması üçün demokratiya yolunda irəliləməsi lazım olduğunu bildirən Kurti qeyd edib ki, Serbiya hələ də Kosovonu işğöal etmək planları üzərində çalışır: "Bu, şimal qonşumuzun Avropa İttifaqı üzvlüyü üçün regional əməkdaşlığa həvəsli olmadığını göstərir. Ancaq onlar bilməlidir ki, biz hər qarış torpağımız üçün qan tökməyə ahzırıq"

E.ARAZ

Reyting.az




Bölməyə aid digər xəbərlər
bütün xəbərlər