Bayden fələstinlilərə 100 milyon dollarlıq humanitar yardım ayırıb
Tarix: 18-10-2023 20:26 | Bölmə: Dünya
Bayden fələstinlilərə 100 milyon dollarlıq humanitar yardım ayırıb

ABŞ prezidenti Co Bayden İsraildə olarkən ərəb-İsrail münaqişəsinin kəskinləşməsi fonunda Fələstin ərazilərinin əhalisinə humanitar yardımın göstərilməsinə dair razılıq əldə etdiyini açıqlayıb.

Reyting.az
xəbər verir ki, Bayden bu barədə Twitter (X) sosial şəbəkəsində yazıb.

Amerika lideri bildirib ki, ABŞ Qəzza zolağı və İordan çayının qərb sahilindəki insanlar üçün 100 milyon dollarlıq humanitar yardım göndərib.

“Bu pul bir milyondan çox məcburi köçkün və münaqişələrdən təsirlənən fələstinlilərə dəstək üçün gedəcək”, - deyə Bayden əlavə edib.

EIÇİN




Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}