Avropa Ukraynanın enerji infrastrukturuna 50 milyon avrodan çox vəsait ayırıb
Tarix: 18-10-2023 10:46 | Bölmə: Dünya
Avropa Ukraynanın enerji infrastrukturuna 50 milyon avrodan çox vəsait ayırıb

Avropa Komissiyası Rusiyanın kritik infrastruktura hücumları fonunda Ukraynanın enerji sisteminə dəstək üçün yaradılmış Ukraynanın Enerji Dəstəyi Fonduna artıq 50 milyon avrodan çox vəsait ayırıb.

Reyting.az
xəbər verir ki, bu barədə Avropa İttifaqı Şurasının enerji məsələləri üzrə iclasının yekunları üzrə Avropa komissarı Kadri Simson bildirib.

O, Avropa İttifaqının (Aİ) Ukraynaya dəstəyindən danışaraq, Avropa nazirlərinin Ukrayna nümayəndəsi Herman Qaluşenko ilə görüşünü xatırladıb və deyib ki, bu görüş zamanı Avropa Komissiyasının ukraynalılara sarsılmaz dəstəyi ifadə olunub.

K. Simson deyib ki, Avropa Komissiyası Ukraynanın Enerji Dəstəyi Fonduna artıq 50 milyon avrodan çox vəsait ayırıb.

O, əlavə edib ki, Avropa İttifaqı bu qış “Rusiyanın Ukraynanın enerji və mülki infrastrukturuna hər hansı hücumlarının nəticələrinin minimuma endirilməsini” təmin etmək üçün əlindən gələni edəcək.

Xatırladaq ki, Rusiyanın Ukraynanın enerji infrastrukturuna davamlı hücumları fonunda keçən il Avropa Komissiyası Aİ Enerji Birliyi ilə Ukraynaya Enerji Dəstəyi Fondunu yaradıb.

E. KAMAL




Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}