Putin: "Ukraynaya ATACMS raketlərinin verilməsi ABŞ-ın növbəti səhvidir”
Tarix: 18-10-2023 14:25 | Bölmə: Dünya
Putin: "Ukraynaya ATACMS raketlərinin verilməsi ABŞ-ın növbəti səhvidir”

“Ukraynaya ATACMS raketlərinin verilməsi ABŞ-ın növbəti səhvidir”.

TASS xəbər verir ki, bunu Rusiya Prezidenti Vladimir Putin oktyabrın 18-də deyib.

O bildirib ki, ATACMS ballistik raketlərinin tədarükü Ukraynanın ziyanınadır: “Bu, Ukraynaya zərər verir və əlavə təhlükə yaradır. Lakin Rusiya bu hücumları dəf edəcək”.

V.Putinin sözlərinə görə, ATACMS raketləri təmas xəttindəki vəziyyəti kökündən dəyişməyəcək: “Sadəcə olaraq ABŞ uzaqmənzilli raketlərin tədarükü ilə Ukraynadakı müharibəyə daha çox cəlb olunur”.

Rusiya lideri deyib ki, Qərbin Ukrayna ilə bağlı mövqeyi bir qədər dəyişib və bu, düzgündür. Onun sözlərinə görə, müharibə danışıqlar yolu ilə həll edilməlidir(Report).




Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}