Moskvaya doğru uçan Ukrayna PUA-sı vurulub - Foto
Tarix: 22-12-2023 18:20 | Bölmə: Dünya
Moskvaya doğru uçan Ukrayna PUA-sı vurulub

Rusiyanın hava hücumundan müdafiə sistemləri Moskva vilayətinə doğru uçan Ukraynaya məxsus pilotsuz təyyarəni vurub.

Reyting.az
xəbər verir ki, bu barədə Rusiya Müdafiə Nazirliyi məlumat yayıb.

“Dekabrın 22-də Kiyev rejiminin Rusiya Federasiyası ərazisindəki hədəflərə qarşı təyyarə tipli pilotsuz uçuş aparatı ilə terror aktı törətmək cəhdinin qarşısı alınıb. Ukraynanın PUA-sı Moskva vilayətinin ərazisində növbətçi hava hücumundan müdafiə sistemləri tərəfindən məhv edilib”, - deyə nazirlik bildirib.

TASS agentliyi isə xəbər verir ki, paytaxt meri Sergey Sobyanin dağıntı və tələfat olmadığını deyib.

“Podolskda hava hücumundan müdafiə qüvvələri Moskva istiqamətində uçan pilotsuz təyyarənin hücumunu dəf edib. İlkin məlumatlara görə, onların düşdüyü yerdə dağıntı və tələfat olmayıb. Hadisə yerində Fövqəladə Hallar Nazirliyinin mütəxəssisləri işləyir”, - mer yazıb.

Dekabrın 22-də Müdafiə Nazirliyi Bryansk və Kaluqa vilayətləri üzərində pilotsuz təyyarələrin məhv edilməsi barədə məlumat yayıb.



ELÇİN




Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}