18:49 / 27-04-2024
Abşeronda qətl törədilib
Britaniya Ukraynaya yeni hərbi yardım göndərir
Tarix: 22-02-2024 20:24 | Bölmə: Dünya
Britaniya Ukraynaya yeni hərbi yardım göndərir

Böyük Britaniya Ukraynaya əlavə hərbi yardım göndərəcək.

Reyting.az
xəbər verir ki, bunu fevralın 22-də Böyük Britaniyanın müdafiə naziri Qrant Şapps bildirib.

“The Guardian” yazır ki, müdafiə naziri bu gün Ukraynanın müdafiəsi üçün daha da təkmilləşdirilmiş 200 ədəd “Brimstone” tank əleyhinə raketdən ibarət yeni paketi elan edib. Nazir bildirib ki, bu raketlər əvvəllər döyüş meydanına əhəmiyyətli təsir göstərib.

Nazir, həmçinin əlavə edib ki, Böyük Britaniya digər müttəfiqləri ilə birlikdə Ukrayna ordusunun daha 10 min hərbçisinə təlim keçəcək.

Qeyd edək ki, “Brimstone” MBDA UK konsorsiumu tərəfindən Kral Hərbi Hava Qüvvələri üçün hazırlanmış yüksək texnologiyalı yer-yer və ya hava-yer tipli təyinatlı raketdir.

E. KAMAL




Bölməyə aid digər xəbərlər
25-04-2024, 07:49 Kuba prezidenti etiraz edir
22-04-2024, 08:58 Blinken Qalantla danışıb

{sape_links}{sape_article}