Baydenin oğlu prezidentin impiçmenti üzrə Konqresdə ifadə verməyə hazırdır
Tarix: 28-11-2023 23:26 | Bölmə: Dünya
Baydenin oğlu prezidentin impiçmenti üzrə Konqresdə ifadə verməyə hazırdır

ABŞ prezidenti Cozef Baydenin oğlu Hanter ABŞ Nümayəndələr Palatasının Nəzarət və Hesabat Komitəsində keçirilən ictimai dinləmədə Amerika liderinin impiçmenti ilə bağlı ifadə verməyə hazırdır.

Bu barədə vəkil Ebbi Louellin komitə sədri Ceyms Komerə ünvanladığı məktubda deyilir.

“The Washington Post” nəşri aydınlaşdırıb ki, Komerin Amerika prezidentinin oğluna göndərdiyi çağırış vərəqəsi komitə qarşısında bağlı qapılar arxasında ifadə verməyi nəzərdə tutur.

Hanter Baydenin vəkilinin sözlərinə görə, dinləmələrin ictimai xarakter daşıması prosesi daha şəffaf edəcək. Louellin qeyd edib ki, Amerika liderinin oğlu komitə sədrinin təklif etdiyi tarixdə, yəni dekabrın 13-də və ya razılaşdırıla bilsə, həmin ayın istənilən başqa günü ictimai dinləmələrdə iştirak etməyə hazır olacaq.

Vəkil Komeri ölkə prezidentinin impiçmenti ilə bağlı təhqiqatı gecikdirdiyinə və resursları israf etdiyinə görə qınayıb(Report).




Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}