20:08 / 23-11-2024
"Qarabağ" qalib gəlib
12:30 / 23-11-2024
Azərbaycanda zəlzələ olub
BMT Tatarıstana PUA hücumunu pisləyib
Tarix: 03-04-2024 00:57 | Bölmə: Dünya
BMT Tatarıstana PUA hücumunu pisləyib

Birləşmiş Millətlər Təşkilatı pilotsuz uçuş aparatlarının (PUA) Tatarıstana hücumunu pisləyib.

Reyting.az
-ın xəbərinə görə, BMT Baş katibinin nümayəndəsi Stefan Dujarrik deyib ki, onlar bu cür hücumlara qarşıdır.

"Biz mülki şəxslərə və infrastruktura hücumlara qarşıyıq və onu dayandırmağa çağırırıq", - Dujarrik əlavə edib.

Xatırladaq ki, aprelin 2-də səhər saatlarında Rusiya Federasiyasının Tatarıstan Respublikasındakı neft emalı zavoduna PUA hücumu olub. Ukrayna KİV-ləri hücumu Ukrayna Təhlükəsizlik Xidməti ilə Ukrayna Müdafiə Nazirliyinin Baş Kəşfiyyat İdarəsinin birgə əməliyyatı kimi təqdim edib.

Mənbələr bildirir ki, Ukraynaya məxsus uzaqmənzilli pilotsuz uçan aparat Nijnekamskdəki neft emalı zavodunun ilkin neft emalı blokunu vurub, bundan sonra orada yanğın başlayıb.

ELÇİN




Bölməyə aid digər xəbərlər
bütün xəbərlər